Belarus Hemkarlar Ittifaqlari Federasiyasi - Wikipedia
Belarus Həmkarlar İttifaqları Federasiyası (belar. Фэдэрацыя прафсаюзаў Беларусі) — Belarusun ən böyük milli həmkarlar ittifaqları birliyi.[1] Mərkəzi ofisi Minsk şəhərində yerləşir.
Tarixi
redaktəBelarus Həmkarlar İttifaqları Federasiyası 1990-cı ildə yaranmışdır.[1]
1991-1995-ci illər ərzində daha 7 həmkarlar ittifaqı yarandı və beləliklə, Federasiyanın ətrafında artıq 31 təşkilat birləşdi.[1] Bu təşkilatların xidmətində isə 31378 ilk, 454 şəhər, rayon həmkarlar ittifaqı komitəsi fəaliyyət göstərirdi.[1] Zaman keçdikcə onların hər biri yetərincə güclü nüfuza malik oldular, sıralarını genişləndirdilər.[1] Bəzi təşkilatlar artıq öz qəzetlərini də nəşr etməyə başladılar.[1]
Məqsədi
redaktəQurumun əsas məqsədi təşkilatların qüvvə və istiqamətini birləşdirmək, qarşıya qoyulan məsələləri kökündən həll etmək, ölkədə işçilərin hüquqlarını tam qorumaqdır.[1]
Tərkibi
redaktə24 sahə təşkilatını özündə cəmləşdirir.[1] 4 milyon üzvü var (15.03.2011).[2]
Rəhbəri
redaktəQurumun hazırkı rəhbəri Yuri Senkodir.[3]
Ədəbiyyat
redaktə- International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Arzu ŞAHBAZİ. Belarus həmkarlar ittifaqları Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 04.06.2012. (az.)
- ↑ Юлія Ваніна (15 сакавіка 2011) Фэдэрацыя прафсаюзаў Беларусі акажа гуманітарную дапамогу грамадзянам Японіі Грамадзтва. Беларускае тэлеграфнае агенцтва. (bel.)
- ↑ "В Беларуси избран новый глава Федерации профсоюзов – что о нем известно". 2024-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-07.
Xarici keçidlər
redaktə- fpb.by — Rəsmi saytı