Basqal Dovlet Tarix Medeniyyet Qorugu - Wikipedia
Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu — Azərbaycanda İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən tarix mədəniyyət qoruğu.
Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 1989 |
Tabelik | Qoruqları İdarəetmə Mərkəzi |
Ünvan | İsmayıllı rayonu, Basqal qəsəbəsi |
Rəhbərlik | |
direktor | Günay Rzayeva |
Vikianbarda əlaqəli mediafayllar |
Qoruğun ərazisində bir neçə tarixi abidə, qədim mülklər qorunur. Bundan başqa burada bir muzey də fəaliyyət göstərir.
Haqqında
redaktəBasqal Dövlət Tarix-Mədəniyyət Qoruğu 1989-cu ildə yaradılıb. Sahəsi 76 hektardır.[1]
Qoruğun ərazisində orta əsrlərə aid Basqal qalası, Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi küçələr və Bazar meydanı yerləşir. Bundan başqa burada IX–XIX əsrlərə Şeyx Məhəmməd məscidi, Hacı Bədəl məscidi, Basqal hamamı və tarixi mülklər qorunur.[1]
1531-ci ilə aid edilən Şeyx Məhəmməd məscidi Pir çinar, Pir bulaq və orta əsrlərdə salınmış Xarabiyan qəbiristanlığı ilə kompleks təşkil edir.[1]
Qoruğun ərazisində XVI–XVII əsrlərə aid Basqal hamamı bərpa olunub və hazırda Hamam muzeyi kimi fəaliyyət göstərir. Muzeyin kolleksiyasında hamama getmək və hamamda çimmək ənənələrini əks etdirən bir çox qədim əşyalar var.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 ""Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu". www.heritage.org.az (ingilis). 2024-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-11.
- ↑ Şükürov, Vahid. "Basqal hamamı: tarixi məkan, memarlıq və mədəni irs". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2024-04-18. 2024-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.