Basarkecer Rayonu - Wikipedia
Basarkeçər rayonu (1969-cu ildən Vardenis rayonu) — Göyçə mahalı ərazisində rayon. Mərkəzi Basarkeçər (Vardenis) şəhəridir.
Basarkeçər rayonu | |
---|---|
40°10′50″ şm. e. 45°43′12″ ş. u.HGYO |
|
İnzibati mərkəz | Basarkeçər |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 9 sentyabr 1930 |
Ləğv edilib | 11 aprel 1995 |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktəBasarkeçər rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il iyunun 11-nə kimi Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Ərazisi 1151 km²-dir. Rayon mərkəzi Basarkeçər (dəyişdirilmiş adı Vardenis) rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 168 km-dir.
Rayon ərazisində irili-xırdalı çoxlu dağ zirvələri və Göyçə gölünə tökülən çaylar vardır. Onlardan ən böyüyü Məzrə (dəyişdirilmş adı Masrik) çayıdır. Çaxırlı yaylası da bu rayon ərazisindədir.
1948–1951-ci illərdə rayon əhalisinin bir qismi Azərbaycan SSR-in ərazisinə köçürülmüşdür. Təkcə Zod kəndindən 100 ailə Xanlar (indiki Göygöl rayonu) rayonunda məskunlaşdırılmışdır. Bu vaxt Basarkeçərin 37 kəndində 30-u azərbaycanlı, 5-i erməni, 2-si isə qarışıq kəndlər idi.
Basarkeçər rayonu həmçinin Azərbaycanın məşhur el sənətkarı Aşıq Ələsgərin vətənidir. Aşığın məzarı və büstü onun doğma kəndi Ağkilsədə idi. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh Mehman Sayadov da burada doğulub.
28 noyabr 1988-ci il tarixdə daşnak terror qrupları Basarkeçər rayonunun Çaxırlı, Qanlı, Kərkibaş, Şişqaya, Zod kəndlərinə basqınlar edirlər. Nəqliyyat vasitəsi olmayan imkansız, əliyalın əhalidən 34 nəfər döyülərək işgəncə ilə qətlə yetirilmişlər. Sağ qalanlar Gədəbəyə, Kəlbəcərə adlamaq üçün Sarınər, Urumbasar gədiklərindən aşmalı olurlar. Qarda-çovğunda borana düşən qaçqınlardan 12 nəfər donvurmadan tələf olur[1].
Basarkeçər rayonunun kəndləri
redaktəDaşkənd, Nərimanlı, Ağkilsə, Pəmbək, Qızılvəng, Şişqaya, Zod, Qanlı, Yuxarı Zağalı, Sətənağac, Kəsəmən, Göysu, Dərə, Subatan, Sarıyaqub, Çaxırlı, Zərkənd, Canəhməd, Yarpızlı, Böyük Məzrə, Kiçik Məzrə, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Qoşabulaq, İnəkdağı, Babacan, Kərkibaş, Qayabaşı, Qaraiman, Ağyoxuş, Yuxarı Şorca, Aşağı Şorca, Qırxbulaq, Gödəkbulaq, Tüskülü, Qamışlı, Aşağı Zağalı
1988-ci ilə kimi azərbaycanlıların yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Böyük Qaraqoyunlu, Hüseynquluağalı, Aşağı Şorca, Yuxarı Şorca, Daşkənd, Sarıyaqub, Qayabaşı, Qoşabulaq, Zərkənd, Ağkilsə, Zod, Babacan, Pəmbək, Dərə, Şişqaya, Göysu, Kiçik Məzrə, Oğruca, Kəsəmən, İnəkdağı, Qanlı, Kərkibaş, Subatan, Sultanəliqışlaq, Ağyoxuş, Sətənəxaç, Yuxarı Zağalı, Çaxırlı, Tüskülü, Böyük Məzrə, Qızılvəng, Torfavan.
Basarkeçərdə Serj Sarqsyanla görüş
redaktə2013-cü il fevralın 13-də Vardenisdə (Basarkeçər) Ermənistan prezidenti, prezidentliyə namizəd Serj Sarqsyanın tərəfdarları ilə görüş zamanı ahıl bir kişi azərbaycanca misal çəkib. Kağız üzərinə yazılanı bir təhər oxuyub, başa çatdırdıqdan sonra deyib: "İndi yazdığımı bir yana qoyub, ürək sözlərimi deyim" və ürək sözlərini azərbaycanca deyib. Prezident Sarqsyan da bunu yumor ilə qarşılayıb: "Deyəsən, müəyyən zamanların həsrətini çəkirsiniz, hə?". Kişi ürək sözlərini ermənicəyə çevirmək istəyəndə Sarqsyan buna ehtiyac olmadığını bildirib: "Lazım deyil, tərcümə etmək lazım deyil. Yəqin unudubsunuz ki, mən də bilirəm".[2]
Basarkeçər rayonu üzrə dəyişdirilmiş tarixi yer adları
redaktəErmənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif dövrlərdə fərmanları ilə Basarkeçər rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Ağkilsə | Azat | 03.01.1935 |
Zərzibil | Zarkand | 03.01.1935 |
Böyük Qaraqoyunlu | Əzizli | 03.01.1935 |
Qırxbulaq | Akunk | 03.01.1935 |
Sətənəxac | Güney | 03.01.1935 |
Nərimanlı (Basarkeçər) | Şatvan | 19.04.1991 |
Sultanəliqışlaq | Canəhməd | … |
Oğruca | Qaraiman | … |
Qızılvəng | Çiçəkli | 24.07.1940 |
Gödəkbulaq | Karçaxpyur | 12.08.1946 |
Aşağı Zağalı | Tsovak | 12.08.1946 |
Qanlı | Qamışlı | 12.08.1946 |
Basarkeçər | Vardenis | 11.06.1969 |
Basarkeçər rayonu | Vardenis rayonu | 11.06.1969 |
Kərkibaş | Şəfəq | 25.05.1967 |
Yarpızlı | Lçavan | 25.05.1967 |
Babacan | Qızılkənd | 25.01.1978 |
İnəkdağ | Yenikənd | 25.01.1978 |
Yuxarı Zağalı | Axbradzor | 25.01.1978 |
Kəsəmən | Bahar | 25.01.1978 |
Tüskülü | Lusakunk | 25.01.1978 |
Çaxırlı | Sovetakert | 25.01.1978 |
Çiçəkli | Makenis | 25.01.1978 |
Həmçinin bax
redaktəMənbələr
redaktə- Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı
- Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı
- Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX в., Ленинград, 1949
- Байбуртян В.А., Армянская колония Новой Джульфы в XVII веке, Иряван, 1969
- Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963
- Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898
- Мамедов С.А., Азербайджан по источникам XV — первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852
- Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989
- Enikolopov İ.K., Qriboyedov i Vostok, İrəvan 1954
- Глинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831
- Kemal Beydilli, 1828–1829. Osmanlı — Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T.T.K. konqresinde sunulan tebliğ, Ankara,1986
- Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976
- Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836
- Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885
- Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904
- "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992
- Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992
- Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992
- Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, С.Петербург, 1907
- Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960
- Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989
- Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990
- Kalvalı Həsənov. And yerimiz. " Əbilov,Zeynalov və oğulları " , Bakı, 2001, 352 səh.
- Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920-ci illər, Bakı, 1993
- Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il.
- Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993
- Грибоедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.
Xarici keçidlər
redaktə- Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine
- Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine
- Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.[ölü keçid]
- İndiki Ermənistan qədim türk yurdu idi[ölü keçid]
- Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı[ölü keçid]
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Əlisahib Əroğul. "Erməni-daşnaq faşizmi və Azərbaycan" (bədii publisistika). Bakı, "Təhsil", 2007-ci il.
- ↑ *Basarkeçərdə erməni Ermənistan prezidentinə "ürək sözlərini" azərbaycanca deyib (BBC azərbaycanca, 14.02.2013) Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine