Belovejskaya Pusca Milli Parki - Wikipedia
Belovejskaya Puşça Milli Parkı (rus. Национальный парк «Беловежская пуща»; belar. Нацыянальны парк Белавежская пушча[1][2][3]) — Belarusun Brest regionunun Kamyanyets və Prujani rayonlarında, Qrodno regionunun Sviçlaç rayonunda yerləşən milli park. Milli park Polşa ilə sərhəddədir. Bu ərazidə Avropanın qədim meşələrindən Byaloveşa meşəsi mühafizə olunur. Belarus-Polşa sərhədini bu meşə müəyyən edir və Polşa tərəfində Byaloveşa Milli Parkı yerləşir. Sərhəddə turistlər və velosipedçilər üçün keçid vardır. Milli parkda Avropa qitəsinin ən ağır quru heyvanları — Avropa bizonu yaşayır.
Belovejskaya Puşça Milli Parkı | |
---|---|
belar. Нацыянальны парк Белавежская пушча | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 1.529,6 km2 ha |
Yaradılma tarixi | 11 avqust 1932 |
İdarəetmə orqanı | Belarus Təbiət Nazirliyi |
Yerləşməsi | |
52°35′07″ şm. e. 23°52′44″ ş. u.HGYO | |
Ölkə | Belarus |
Vilayət |
Brest regionu Qrodno regionu |
Rayon |
Kamyanyets Prujani Sviçlaç |
npbp.brest.by | |
|
|
Tipi | Təbii |
Kriteriya | ix, x |
Hissəsi | Białowieża Forest |
İstinad nöm. | 33-001 |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəBelovejskaya Puşça Biosfer Qoruğunun sahəsi 1.171 km2-dır. Əsas hissəsinin sahəsi 157 km2, bufer zonasının sahəsi 174 km2, tranzit zonasının sahəsi 700 km2, Dünya irsi bölgəsinin sahəsi isə 876 km2-dır. Milli park Brest şəhərinin 40 km şimalındadır və Brest regionunun 2,7 %-ini təşkil edir.[4]
Tarixi
redaktəBu ərazilər haqqında ilk qeydlər 983-cü ilə aiddir. Milli parkın adı XIV əsrdə qurulmuş Belaya Veja şəhərindən və XV əsrdə Polşa və Litva tarixi sənədlərində qeyd olunan Puşça sözündən almışdır.
İkinci Polşa Respublikası dövründə Byaloveşa meşəsinin böyük hissəsi 11 avqust 1932-ci ildə milli park elan olunmuşdur. İkinci dünya müharibəsindən sonra bağlanmış müqaviləyə əsasən Byaloveşa meşəsi Polşa ilə Belarus SSR arasında bölüşdürülmüşdür. 1947-ci ildə Polşada Byaloveşa Milli Parkı qurulmuşdur.
Milli parkın idarəetmə orqanı Kamyanyukidədir. Orada kiçik muzey, restoran, bar, hotellər (SSRİ dövründə tikilmiş və baxıma möhtacdırlar) yerləşir.
Flora və fauna
redaktəMilli park Belarusun ən əhəmiyyətli ekosisteminə sahibdir. Burada 900 bitki növü (zanthoxylum, şam ağacı, Avropa ağ şamı, nadir ot növləri) və 250 heyvan növü (Avropa bizonu, canavar, adi vaşaq, susamuru, böyük xallı qartal, durna, ağacdələn, adi yapalaqca) yaşayır.
Şəkillər
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2020-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Arxivlənmiş surət". 2011-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Arxivlənmiş surət". 2017-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Arxivlənmiş surət". 2013-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
Xarici keçidlər
redaktə- Vikianbarda Belovezhskaya Pushcha National Park ilə əlaqəli mediafayllar var.
- Təbiət saytı
- Səyahət Arxivləşdirilib 2020-05-25 at the Wayback Machine
- Rəsmi sayt Arxivləşdirilib 2020-04-02 at the Wayback Machine