Barat Qaraveliyev - Wikipedia
Barat Süleyman oğlu Qaravəliyev (1923, Dağ Kəsəmən, Qazax qəzası – 18 avqust 2009, Ağstafa) — Azərbaycanlı ictimai-siyasi və dövlət xadimi.
Barat Süleyman oğlu Qaravəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 18 avqust 2009 |
Vəfat yeri | |
Təhsili |
Həyatı
redaktəBarat Qaravəliyev 1923-cü ildə indiki Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur.
1930-cu ildə kənddəki yeddillik məktəbə daxil olub. 1939-cu ildə Qazax Müəllimlər Seminariyasını bitirib Dağ Kəsəmən kəndində müəllim təyin edilib.[1] 1942-ci ilə kimi Əli Bayramli və Tərtər rayonlarında İcraiyyə Komitəsinin sədri olub. 1942–1945-ci illərdə Ukrayna, Belarus, Latviya, Litvada Sovet ordusu tərkibində alman faşistlərinə qarşı vuruşub. "Şöhrət", "I dərəcəli Vətən müharibəsi", "III dərəcəli Şərəf nişanı", "Qırmızı Ulduz" ordenləri və 12 medalla təltif olunub. Müharibədən sonra bir müddət Dağ Kəsəmən kəndində pedaqoji fəaliyyət göstərib. 1952-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirir. O vaxt yaradılmış Gəncə vilayətində hələ təhsilini qurtarmamış təlimatçı təyin olunub. 1953-cü ilin dekabrında Ağstafa rayon Partiya Komitəsində ümumi şöbənin və partiya kitabxanasının müdiri təyin edilib. 1959-cu ilə kimi raykomun təşkilat şöbə müdiri və ikinci katib, 1959–1964-cü illərdə Qazax Rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışıb, 1964–1967-ci illərdə Tovuz Rayon Partiya Komitəsinin I katibi olub. 1967-ci ildə Qazax Rayon Partiya Komitəsinin I katibi təyin olunub. 1972-ci ilə kimi rayon rəhbəri olan Barat Qaravəliyev 1974–1979-cu illərdə Pirili kəndində sovxoz direktoru olub. Azərbaycan SSR Ali Sovetinin VIII çağırışında deputat seçilib.
2009-cu il avqustun 18-də Ağstafada dünyasını dəyişib.
İstinadlar
redaktə- ↑ "Qazax Müəllimlər Seminariyası". 2022-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-03.