Bektas Xan - Wikipedia
Bektaş xan Qorci (vəfatı 1639) olaraq da bilinən Bektaş xan I Şah Səfinin (1629-1642) dövründə 1631-1638-ci illəri arasında Bağdad qubernatoru (bəylərbəyi) vəzifəsini icra edən Səfəvi məmuru və qulamı. 1623-39-cu illərdə davam edən Osmanlı-Səfəvi müharibəsi zamanı Osmanlılar şəhəri ələ keçirdikdə onun vəzifəsi 1638-ci ildə başa çatdı.
Bektaş xan | |
---|---|
Bektaş xan Qorci gürc. ბექთაშ-ხან გურჯი | |
1631 – 1638 | |
Əvvəlki | Səfiquli xan |
Sonrakı | (Osmanlı işğalı) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Fəaliyyəti | hərbi qulluqçu |
Dini | islam |
Rütbəsi | general |
Tərcümeyi-hal
redaktəBektaş xan Mirimanidze sülaləsinin üzvü idi, bu sülalənin üzvləri I Şah Abbasın hakimiyyətinin (1588-1629) gəlişi ilə Səfəvi sıralarında durmadan yüksəlmiş, lakin əvvəllər də nüfuzlu vəzifələr tutmuşdu. Bacısı oğlu Səfiquli xanın (Mirman Mirimanidze) ölümündən sonra onun yerinə Bağdad qubernatorluğuna Bektaş xan keçdi.[1]
Bektaş xan əvvəlki mühasirələrdə zədələnmiş istehkamları xeyli təmir etdi. [2] O, həmçinin düşmənin divarlara yaxınlaşmaması üçün də geniş tikinti işləri aparmışdır. [2] 1638-ci il tarixli Osmanlı mühasirəsi zamanı Bektaş xan sərt müqavimət göstərdi və şəhərin ələ keçirilməsinə qədər təxminən altı həftə çəkdi. [3] Bektaş xan Bağdadın süqutundan bir il sonra vəfat etdi. [4]
İstinadlar
redaktə- ↑ Maeda, 2003. səh. 253
- ↑ 1 2 Mikaberidze, 2011. səh. 177
- ↑ Bengio, Litvak, 2014. səh. 63
- ↑ Maeda, 2003. səh. 271
Mənbələr
redaktə- Bengio, O.; Litvak, Meir. The Sunna and Shi'a in History: Division and Ecumenism in the Muslim Middle East. Springer. 2014. ISBN 978-1137495068.
- Floor, Willem. "The Rise and Fall of Mirza Taqi, The Eunuch Grand Vizier (1043-55/1633-45)". Studia Iranica. 26 (2). 1997: 247. doi:10.2143/SI.26.2.2003944.
- Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran". Studia Iranica (32). 2003: 1–278.
- Mikaberidze, Alexander, redaktorConflict and Conquest in the Islamic World: A Historical Encyclopedia [2 volumes]: A Historical Encyclopedia. ABC-CLIO. 2011. ISBN 978-1598843378.
Əvvəlki: Səfiquli xan |
Bağdad qubernatoru 1631-1638 |
Sonrakı: Osmanlı qubernatorları |