Baxseli Baxseliyev - Wikipedia
Baxşəli Həsənəli oğlu Baxşəliyev (20 avqust 1920, Bərdə, Cavanşir qəzası – 12 noyabr 1987, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR maliyyə naziri (1970–1987).
Baxşəli Baxşəliyev | |
---|---|
20 avqust 1970 – 13 oktyabr 1987 | |
Əvvəlki | Qurban Xəlilov |
Sonrakı | Bədir Qarayev |
1968 – 1970 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bərdə, Cavanşir qəzası, Azərbaycan SSR |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Partiya | Sov.İKP (1958) |
Fəaliyyəti | dövlət qulluqçusu |
Uşağı | Gövhər Baxşəliyeva |
|
|
Təltifləri |
|
Həyatı
redaktəBaxşəli Həsənəli oğlu Baxşəliyev 20 avqust 1920-ci ildə Bərdə şəhərində anadan olmuşdur.[1] Əmək fəaliyyətinə 1937-ci ildə burada orta məktəb kitabxanaçısı kimi başlamışdır. 1940-cı ildən rayon maliyyə şöbəsinin baş inspektoru, baş mühasibi, nəzarət-təftiş idarəsinin Bərdə rayonu üzrə nəzarətçi-müfəttişi vəzifələrində işləmişdir.[2] Ali təhsilini Ümumittifaq Qiyabi Maliyyə İnstitutunda almışdır.[3]
1954-cü ildə Baxşəli Baxşəliyev Azərbaycan SSR Maliyyə Nazirliyinin mərkəzi aparatına baş nəzarətçi-müfəttiş işinə keçirilmiş, sonra isə nəzarət-təftiş idarəsinin şöbə rəisi olmuşdur.[4] 1961–1968-ci illərdə Azərbaycan SSR Dövlət Sığorta Baş İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 1968-ci ildən isə Azərbaycan SSR maliyyə nazirinin birinci müavini vəzifəsinə irəli çəkilmişdir. Baxşəli Baxşəliyev 1970-ci ildən 1987-ci ilədək Azərbaycan SSR maliyyə naziri olmuşdur.[1]
Baxşəli Baxşəliyev 8–11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş[5] və Azərbaycan Kommunist Partiyasının XXVIII, XXIX, XXX və XXXI qurultaylarında (1971-ci ildən[6]) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir. İki dəfə "Qırmızı əmək bayrağı" ordeni, eləcə də "Xalqlar dostluğu", "Şərəf nişanı" ordenləri və SSRİ medalları ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür.[2]
Baxşəli Baxşəliyev 12 noyabr 1987-ci ildə Bakıda vəfat etmişdir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 Baxşəliyev Baxşəli Həsənəli oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 48. ISBN 978-9952-441-07-9.
- ↑ 1 2 Бахшәли Һәсән оғлу Бахшәлијев // Коммунист. № 263 (20432). 13 нојабр 1987-ҹи ил. С. 3.
- ↑ Бахшәлијев Бахшәли Һәсән оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 64.
- ↑ Baxşəliyev Baxşəli Həsən oğlu // Böyük İqtisadi Ensiklopediya. I cild. Bakı: Letterpress. 2012. səh. 280–281. ISBN 978-9952-452-28-0.
- ↑ Бахшәлијев Бахшәли Һәсәнәли оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 61.
- ↑ Bakhshaliev, Bakhshali Gasan ogly // Who's who in the Soviet Union (ingilis). München; New York; London; Paris: Saur. 1984. səh. 37. ISBN 3-598-10467-7.