Batial Zona - Wikipedia
Batial zona və ya matеrik yamacı — mеylliyi daha yüksək, kifayət qədər parçalanmış, pilləvari, sualtı dağlar, tirələr, yüksəkliklər və çökəkliklərdən ibarət оlub, dünya okeanının 12%-i təşkil еdir. Zоna suyun zəif hərəkəti, tеmpеraturun aşağı оlması, qaranlıq оlması, özünəməхsus hеyvanat aləminin оlması ilə хaraktеrizə оlunur.
Batial fauna
redaktəBatial fauna - 500-3000 m dərinlikdə dibdə və ya dəniz və okeanların su qatında məskunlaşan fauna. Batial fauna ümümi biokütləsi və növ müxtəlifliyi sublitoral şelf faunasına nisbətən az, abissal faunadan isə çoxdur. Batialın az meyilli qitə yamaclarında makrobentosunda detrityeyənlərin, dik yamaclarında isə sestonyeyənlərin biosenozları üstünlük təşkil edir. Fossil halda əsasən ikitayqabıqlı molyusklardan Tellinidae və Nuculanidae qabıqları və süngərlərdən Tetraxonida dəstəsinin silisium oksidli spikulları, habelə aqlylütiniv və sekresion foraminiferlər tapılır.
Həmçinin bax
redaktəMənbə
redaktə- БСЭ. Статья "Батиаль". Автор О. К. Леонтьев.[ölü keçid]
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.