Bellinshauzen Antarktika Stansiyasi - Wikipedia
«Bellinshauzen» — (SSRİ) Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya Kinq-Corc adasında yerləşir. Stansiya Antarktidanı kəşf etmiş Faddey Bellinshauzenin şərəfinə adlandırılmışdır. Stansiya 22 fevral 1968-ci ildə Sovet Antarktida ekspedisiyası zamanı inşa edilmişdir. Ekvatora ən yaxın Rusiyaya məxsus antarktik stansiyadır. 2015-ci ildə stansiyada il boyu 8 nəfər çalışır. Beş nəfər isə yayda mövsümü olaraq gəlir. Stansiya yaxınlığında Çiliyə məxsus Frey stansiyası fəaliyyət göstərir. Stansiyada coğrafı, geoloji, qlyasiloji və bioloji araşdırmalar aparılır. 1970-ci illərdən burada radiostansiya fəaliyyət göstərir. Stansiyanın ereji təminatını üç dizel-generatoru təmin edir. Onların güçü 225 kVt-dır[1]
2004-ci ildə Bellinshauzen stansiyası yaxınlığında provastav məzhəbinə aid olan Müqəddəs Üçlər kilsəsi inşa edilmişdir. Bu Antarktidada daim fəaliyyət göstərən yeganə kilsədir.
2013-ci ildə stansiyanı amerikan rok-qrupu olan Metallca ziyarət etmişdir[2].
17 fevral 2016 ildə Mərkəzi və Cənubi Amerikaya səfər edən Rus Provaslav kilsəsinin patriarxı Kiril adanı zıyarət etmişdir[3][4][5][6]
İqlim
redaktəAntarktik yarımadası və yaxınlıqda yerləşən adalar Antarktika ərazisində ən əlverişli bölgə hesab edilir. Qışda minimal temperatur -6,8°C, yayda isə maksimal temperatur +1,1°C təşkil edir. Rus qütbçüləri stansiyanı bəzən turizm zoması olaraq adlandırırlar. 2009—2010 illərdə ilk dəfə olaraq qar təbəqəsi əriməmişdir[7].
Rabitə
redaktəStasiyada əlaqə peyk antenləri ilə təmin edilir.
Nəqliyyat
redaktəİl ərzində stansiyaya elmi avadanlıqlar iki dəfə gətirilir. Əsasən Akademik Fyodorov gəmisi ilə bölgəyə yük daşınır. İlin qalan vaxtları isə yüklər Çiliyə məxsus olan Teriente beynəlxalq hava limanı ilə gətirilir.
Qalereya
redaktə-
Kilsənin daxili
-
Stasiyada gecə
-
Bellinshauzen 2012 il
İstinadlar
redaktə- ↑ "У берегов Западной Антарктиды открывается советская полярная станция «Беллинсгаузен»". Русское географическое общество. 2015. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.
- ↑ "Metallica Bellinshauzen stansiyasını ziyarət etmişdir". İnterfaks. 12 dekabr 2013. 2020-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.
- ↑ "Patriarx Kiril Antarktidanı insanların ideal şəkildə yaşaya biləcəyi yer olaraq adlandırmışdır. Hansı ki, burada silah və həri əməliyyatlar yoxdur". 2016-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.
- ↑ "Патриарх Кирилл назвал Антарктиду образом идеального человечества, где нет оружия и военных действий". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.
- ↑ "Антарктида — образ идеального человечества, считает патриарх Кирилл". 2016-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.
- ↑ Патриарх Кирилл: Антарктида — образ идеального человечества Arxivləşdirilib 2016-02-19 at the Wayback Machine (rus.)
- ↑ "Bellinshauzen stansiyasında 42 il ərzində ilk dəfə olaraq qar qatı əriməmişdir". Lents.Ru. 30 mart 2010. 2016-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.
Mənbə
redaktə- Antarktidada yerləşən Rusiyaya məxsus olan qütb stansiyalarıArxivləşdirilib 2012-09-03 at the Wayback Machine
- Bellinshausen.com Arxivləşdirilib 2008-10-14 at the Wayback Machine