Bari Fk - Wikipedia
Bari FK (it. Società Sportiva Calcio Bari) – İtaliyanın Bari şəhərini təmsil edən futbol klubu.
Bari FK | ||||
---|---|---|---|---|
Società Sportiva Calcio Bari | ||||
Ölkə | ||||
Yaranma tarixi | 1908 | |||
Liqa | İtaliya B Seriyası | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1908-ci ildə qurulmuşdur.[1] Ev oyunlarını 58.270 tamaşaçı tuta bilən San Nikola stadionunda oynayır. Klub hazırda İtaliyanın B Seriyasında çıxış edir.
Tarixi
redaktəXX əsrin 30–40-cı illəri klub tarixinin ən uğurlu dövrü hesab olunur. Bu zaman kəsiyində komanda A Seriyasının daimi iştirakçısı olmuş, 1947-ci ildə isə klub, A Seriyasında 7-ci yerdə qərarlaşmışdır.
1950-ci illərdən başlayaraq klub zəifləyir. Bu dövrdə klub A Seriyasında cəmi 5 mövsüm keçirdir (1958–61, 1963–64 və 1969–70).
1974-cü ildə komanda C seriyasına qədər düşür. 70-ci illərin sonlarında komanda təkrar A Seriyasına qayıdır. Ancaq burada uzun müddət qalmır və təkrar elita ilə vidalaşır.
1989-cu ildə klub təkrar A Seriyasına yüksəlir. 1990-cı ildə komanda A Seriyasında 10-cu yeri tutmağı bacarır. Bu, komandanın Della Vittoriya stadionunda keçirdiyi son mövsüm olur və növbəti mövsum klub San Nikola stadionuna köçür.
2010/11 mövsümünün sonunda Bari A Seriyasında sonuncu olur və B Seriyasına düşur. Klub rəhbərliyinin bir neçə lider oyunçunu saxlamağı və bir sıra gələcək bəxş edən futbolçularla müqavilə imzalamağına baxmayaraq, Apulialılar 2011/12 mövsümündə elitaya çıxmağı bacarmır. Ardınca klubda maliyyə problemləri baş qaldırmışdır. 2017/18 mövsümünün sonunda klub peşəkar statusundan məhrum edilir və maddi səbəblərdən D Seriyasına göndərilir.[2]
2018-ci ildə Napoli futbol klubunun və Filmauro film şirkətinin sahibi Aureliyo De Laurentis Bari klubunu yenidən yaratmaq hüzququnu qazanır və klubun fəaliyyətini bərpa edir.[3]
Titulları
redaktəSeriya B : (3)
- Qalib : 1934–35, 1941–42, 2008–09
- 2-ci yer : 1930–31, 1933–34, 1957–58, 1962–63, 1988–89, 1993–94
- A Seriyasının çıxışı : 1968–69, 1984–85, 1996–97, 2008–09
Mitropa Kuboku (1):
- Qalib : 1990
Liqalarda Mövsum sayı
redaktəLiqa | Mövsüm sayı | Debüt | Son mövsüm |
---|---|---|---|
A | 31 | 1928–1929 | 2010–2011 |
B | 41 | 1926–1927 | 2017–2018 |
C | 8 | 1951–1952 | 1983–1984 |
D | 3 | 1952–1953 | 2018–2019 |
Məşhur Oyunçuları
redaktə- Nikola Ventola
- Cianluka Zambrotta
- Leonardo Bonuççi
- Massimo Donati
- Antonio Kassano
- Simone Perrotta
- Gordon Cowens
- Devid Platt
- Zvonimir Boban
- Robert Yarney
- Vitali Kutuzov
İstinadlar
redaktə- ↑ [1]
- ↑ "Arxivlənmiş surət". 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.
- ↑ "Arxivlənmiş surət". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.