Baymak Rayonu - Wikipedia
Bayma rayonu (başq. Әбйәлил районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi baymak şəhəridir.
Baymak rayonu | |||||
---|---|---|---|---|---|
Баймаҡ районы | |||||
|
|||||
52°36′ şm. e. 58°19′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Baymak | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 562 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 34751 | ||||
Poçt indeksi | 4536ХХ | ||||
Avtomobil nömrəsi | 02, 102 | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBaymak rayonu 20 avqust 1930-cu ildə Ümumrusiya Məərkəzi Rəyasət Heyətinin "Başqırd Muxtar Sovet Sosialist Respublikasının inzibati bölgüsü haqqında" 1930-cu il tarixli qərarı ilə qurulmuşdur. XIX əsrin 30-cu illərində Xudolaz çayının yuxarı axarında qızıl yataqları işlənmişdir. Külcə və filiz qızılının yeni yataqlarının işlənməsi, mis pirit filizlərindən qızılın çıxarılması hesabına qızıl mədəni genişlənmişdir. 1923-cü ildə Tanalık-Baymak dağlıq dairəsi tərəfindən hasil edilən qızılın payı ümumi Uralın 40% -ə çatırdı.
Əhalisi
redaktəRusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[2]:
2024 — 58,81 min nəfər.
2035 — 60,08 min nəfər.
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: başqırdlar - 83,3%, ruslar - 11,9%, tatarlar - 3,5%, digər millətlərdən olanlar - 1,3%[3].
- Urbanizasiya
Şəhər şəraitində (Baymak şəhər) rayon əhalisinin 30,25 % -i yaşayır.
Yerli özünü idarəetmə
redaktəBaymak rayonu ərazisinə 1 şəhər və 22 kənd inzibati vahidliyi daxildir[4][5]. Rayon ərazisinə ümumilikdə 92 yaşayış məntəqəsi daxildir.
Sosial sfera
redaktəRayonda 75 ümumtəhsil məktəbi, o cümlədən 40 orta və 2 lisey, kənd təsərrüfatı texnikumu fəaliyyət göstərir. Urqazda Ufa Yanacaq və Enerji Kollecinin bir filialı, Baymakd peşə məktəbi, 41 kütləvi kitabxana, 75 klub müəssisəsi, Baymakda və Temyasov kəndində yerli tarix muzeyi, mərkəzi rayon və 8 kənd xəstəxanası, eyni adlı göldəki "Talkas" sanatoriyası mövcuddur. Rayonda iki regional qəzet nəşr olunur: rus dilində Baymak Xəbərləri və başqırd dillərində «Һaҡмар».
İdman
redaktəRayonda idman növləri üzrə federasiyalar mövcuddur: milli güləş, basketbol, voleybol, futbol, hokkey, xizək, atletika, boks, üzgüçülük, stolüstü tennis, şahmat və dama.
Bədən tərbiyəsi və idman həvəskarlarının ixtiyarında 146 obyekt vardır. O cümlədən: 1 stadion, 68 planlı idman qurğusu, 72 idman salonu, 2 xizək kurortu, 2 atış meydançası, 1 üzgüçülük hovuzu
20-ci əsrin ortalarında Başqırdıstanda Baymak-Ufa cıdırı at yarışları (1937) məşhur idi[6][7].
İstinadlar
redaktə- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-19.
- ↑ "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
- ↑ "Закон Республики Башкортостан от 20.04.2005 № 178-з (ред. от 01.06.2015) «Об административно-территориальном устройстве Республики Башкортостан»". 2019-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-19.
- ↑ "Постановление Правительства Республики Башкортостан от 29.12.2006 № 391 (ред. от 09.02.2015) «Об утверждении реестра административно-территориальных единиц и населённых пунктов Республики Башкортостан»". 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-19.
- ↑ "Состояние, опыт и перспективы развития физкультурного движения Якутии ... - Google Книги". 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-19.
- ↑ "Энциклопедия игр - Ольга Белякова - Google Книги". 2020-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-19.