Bavariyali Qizela - Wikipedia
Bavariyalı Qizela (mac. Bajor Gizella) və ya Müqəddəs Qizela (mac. Boldog Gizella; 980 və ya 985 – 7 may 1065[1][2] və ya 1033[3]) — ilk Macarıstan kraliçası, I Stefanın həyat yoldaşı,Müqəddəs Roma imperatoru II Henrixin bacısı. Roma-Katolik kilsəsi tərəfindən beatifikasiya (şərəfləndirmə) [4] olunmuşdur.
Bavariyalı Qizela | |
---|---|
mac. Bajor Gizella | |
Bavariya və Macarıstan kraliçası | |
1000 və ya 1001 – 1038 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Fəaliyyəti | queen regnant[d] |
Atası | Bavariya hersoqu II Henrix |
Anası | Burqundiyalı Qizela |
Həyat yoldaşı | Kral I Stefan |
Dini | Roma-Katolik kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQizela Bavariya hersoqu II Henrix ilə Burqundiyalı Qizelanın qızı idi. Qizela dindar bir insan kimi yetişdirilmişdi. 996-cı ildə I Stefan ilə ailə həyat quran Qizela Macarıstanın qərb siyasətində önəmli rol oynamışdır. Stefan və Qizelanın toyu Macarıstan tarixində dönüş nöqtəsi olmuşdur. Kraliça Qizela Macarıstanda xristian dinin və Qərb mədəniyyətinin yayılmasında da pay sahibi olmuşdur.
1038-ci ildə kral I Stefanın vəfat edir. Kralın ölümündən sonra 1046-cı ildə Qizela, onun xidmətçiləri və bir qisim bavariyalı Macarıstanı tərk edərək Bavariyaya qayıtmış, burada o Niederburq monastrına qoşularaq rahibə olmuşdur. Həyatının sonuna qədər- 1065-ci ilə qədər monastrda qalmış, burada da vəfat etmişdir.
Müqəddəs elan edilməsi
redaktəXVIII əsrdə Qizelanın müqəddəs elan edilməsi məsələsi ortaya atılsa da, bu proses 1975-ci ildə baş tutmuşdur. Onun xatirə günləri 7 may və 1 fevral tarixləridir [5]. Qizela və yoldaşı kral I Stefan ayrı-ayrılıqda dəfn edilmişdir. 1996-cı il may ayının 4-də I Stefanın sağ əlinin qalıqları qorunmuş və Qizelanın qol sümüyü ilə bir yerdə Vesprem muzeyinə göndərilmişdir [6]. Günümüzdə də burada sərgilənməkdədir. Onun məzarı ən çox ziyarət edilən müqəddəs yerlərdən biri hesab edilir.
İstinadlar
redaktə- ↑ Gisela of Hungary // GCatholic.org. 1997.
- ↑ Pas L. v. Gisela von Bayern // Genealogics (ing.). 2003.
- ↑ Dictionary of Women Worldwide (ing.): 25,000 Women Through the Ages. / A. Commire, D. Klezmer Detroit: Gale, Yorkin Publications, 2006. 2572 p. ISBN 978-0-7876-7585-1
- ↑ "BEATİFİKASİYA". 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-20.
- ↑ "Blessed Gisela of Hungary". 2017-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-20.
- ↑ "Hungary's queen meets her match after 1,000 years". 2016-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-20.