Besdisicikli Yemisan - Wikipedia
Beşdişicikli yemişan (lat. Crataegus pentagyna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Beşdişicikli yemişan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Beşdişicikli yemişan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Sinonimləri
redaktə- Azarolus oliveriana (Dum.Cours.) M.Roem.
- Azarolus platyphylla (Lindl.) M.Roem.
- Crataegus colchica Grossh.
- Crataegus elbursensis Rech.f.
- Crataegus melanocarpa M.Bieb.
- Crataegus melanocarpa var. atrofusca (Steven ex K.Koch) Boiss.
- Crataegus melanocarpa subsp. elbursensis (Rech.f.) Riedl
- Crataegus melanocarpa var. heterophylla Boiss.
- Crataegus oliveriana (Dum.Cours.) Bosc
- Crataegus oxyacantha var. melanocarpa (M.Bieb.) Loudon
- Crataegus oxyacantha var. oliveriana (Dum.Cours.) Lindl.
- Crataegus oxyacantha var. pentagyna (Waldst. & Kit. ex Willd.) Sanio
- Crataegus pentagyna var. glabrata Trautv. ex Pojark.
- Crataegus pentagyna var. oliveriana (Dum.Cours.) Rehder
- Crataegus pentagyna subsp. pentagyna
- Crataegus platyphylla Lindl.
- Mespilus atrofusca Steven ex K.Koch
- Mespilus melanocarpa (M.Bieb.) Poir.
- Mespilus oliveriana Dum.Cours.
- Mespilus pentagyna (Waldst. & Kit. ex Willd.) Wenz.
- Mespilus pentagyna (Waldst. & Kit. ex Willd.) Spreng.
- Phaenopyrum melanocarpum (M.Bieb.) M.Roem.
- Phaenopyrum pentagynum (Waldst. & Kit. ex Willd.) M. Roem[1]
Botaniki təsviri
redaktəHündürlüyü 5-6 (8) m olan ağac və ya hündür koldur. Budaqlarının qabığı boz rənglidir. Cavan budaqları xovlu tüklüdür, bəzən demək olar ki, çılpaqdır. Tikanları nazik, çoxsaylı, uzunluğu 5-10 mm-dir.
Yarpaq
redaktəYarpaqları üst tərəfdən tünd-yaşıl rəngli, parıldayan, tüklüdür, alt tərəfdən daha açıqdır, qismən tüklüdür, bəzən, yumşaq keçə tüklüdür, nadir halda tamamilə çılpaqdır, qaidə hissəsi pazşəkilli kəsilmiş, görünüşünə görə yumurtaşəkillidir, 3-5 (7) bölümlüdür; bölümləri enli, küt və ya sivriləşmişdir, uc hissəyə yaxın sivri-dişlidir.
Çiçək
redaktəÇiçəkləri mürəkkəb çoxçiçəkli qalxan çiçək qrupunda toplanmışdır. Çiçək qrupunun budaqları, saplaq, çiçək yatağı qismən tüklüdür, bəzən keçə-tüklüdür. Tac ağ rəngdədir, diametri 13-17 mm-dir.
Meyvə
redaktəMeyvələri şarşəkilli, qara rəngli, göyümtül təbəqəlidir və qırmızımtıl lətlidir, uc hissədə quru, düzduran kasa yarpaqlıdır. Çəyirdəyi 3-5 ədəddir, demək olar ki, hamardır.
Çiçəkləməsi
redaktəMay ayında baş verir
Meyvə verməsi
redaktəSentyabr-Oktyabr (Noyabr)
Azərbaycanda yayılması
redaktəSamur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Alazan - Əyriçay, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ cənub, KQ mərkəzi, Lənk. dağ., Lənk. oval. Ovalıqdan orta dağ qurşağına qədər.
Yaşayış mühiti
redaktəİşıqlı meşələrdə, meşə kənarında, kollu cəngəlliklərdə. Qrup halında və səpələnmiş halda rast gəlinir
İstinadlar
redaktə- ↑ Beşdişicikli yemişan:''The Plant List saytında takson barədə məlumat. (ing.)