Barbo Dagi - Wikipedia
Barbo Dagi - Wikipedia - Haqqında Məlumat
Barbo dağı (Barbo piki, ing. Barbeau Peak) — Elsmir adasında yerləşən, Kanadanın Nunavut vilayətinin ən hündür zirvəsi. 2616 metr hündürlüyə malik zirvə həmçinin Kanada Arktik arxipelaqı[2] nın və Arktika Kordilyerinin ən hündür zirvəsidir.
Barbo dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Arktika Kordilyeri |
Mütləq hündürlüyü | 2616[1] |
İlk fəthi | 1967 |
Yerləşməsi | |
81°54′53″ şm. e. 75°00′33″ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dağ Kuttinirpaak Milli Parkı ərazisində yerləşir[3].
Zirvənin ilk fəthi 7 iyun 1967-cı ilə təsadüf edir. 1969-cu ildə isə antropoloq Masrius Barbonun ölümündən sonra zirvə onun şərəfinə adlandırılmağa başlanılmışdır.
Təcrübəli alpinist üçün dağa gediş çox mürəkkəb deyil, sadəcə zirvənin fəthi güclü küləklər və ağır iqlim şəraiti ilə mürəkkəbləşir.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Peakbagger.com". 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.
- ↑ "The Summits of Canada". 2013-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.
- ↑ "Quttinirpaaq National Park: Geology" (ingilis). Kanada Parkları. 2012-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-05.