Baxseyis Pasayev - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Baxşeyiş Paşayev (1 may 1936, Ağdam – 12 iyul 1992, Xanabad, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Baxşeyiş Paşayev | |
---|---|
Baxşeyiş Xanəhməd oğlu Paşayev | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Ağsaqqal |
Doğum tarixi | |
Doğum yeri | Əhmədavar, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Xanabad, Xocalı rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Ağdam rayonu Şəhidlər xiyabanı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1988–1992 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Təltifləri |
Həyatı
redaktəBaxşeyiş Paşayev 1 may 1936-cı ildə Ağdam rayonunun Əhmədavar kəndində doğulmuşdur. Burada məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1988-ci illərdə Qarabağda vəziyyət pisləşəndən, Əli və Bəxtiyar qətlə yetiriləndən sonra Baxşeyiş xalq hərəkatına qoşulmuşdur.
Döyüşlərdə iştirakı
redaktəDaha sonra həyatını cəbhə ilə bağlayan Baxşeyiş döyüşçülərə silah sursat çatdırmış, dinc sakinlərin təhlükəsizliyi üçün həyatı bahasına risklər etmişdir. Baxşeyiş "Qarabağ Müdafiə Şahinləri" dəstəsinin ən fəal üzvlərindən biri olmuşdur. Xramort kəndinin erməni təcavüzkarlarından təmizlənməsində xüsusi fərqlənmişdir. "Ağsaqqal" ləqəbi ilə tanınan Baxşeyiş peşəkar atıcı olduğundan quldurların xeyli canlı qüvvəsini məhv etmişdir. Dəfələrlə Xanabad, Naxçıvanlı, Aranzəmin kəndlərinə kəşfiyyata getmişdir. 1992-ci il Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas etmişdir. 1992-ci il iyul ayının 12-də erməni işğalçıları Xanabad kəndinə böyük qüvvə ilə hücuma keçmişlər. Əks hücumla döyüşçülərimiz başda Baxşeyiş Paşayev olmaqla düşmənin 7 postunu ələ keçirmiş, amma qəfil atılan düşmən gülləsi Vətənimizin bu cəsur övladının həyatına son qoymuşdur. O, döyüş meydanında qəhrəmancasına həlak olmuşdur.
Ailəsi
redaktəAiləli idi, doqquz övladı var.
Milli Qəhrəman
redaktəAzərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.
Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 237.