Baydarli - Wikipedia
Baydarlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Baydarlı | |
---|---|
41°16′41″ şm. e. 46°52′02″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 213 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Toponimikası
redaktəBaydarlı oyk, sadə. Qax r-nunun Qıpçaq i.ə.v.-də kənd. Düzənlikdədir. Mənbələrin verdiyi məlumatlara görə, monqolların tərkibində baydarlı, Krım tatarlarının tərkibində isə baydar adlı tayfa olmuşdur. Tədqiqatçılar belə hesab edirlər ki, bu tayfa türkdilli olub, XIII əsrdən Azərbaycanda məskunlaşmışdır. Mənbələrdən birində Şəki vilayətində bir sıra kəndlərin gəlir vergilərinin Baydar bəyə bağışlanması haqqında, digər mənbədə isə 1273-cü ildə monqol sərkərdəsi Əmir Baydar haqqında məlumat verilir. Bu iki sənədə əsaslananlar toponimin şəxs adından törədiyini ehtimal edirlər. Lakin bütün hallarda Baydarlı etnotoponimdir.[1]
Əhalisi
redaktə1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 96 təsərrüfatda hər iki cinsdən toplam 412 nəfər əhali yaşayır.[2]
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
Qax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |