Batna Seher - Wikipedia
Batna (ərəb. باتنة, bər. ⴱⴰⵜⵏⴰ) — Əlcəzairin şimal-şərqində şəhər, Batna vilayətinin inzibati mərkəzi. Batna Əlcəzairin beşinci ən böyük şəhəri, Ores dağ silsiləsindəki ən böyük şəhərdir.
Batna | |
---|---|
35°33′ şm. e. 6°10′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1844 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.048 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 05000 |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər ölkənin paytaxtı Əlcəzair şəhərindən 430 kilometr (270 mil), Konstantin şəhərindən isə 119 kilometr (74 mil) məsafədə yerləşir. Batnanın sahilə nisbətən yaxın yerləşməsinə baxmayaraq, şəhərin yerləşdiyi hündürlük dəniz səviyyəsindən bir kilometrdən çoxdur. Bu baxımdan şəhərdə qış kifayət qədər soyuq, qarlı keçir.
Batna Əlcəzairin 1954-cü ildə ölkənin müstəqilliyi uğrunda müharibənin başlanğıcını qoyan hadisələrin baş verdiyi şəhərlərdən biridir. 1 noyabr 1954-cü ildə şəhərdəki hərbi obyektlər istiqlalçıların dəstələri tərəfindən hücuma məruz qalmışdır. Əlcəzair müstəqillik əldə edənə qədər üsyançı komandanlıq şəhərdə yerləşirdi.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- Журнал "Вокруг света". Ветер над Батной