Barat Bulagi - Wikipedia
Barat Bulagi - Wikipedia - Haqqında Məlumat
Barat bulağı — Füzuli rayonunun Yağlıvənd kəndində bulaq.
Barat bulağı | |
---|---|
39°38′31″ şm. e. 47°07′12″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşir | Füzuli, Yağlıvənd kəndi |
|
Haqqında
redaktəBarat bulağı kəndin Çökək məhəlləsinin yaxınlığında yerləşir. Bulağın XX əsrin 70-ci illərində Yağlıvənd kənd sakini Barat Sifahanov aşkar etdiyi üçün kənd sakinləri tərəfindən bulağa onun adı verilmişdir. Bulaqdan ildə bir neçə ay istifadə etmək mümkün olub. Buna səbəb Yağlıvənd gölünün şişərək bulaq olan ərazini tutmasıdır. 1993-cü ilin 15 avqust tarixində Yağlıvənd kəndi işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşərək gözü tutulub.