Battle Angel Alita Personajlarinin Siyahisi - Wikipedia
Battle Angel Alita Personajlarinin Siyahisi - Wikipedia - Haqqında Məlumat
Battle Angel Alita və ya Yaponiyada tanınan adı ilə Gunnm Yukito Kişiro tərəfindən 1990-cı ildə yaradılmış manqa seriyasıdır. Manqa seriyasında hadisələr postapokaliptik dünyada baş verir və kibertibb mütəxəssisi Daysuke İdo tərəfindən tullantıların arasında yaddaşı itmiş halda tapılan və təmir edilən Alita adlı kiborqdan bəhs edilir. Alita tezliklə fərqinə varır ki, hər şeyi unutsa da, Panzer Kunst adlı döyüş texnikasını unutmayıb. Bunun sayəsində Alita ovçu-döyüşçüyə çevrilir və özünün kim olduğu öyrənmək qərarına gəlir. Manqa seriyasında bir çox personajdan istifadə olunmuşdur.
Manqa əsasında iki seriyalıq OVA və Hollivud film adaptasiyası çəkilmişdir. OVA və filmdə bəzi personajlarda dəyişikliklər edilmişdir.
Əsas personajlar
redaktəQalli / Alita
redaktə- Garyi (ガリィ?)
- Səsləndirən: Miki İto; Canlandıran: Roza Salazar
- Alita ya da Yaponiyada tanınan adı ilə Qalli seriyanın əsas protaqonistidir. Daysuke İdo Xarabalıqda onun salamat qalmış beynini tapır, ona yeni bədən düzəldir və ona Alita (Qalli) adını verir. Alita Daysuke İdo tərəfindən tapılanda Panzer Kunst adlı qədim döyüş texnikasından başqa heç nəyi xatırlamadığını kəşf edir. Bu döyüş texnikası sayəsində Alita ovçu-döyüşçü və motorbol oyunçusu olur. Hekayənin gedişatında Zapan tərəfindən ölümcül yaralandıqdan sonra Tiferes casusu olmağa məcbur olur. Alita daha sonra İdo tərəfindən tapılmazdan öncə əslində Marsdan olduğunu, əsl adının Yoko olduğunu, döyüş texnikasını orada mənimsədiyini və terror təşkilatına qoşulduğunu öyrənir.
- Alita (Qalli) əslində İdonun bir ay öncə ölən qara pişiyinin adı idi. Qalli kişi adı olsa da, İdo ona bu adı verir. Qara pişik daha sonra manqada bir neçə səhnədə də görünür.
Daysuke İdo
redaktə- Ido Daisuke (イド・ダイスケ?)
- Səsləndirən: Şunsuke Kariya; Canlandıran: Kristof Valts
- Daysuke İdo Xarabalıqda yaşayan kibertibb mütəxəssisidir. Kiborqları müalicə edərək pul qazanır. Alitanı Xarabalıqda tapıb sağaldan məhz odur. Alitanın mənəvi atasıdır. İdo bir zamanlar Tiferes vətəndaşı olsa da, hekayə başlamışdan 5 il öncə oradan qovulub. Alnında Tiferesli olduğunu göstərən ayparayabənzər işarə var. Xarabalıqda öz klinikasını açıb.
- Daysuke İdo daim Alitanı qorumağa və təhlükədən uzaq tutmağa çalışır.[1] Onun sadəcə yaxşı və gözəl həyat yaşamasını istəyir.[2][3] Alita motorbol oyunçusu və ovçu-döyüşçü olanda İdo əvvəlcə qarşı çıxır, lakin daha sonra bunu qəbul edir. Bir müddət Alitaya yaxın durmaq üçün Coşuqanın köməkçisi olur. İdo daha sonra Desti Nova ilə döyüş zamanı ölsə də, Desti Nova onu dirildir və öz köməkçisinə çevrir. O, Tiferes haqqında olan inanılmaz həqiqəti öyrənəndən sonra yaddaşını silməyə və Xarabalıqdan uzaq bir yerdə yaşamağa qərar verir. İdonun "Last Order" manqasında aktiv rolu yoxdur, ancaq Alitanın fikirlərində peyda olur.[4]
Desti Nova
redaktə- Disuti Nova (ディスティ・ノヴァ?)
- Desti Nova Nova nanotexnologiya sahəsində mütəxəssis olmuş çılğın alimdir. İdo kimi bir zamanlar o da Tiferes vətəndaşı olsa da, ona insanlar üzərində təcrübə aparmağa icazə verilmədiyindən öz istəyi ilə Tiferesi tərk edir. Makaku və Coşuqanın həyatını o xilas edib. Zapanın demək olar ki, məhv olmuş beynini yenidən bərpa edərək məhvedici zirehə yerləşdirir və Zapanın Xarabalıqda böyük dağıntılar yaratmasına səbəb olur. Desti Nova nanotexnologiya sayəsində yarıölümsüzlük əldə edib. Tiferes haqqındakı sirri də ilk dəfə o öyrənib.
- Desti Nova Zapan tərəfindən öldürülmüş İdonu yenidən dirildir. O, həmçinin Kaosun atasıdır. Kaosun bədənindəki qəzəbi ayıraraq Deni də yaradan odur. Manqanın axırlarında Alitanı öldürür, lakin yenidən dirildərək Tiferesə gətirir. Alita Tiferesi məhv etmək üçün özünü fəda edəndə Desti Nova onun genetik kodundan istifadə edərək onu yenə həyata qaytarır.
- Desti Nova orijinal manqada cinayətkar kimi görünsə də, "Last Order"-də Alitanın əsas müttəfiqidir və neytal personajdır. Onun iki köməkçisi var.
Kaos
redaktə- Keiosu (ケイオス?)
- Kaos Desti Novanın oğlu və məşhur gecə radio verilişinin aparıcısıdır. Çox həssas şəxsiyyətə malikdir. Psixometriya bacarığına malikdir. Bu bacarıq sayəsində toxunduğu əşyaların keçmişinə baxa və onların sahiblərinin bacarığına yiyələnə bilər. Onun qaranlıq tərəfi isə Dendir. Atası Desti Nova öz elmi bacarığı ilə onun qaranlıq tərəfini robotik bədənə köçürmüş və Deni yaratmışdır. Denlə Kaos ayrı bədənlərdə olsalar da, Desti Novanın yaratdığı və Kaosun sinəsinə taxdığı ötürücü ilə əlaqələnirlər.
- Kaosun Alitaya qarşı sevgi hisləri var. Tiferesin məhvindən sonra Kaos Tiferes qülləsini inşa etdirir. Onun öz qazıcı komandası var.
Antaqonistlər
redaktəCoşuqan
redaktə- Joshugan (ジャシュガン?)
- Coşuqan ən məşhur və ən güclü motorbol oyunçusudur. Məğlubedilməz hesab olunur. Şumiranın bacısıdır. Gənc ikən motorbol qəzası zamanı beyni ölümcül zədə alsa da, Desti Nova onun həyatını xilas edib, lakin daha sonra beynində olan zədə getdikcə dərinləşir və ölümünü yaxınlaşdırır. İdo Alitaya yaxınlaşmaq üçün Coşuqanın köməkçisi olur və ölümünü gecikdirməyə çalışır.
- Coşuqanın Alitaya qarşı xüsusi hörməti var.[5][6] Onunla etdiyi qol güləşindən sonra Alitanın oyun təklifini qəbul edir. Öləcəyini bilsə də,[7] yarışa qatılır[8] və son nəfəsində Alitanı məğlub edərək ölür. Coşuqan bacısı Şumiranı çox sevir. Ölməzdən öncə onu İdoya tapşırır.[9]
Makaku
redaktə- Makaku (マカク?)
- Makaku güclü bir kiborqdur. İnsan kimi doğulsa da, anası tərəfindən kanalizasiyaya atılıb. Bütün həyatını orda keçirən Makaku əsas hekayə başlamamışdan öncə az qala öləcəkkən Desti Nova tərəfindən xilas edilir. Desti Nova ona xüsusi bədən verməyi təklif edir.
- Makaku öz yeni bədəni ilə ilanvari görünüşə malikdir. İstədiyi bədəni ələ keçirə bilər. O, Alitanın qarşılaşdığı ilk rəqibdir. Alitanı məğlub etmək üçün məşhur kolizey çempionu Kinibunanın bədənini ələ keçirir və Alitanı kanalizasiyaya çəkir. Buna baxmayaraq, Alita ona qalib gələrək Makakunu öldürür.
Zapan
redaktə- Zapan (ザパン?)
- Canlandıran: Ed Skreyn
- Zapan güclü kiborq ovçu-döyüşçüdür. Kanzas barında Alita onun cəsarətini sorğulayanda ona hücum çəkir, amma məğlub olur. Buna baxmayaraq, qisas almaq istəyən Zapan Alitanın sevdiyi oğlan olan Hüqonun əslində cinayətkar olduğunu üzə çıxardır. Alita Hüqonu xilas edərkən Zapan İdonu qaçırır və Alitanı seçim qarşısında qoyur, lakin Alita çətin vəziyyətdən çıxa bilir və Zapanın üzünü məhv edərək onu məğlub edir. Aldığı məğlubiyyətdən şoka düşən Zapan Sara adlı qızla tanış olur və özünə yeni üz taxır, lakin Alitanın motorbol oyunçusu olduğunu öyrənəndə özündən çıxır və istəmədən Saranın başını kəsir.
- Saranın başını qaba qoyub Alitanı öldürməyə yollanır, amma Saranın atası və Alita onu asanlıqla məhv edirlər. Desti Nova onun beyninin qalıqlarını tapıb yenidən dirildir və ona güclü, hətta qanadları olan bədən verir. Zapan kontroldan çıxır və Alitanı məhv etmək üçün şəhəri alt-üst edir. Şəhər sakinləri Alitaya qurban olması üçün yalvarsa da, Alita onunla döyüşə girişir. Desti Novanın ona verdiyi maddə sayəsində Zapanı həmişəlik öldürür, lakin Alita Zapana qarşı istifadə etdiyi tapança cinayət sayıldığından tutulur.
Köməkçi personajlar
redaktəXarabalıq sakinləri
redaktəQonzu
redaktə- Gonzu (ゴンズ?)
- Səsləndirən: Kazukiho Kişino
- Qonzu keçmiş kibertibb mütəxəssisidir. Xarabalıqda bir yemək klubunu idarə edir. İdonun ən yaxın dostu və köməkçisidir. İdonu Makakunun hücumundan sonra xilas edir, İdonun göstərişi ilə Alitanın bədənini məhvedici bədəninə köçürür. Qonzu həm də Hüqonun başını yeni bədənə köçürməkdə kömək edir. Tez-tez Kanzas barına gələn Qonzu Zapan tərəfindən öldürülür. Bir yan hekayəyə görə İdo Alitanı tapmazdan 6 il öncə Qonzunun həyatını xilas etmişdir.
Hüqo
redaktə- Yūgo (ユーゴ?)
- Səsləndirən: Kappey Yamaquçi; Canlandıran: Kian Conson
- Hüqo və ya Yaponiyada tanınan adı ilə Yuqo böyük qardaşı və arvadı tərəfindən böyüdülmüş yetim uşaqdır. Balaca uşaq ikən böyük qardaşının Tiferesə çatmaq xəyalı var idi və qanunlara zidd olsa da, hava gəmisi hazırlamışdı. Hava gəmisi ilə yola düşmək istəyəndə arvadı Nana onu ovçu-döyüşçülərinə satmış və öldürülmüşdü. Hüqo bundan sonra Nanadan qaçaraq tək yaşamağa başlamışdı. Əsas hekayədən 1 il öncə Hüqo Vektor ilə qarşılaşır. Hüqonun Tiferes arzusunu öyrənən Vektor 10 milyon çip yığacağı təqdirdə onu Tiferesə apara biləcəyini bildirir. Hüqo bu pulu qazanmaq üçün Van və Tanci ilə əlbir olub qanunsuz şəkildə onurğa sütunu oğurluğuna başlayır.
- Hüqo Alitanın sevgi hisləri bəslədiyi ilk şəxsdir. Alita onunla ilk dəfə Meqilin dalınca qaçarkən bir fabrikdə qarşılaşır. Tezliklə Alita onun arzusunu öyrənir, ona vurulur və ondan xəbərsiz onun üçün 10 milyon çipi yığmaqda kömək etməyə qərar verir. Hüqo daha sonra Zapan tərəfindən ifşa olunur və axtarılanlar siyahısına salınır. Alita onu digər ovçu-döyüşçülərdən qorumaq üçün onun yanına gəlir, amma Kliv Li tərəfindən ağır yaralanır. Alita onu xilas etmək üçün başını öz həyat dəstək sisteminə bağlayır. İdo və Qonzu Hüqonu yeni bədənə transfer edirlər. İdo Vektorun ona yalan dediyini eşidəndə dəliyə dönür və Tiferesi Xarabalıqla əlaqələndirən borularla Tiferesə çatmağa çalışır. Alita da borulara çıxaraq onu dayandırmağa çalışır. Alita onu geri qayıtmağa razı saldığı anda borularla endirilən dişli çarxlardan biri Hüqonu öldürür. Onun ölümündən şoka düşən Alita özünü motorbol oyununa həsr etmək qərarına gəlir.
Vektor
redaktə- Bekutā (ベクタ?)
- Səsləndirən: Şiqeru Çiba; Canlandıran: Maherşala Ali
- Vektor Xarabalıq biznesmenidir. Güclü kiborqları öz himayəsinə alaraq qanunsuz orqan və hissə alış-verişi ilə məşğul olur. Həmçinin Tiferesə də xidmət edir. "Last Order"-ə görə o kasıb bir kənddən gəlib.
- Vektor Hüqoya 10 milyon çip qarşılığında Tiferesə aparmağı vəd edir, lakin Hüqo 10 milyon çip yığanda onun yalan danışdığı məlum olur. Hüqonun hücumundan sağ qurtulandan sonra bir müddət Barjack ilə mübarizə aparır. Tiferes düşəndən sonra sülhpərvər mövqe alır, Kaosa Tiferes qülləsini tikməkdə kömək edir.
- Anime adaptasiyasında Vektor kolizey döyüşlərinin aparıcısı kimi göstərilir. Həmçinin animedə manqadan fərqli olaraq öldürülür (İdo tərəfindən).
Şumira
redaktə- Shumira (シュミラ?)
- Şumira Coşuqanın gülərüz, istiqanlı, mehriban gənc bacısıdır. Bir az sadəlövhdür. İdo Hüqonun ölümündən sonra Alitanı axtararkən Şumiranın iki nəfər tərəfindən hücuma məruz qaldığını görür və onu xilas edir. İdo ona Alitanın holoqramik təsvirini göstərən kimi onun motorbol oyunçusu olduğunu tanıyır və İdo Şumira sayəsində Alitanı tapır. Şumira İdonu bir müddət öz evində saxlayır. Şumira Alitanın kiçik ev heyvanı olan Kimcidən xoşu gəlir. Hətta Coşuqanla qol güləşində məğlub olsa Alitadan Kimcini ona verməsini istəyir.
- Coşuqan və Şumira bir-birilərinin xətrini çox istəyirlər. İdo Şumiranın beyin dalğalarından istifadə edərək Coşuqanın ölümünü gecikdirir. Coşuqan son döyüşünə çıxanda Şumira ona boyunbağı düzəldir. Coşuqan hətta İdodan Şumira ilə evlənməsini istəyir. Coşuqanın ölümündən sonra Kanzas barında işləməyə başlayır. Zapan bara hücum edəndə bar məhv olur, amma xilas ola bilər. Daha sonra Xarabalıqda tanış olduğu biri ilə evlənir və 8 uşağı olur.
Koyomi
redaktə- Koyomi (コヨミ?)
- Canlandıran: Lana Kondor
- Koyomi Kanzas barının barmeni tərəfindən övladlığa götürülmüş yetim qızdır. Hekayənin əvvəllində balaca çağa kimi peyda olur və Alita tərəfindən Makakudan xilas edilir. Daha sonra Murdokun iti Furiyə bağlanır. 13 yaşında qumarbaz olur və Xarabalıqdan qaçır. Bu dəfə Tiferes casusu olmuş Alita ilə qarşılaşır. Alitanı tanımasa da, Alita onu tanıyır. Daha sonra Denlə tanış olan Koyomi Barjack-a qoşulur. Döyüşlərin birində fotoqraf B. B. Bvik ona ölməzdən öncə fotoaparatını verir və Koyomi fotoqraf olur. Denin ölümündən bir il sonra Barkajk-la bağlı çəkilən fotolardan ibarət "Barjack müharibə xronikası" adlı kitab buraxır və Xarabalıqda ən çox satılanlardan birinə çevrilir. Manqanın sonunda "Tiferes möcüzəsi" adlı başqa kitab da buraxmağı da planlaşdırdığı göstərilir.
Sara
redaktə- Sara (サラ?)
- Sara Xarabalıqda yaşayan mehriban gənc qızdır. Murdokun qızıdır. Zapan Alitaya məğlub olub üzünü itirəndə onunla sevgili olur, lakin Zapan Alitaya görə özünü itirib onun başını kəsir. Daha sonra peşman olur və bankaya qoyub özü ilə gəzdirməyə başlayır. Murdok Zapanı öldürüb qızının başını geri alır.
Murdok
redaktə- Mādokku (マードック?)
- Murdok İt ustası ləqəbi ilə tanınan yaşlı ovçu-döyüşçüdür. Bu ləqəbi baxdığı və tərbiyə verdiyi kiborq itlərinə (Furi, Qlori, Hubris, Valor) görə qalıb. Saranın atasıdır. Mehriban adam olsa da, lazım onda sərt olur. Saranın atasıdır. Zapan qızını öldürəndə onun qisasını almaq üçün Alita ilə birlikdə onu öldürür və qızının başını ondan geri qalır. Desti Nova Zapanı dirildəndə və Zapan Kanzas barına gələndə Murdok onu öldürmək üçün intihar edir, amma Zapan qurtulur.
Motorbol
redaktəAcakutti
redaktə- Ajakutty (アジャカティ?)
- Canlandıran: Marko Saror
- Acakutti motorbol üzrə İkinci liqada oynayan oyunçudur. Əzmkarlığına görə "Kral əzən" və "Tacsız kral" ləqəbi ilə tanınır. İlk dəfə 99 nömrə uğrunda Alita ilə döyüşərkən görünür. Birinci raundu udsa da, ikinci raundda uduzaraq təslim olur. Bu hadisədən sonra Acakuttinin Alitaya hörməti artır və onu "bacı" deyə çağırmağa başlayır. 99 nömrəsindən imtina edib 88-i götürür. Alita isə onu Aci kimi çağırmağa başlayır.
- Acakutti qalib gəlməkdənsə döyüşməyə üstünlük verir. 23-cü yerdə olmasına baxmayaraq, 200-dən çox oyunçunu əzib. Belqarald, Skaramasakus və Halberd adlı 3 tələbəsi var. Acakutti Alita ilə birlikdə sonda Coşuqana qarşı yarışır.
Zafal Takie
redaktə- Zafaru Takie (ザファル・タキエ?)
- Zafal Takie motorbol üzrə İkinci liqada oynayan oyunçudur. Sürətinə görə "Qırmızı külək" ləqəbi ilə tanınır. Alita ilə yanaşı göstərilən yeganə qadın motorbol oyunçusudur. Alitanın ikinci liqadakı debütü zamanı əvvəlcə Alitanı keçsə də, ikinci qarşıdurmada uduzur, lakin Alita ilə birlikdə Coşuqana qarşı oynamağa layiq görülür, lakin tez uduzur. Görünüşü Yamayka-ABŞ müğənnisi Qreys Consu xatırladır. 7 nömrə ilə çıxış edir.
Armsblessed
redaktə- Arumuburesuto (アルムブレスト?)
- Armblessed motorbol üzrə İkinci liqada oynayan oyunçusudur. Kaliqula ləqəbi ilə tanınır. 1 nömrə ilə çıxış edir. Fanatlar arasında öz qəddarlığı və özünübəyənmişliyi ilə tanınır. Oyunlar zamanı fanatlar öz əllərini onun buynuzlarına taxmağa çalışırlar (Qələbənin əlləri). Zəncirdən istifadə edir və hər cür zirehi kəsə bilən ülgüc kimi ayaqları var. Armblessed Alitanın ikinci liqadadı debüt oyununda qalibiyyətə yaxın olsa da, uduzur və öz istəyi olmadan Alita ilə birlikdə Coşuqana qarşı döyüşməyə məcbur olur.
Tigel
redaktə- Tīgeru (ティーゲル?)
- Tigel motorbol üzrə İkinci liqada oynayan oyunçudur. Liqada ən pis yerə sahib olduğundan "İkincinin utancı" və "Gəzən sonuncu yer" ləqəbləri ilə tanınır. 50 nömrə ilə çıxış edir. Ən böyük motorbol oyunçusudur. Çox zirehli olduğundan yavaş hərəkət edir, tısbağanı xatırladır. Alitaya qarşı sevgi hisləri var və onu qazanmağa çalışır. Alitanın ikinci liqadaı debüt oyunu zamanı əsas rəqiblərin bir-birilərini sıradan çıxarmasından istifadə edərək gözlənilmədən qələbə qazanır, hər kəsi təəccübləndirir, hətta pul qoyuluşu edənlər pullarını geri tələb edirlər. Bu performansı ilə Alita ilə Coşuqana qarşı döyüşmək şansı qazanır, amma yarışın başında uduzur. Coşuqan və Alita təkbətək döyüşə başlayanda, Alitanı qorumaq üçün döyüşə daxil olur, amma ölür. Alita onun üçün göz yaşları tökür.
Esdok
redaktə- Esudokku (エスドック?)
- Səsləndirən: Akimasa Omori
- Esdok keçmiş motorbol oyunçusu və Alitanın meneceridir. Qısaca Ed kimi tanınır. Onun motorbol komanda Esdoc Motors adlanır. Əvvəllər motorbolda Coşuqanın əsas rəqibi olsa da, ikisi də dəhşətli qəzaya düşüblər. Coşuqan yarışlara qayıtsa da, Esdok aldığı xəsarətə görə idmanı buraxmalı olub. Qəzaya görə mütəmaid olaraq əlləri əsməyə başlayır və buna görə dərmandan istifadə edir.
- Esdok Hüqonun ölümündən sonra Alitanı motorbol oyunlarına salır. Ən böyük arzusu Alitanı əsas liqada oynatmaq və Alitanın Coşuqanı məğlub etməsidir. Alita Coşuqanla görüşdən sonra motorbolu tərk edəcəyini açıqlayanda buna sərt şəkildə qarşı çıxır. Mübahisə etdikləri zamanı yoldan keçən bir avara tərəfindən öldürülür. Alitadan son istəyi Coşuqanı məğlub etməsi olur və ona hazırlatdırdığı xüsusi ülgücü verir. Esdok Alitaya xəbər vermədən onun məhvedici bədənini anbardan çıxarıb başqasına satır.
Umba
redaktə- Unba (ウンバ?)
- Səsləndirən: Toku Nişio
- Umba kök, çox qısa motorbol mexanikidir. Esdokla birlikdə işləyir və Alitanın bədənini təmir etməklə məşğul olur. Takie ilə qarşılaşma zamanı Alita ağır zədələnərkən Umbanın 20 osminoq qolunu eyni anda istifadə edə bildiyi məlum olur və onu cəmi 6 dəqiqəyə meydançaya qaytara bilir. Esdokun ölümündən sonra nə edəcəyini bilməyən Umba motorbolu tərk edir. İki il sonra Umba uğurlu şəkildə Cənab Tompsonla birlikdə mühəndislik şirkəti qurur və Alitaya Esdokun məhvedici zirehi Desti Novaya satdığını yazır.
Barjack
redaktə- Barjack (バージャック, Bājakku?, 馬借 kimi də yazılır) Xarabalıq sakinlərindən ibarət terrorist hərbi qruplaşmadır. Əsas hədəfi Tiferes, :Fabrikləri və Xarabalığı məhv etməkdir. Koyomi, Den, keçmiş xuliqan Naklhed, fotoqraf B. B. Bvik, kiborq tibb bacısı Kayna Barjack üzvləridir. Den Barjackın lideridir.
- Tiferes Barjackla mübarizə aparmağa çalışır. Barjack nəhəng top – Henqi düzəldib Tiferesə atəş açsa da, xəsarət yetirə bilmir. Əvəzində Tiferesin göndərdiyi AR-lər bütün üsyançıları öldürür və top Tiferesin silahı Abaddon ilə məhv edilir. Koyomi sağ qurtula bilir və bir il sonra "Barjack müharibə xronikası" adlı kitab buraxır. Kitab Xarablıqda bestsellerə çevrilir.
Den
redaktə- Den (電?)
- Den Kaosun alternativ şəxsiyyətidir. Kaosun sinəsinə bərkidilmiş ötürücü vasitəsilə hərəkət edən nəhəng robot şəklində görünür. Den hələ Kaos balaca ikən ortaya çıxmağa başlamışdı. Əslində Den Kaosun qaranlıq və qəzəbli olan şəxsiyyəti halıdır. Kaosun atası Desti Nova oğlunu bu şəxsiyyətindən qurtarmaq üçün ötürücü hazırlamış və Deni yaratmışdır. Bəzən elə olur ki, Den Kaosun bədənini ələ keçirə bilir, lakin bu zaman Kaosun Denin onun bədənini ələ keçirməsi barədə xatirələri olmur.
- Den Barjackın lideridir. Desti Nova onu yaradıb buraxdıqdan sonra özünü bir döyüşçü kimi yetişdirmişdir. Onun fikrincə bu dünyada bütün müsibətlərin mənbəyi Tiferes, Fabriklər və Xarabalıqdır. Buna görə başlıca hədəfi Tiferesi yox etməkdir. Alita ilə ilk qarşılaşması zamanı Alita tərəfindən az qala öldürüləcəkkən Koyomi ona mane olur və Den Koyomini Barjacka qəbul edir. Barjackın hazırladığı nəhəng top Tiferes tərəfindən məhv edildikdən sonra itirməyə heç nəyi qalmayan Den Xarabalığa hücum edir və Fabrikləri məhv etməyə başlayır, lakin sonda öldürülür.
- "Barjack rapsodiyası" hekayəsində Denin uzaqdan idarə edilən daha iki bədəninin olduğu üzə çıxır.
B. B. Bvik
redaktə- B.B. Byuikku (B.B. ビュイック?)
- B. B. Bvik Barkajkdakı xüsusi məhbusdur və təşkilatın fotoqrafıdır, şəkillər çəkməkdən məsuliyyət daşıyır. Saqqalı var. Proximus MTG Mark II model kameradan istifadə edir. Əvvəllər Xarabalıq şəhərində yaşamışdır. Burada o fahişələri öldürən seriyalı qatil idi və onları bıçaqla öldürüb şəkillərini çəkirdi, lakin keçmiş həyatından peşmandır və özünü aciz insan hesab edir.
- Barjackın nəhəng topu Tiferes tərəfindən məhv edilən zaman B. B. Bvik ölən zaman fotoaparatını Koyomiyə verir və burada Barjackla bağlı 200.000-dən çox şəkil olduğunu bildirir.
Yer Tədqiqat Bürosu
redaktəBiqott Ayzenburq
redaktə- Bigotto Aizenbāgu (ビゴット・アイゼンバーグ?)
- Biqott Ayzenburq Yer Tədqiqat Bürosunun şefidir. Alita Zapana qarşı tapanca istifadə etdiyinə görə beyninin öldürülməsinin qarşısını alır və ona Tiferes üçün casusluq etməsini təklif edir. Alita təklifi əvvəlcə rədd etsə də, İdonu görmək ümidi ilə qəbul edir. Ayzenburq Alitanın Tiferes üçün casusluq etməsinə nəzarət etməklə məşğul olur. Kollinsi onun operatoru təyin etmir. Buna baxmayaraq, o, Alitanın fəaliyyətindən narazıdır, Alitanın missiyasına diqqət yönəltməsini, bütün əmrlərinə itaət etməsini istəyir. Buna görə də Alitanın replikaları olan AR seriyasını hazırlayır və AR-2-ni Alita ilə döyüşdürür.
- Ayzenburqun Alitadan istədiyi əsas şey Desti Novanı diri ələ keçirməsidir. Sonradan məlum olur ki, o, Desti Novanı Tiferesə qaytarmaq fikrindədir.
- Ayzenburq Desti Novadan Tiferesin ən böyük sirrini öyrənəndə özünə hakim ola bilmir və dəliyə dönür. Bundan sonra Tibbi Yoxlama Bürosu tərəfindən digər büro üzvləri ilə birlikdə öldürülür. O, "Furusato" adlı yan hekayədə də görünür.
Lou Kollins
redaktə- Ruu Korinzu (ルウ・コリンズ?)
- Lou Kollins və ya Yaponiyada tanınan adı ilə Ruu Kollins Tiferesdə fəaliyyət göstərən Yer Tədqiqat Bürosunda işləyən eynəkli qızdır. Sadəlövh, şən və pozitiv şəxsiyyətlə təsvir olunur. Alita Tiferes casusu olandan sonra onun operatoru təyin olunur. Kollins müsbət personaj kimi təqdim olunur, onun yaxşı ürəyi var. Kollins Alitanı döyüş, silah, texnika, strategiya köməyi ilə təmin edir. Alita ilə Tiferesdəki operator otağı vasitəsilə əlaqə saxlayır. O, Alitanın Den və Kaosla bağlı məlumatları Tiferesin sistemindən silməsi fikri ilə razılaşır.
- Kollins Alitanın həyatını iki dəfə xilas edir. Birincisi, Alita Den döyüşərkən az qala öləcəkkən ona silah yardımı edir. İkincisi isə Alitanın AR-2 ilə döyüşü zamanı olur. AR-2 Alitanı öldürəcəkkən Kollins AR-2-nin kontrol terminalını məhv edir, hətta onun operatorunun başına silah dayayır. Buna görə də Kollins operatorluqdan uzaqlaşdırılır. Alita daha sonra Desti Nova tərəfindən Tiferesə gətiriləndə Kollinsin Tiferesdən sürgün edilmək üzrə olduğunu öyrənir və onu xilas edir. Kollins Tiferesin böyük sirrini öyrənən bir neçə nəfərdən biridir və bu xəbəri başqalarından fərqli olaraq sakit qarşılayır. Hekayənin sonunda Kollins Kaos ilə evlənir.
- Kollins tərəzi bürcündəndir.
Alita replikaları
redaktə- Alita replikaları (yapon versiyasında Qalli replikaları) və ya qısaca AR-lər (yapon versiyasında GR-lər) Alita Tiferes casusu olmadığı qəbul edəndə onun xüsusiyyətlərindən və verilənlərdən istifadə edilərək hazırlanan replikalardır. Alita əvvəlcə Tiferesin bu cür replikalar üzərində işlədiyindən xəbəri olmur, lakin Ayzenburq onun üzərinə AR-2-ni göndərəndə həqiqəti öyrənir. Ayzenburq replikalar daha güclü və daha sədaqətli olduğu üçün AR-2-nin Alitanı öldürməsini istəyir, amma Kollins buna mane olur. Daha sonra 12 AR istehsal olunur. Barjackın hazırladığı nəhəng topun qarşısını almaq üçün isə AR-10 göndərilir.
- AR-lər Alita kimi Panzer Kunst biliyinə malikdirlər, Hertza Haeon və Einzug Rüstungen kimi xüsusi hücumları bilirlər.
Digər
redaktəFiqur For
redaktə- Fogia Foa (フォギア・フォア?)
- Fiqur For koppo adlı döyüş texnikasından istifadə edə bilən döyüşçüdür. Kiborq olmamasına baxmayaraq bu bacarığı ilə kiborqları asanlıqla məğlub edə bilər. Əslən sahildə yerləşən Alhambra şəhərindən balıqçı olan For Tiferesi görmək üçün şərqə gedir və bir il Xarabalıqda qalır. Daha sonra Fabrik qatarlarından birini qorumaq üçün mühafizəçi işinə düzəlir və Yolqla dostlaşır. Barjack qatara hücum etməzdən bir az öncə Alita ilə tanış olur. Onlar birlikdə Barjacka qarşı döyüşdükdən sonra bir-birilərinə sevgilərini etiraf edirlər. For öz balıqçı yurduna qayıtmazdan öncə Alita missiyasını tamamlayan kimi ona gələcəyinə dair söz verir.
- Manqanın sonunda Alita özünə fəda edəndə For onu tapmaq üçün Tiferesə gəlir. Bu zaman Desti Novanın onu diriltdiyini öyrənib onu xilas edir.
Furi
redaktə- Fyūrī (フューリー?)
- Furi Murdokun kiborq itlərindən biridir. Koyomi böyüdükdən sonra onun itinə çevrilir. Vaxtının çoxunda yatsa da, köhnə instinktləri hələ də qalıb. Koyomi xuliqanların hücumuna məruz qalanda onu qoruyur. Daha sonra köməyə gələn Alitanı görən kimi tanıyır. Barjackın nəhəng topu Henq Tiferesin silahı Abaddon tərəfindən məhv ediləndən sonra AR-10-nun Alita olmadığını başa düşür və ona hücum edərək onunla birlikdə ölür.
İstinadlar
redaktə- ↑ Kishiro, Battle Angel Alita, pages 34–37.
- ↑ Kishiro, Battle Angel Alita: Killing Angel, page 15.
- ↑ Kishiro, Battle Angel Alita: Angel of Victory, pages 16, 119.
- ↑ anonymous, Battle Angel Alita: Last Order, chapter 113.
- ↑ Kishiro, Battle Angel Alita: Angel of Victory, page 183
- ↑ Anderson, Lisa (1 November 2005)
- ↑ Kishiro, Battle Angel Alita: Angel of Victory, page 124
- ↑ Kishiro, Battle Angel Alita: Fallen Angel, page 221
- ↑ "A Kishiro Yukito interview". 2008-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-11-08.
Ədəbiyyat
redaktə- Kishiro, Yukito. Battle Angel Alita (11th). San Francisco: Viz Communications. October 2000. ISBN 1-56931-003-3.
- Kishiro, Yukito. Battle Angel Alita: Tears of an Angel (1st). San Francisco: Viz Communications. 1994. ISBN 1-56931-049-1.
- Kishiro, Yukito. Battle Angel Alita: Angel of Chaos (5th). San Francisco: Viz Communications. May 2000. ISBN 1-56931-178-1.
- Kishiro, Yukito. Battle Angel Alita: Angel of Death (1st). San Francisco: Viz Communications. September 1996. ISBN 1-56931-127-7.
- Kishiro, Yukito. Battle Angel Alita: Angel of Redemption (1st). San Francisco: Viz Communications. March 1996. ISBN 1-56931-053-X.
- Kishiro, Yukito. Battle Angel Alita: Fallen Angel (1st). San Francisco: Viz Communications. November 1997. ISBN 1-56931-243-5.
- Kishiro, Yukito. Battle Angel Alita: Angel's Ascension (4th). San Francisco: Viz Communications. June 2001. ISBN 1-56931-293-1.
- Kishiro, Yukito. Battle Angel Alita: Killing Angel (1st). San Francisco: Viz Communications. June 1995. ISBN 1-56931-092-0.
- Kishiro, Yukito. Battle Angel Alita: Angel of Victory (1st). San Francisco: Viz Communications. August 1995. ISBN 1-56931-082-3.
- Kishiro, Yukito. Gunnm. 3 (Nouv. éd.). Glénat. January 10, 2001. ISBN 978-2723434775.