Berar Sultanligi - Wikipedia
Berar sultanlığı — 1490–1574-cü illərdə Hindistanda iqtidarda olmuş səltənət.
Tarixi dövlət | |
Berar sultanlığı | |
---|---|
|
Tarixi
redaktəQurucusu Fəthullah İmadülmülk bir Vicayanaqarlı brahman idi. Gənc yaşda Bəhmənilərə əsir düşmüş və müsəlman olaraq yetişdirilmişdi. Bərar valisi Əbdülqədir Xancehanın xidmətindən çalışdıqdan sonra eyni yerə vali oldu. 1491-ci ildə müstəqilliyini elan etdi. Ölməzdən önce sərhəd-sınırlarını genişlətdi. 1504-cü ildə yerinə keçen oğlu Əlaəddin zamanında ölke olduqca sarsıntılı dönəmlər keçirdi. Bu dönəmdə Qütbşahilərın qurduğu Qolkonda və şimal qonşusu Qucarat sultanlıqlarıyla savaşıldı. Ölümündən (1529) sonra hökmdar olan Dərya İmad şah da uzun müddət səltənət sürdüyü halda güclü bir hakim ola bilmədi, yalnız Hindilərın Cənubi Hindistanda hegemonluq qurmalarını önlədi. 1560-cı ildə ölən Derya İmad şahdan sonra taxta keçən oğlu Bürhan İmad şah, vəziri Tufal Hal tərəfindən həbs edildi və 1572-ci ilə kimi həbsdə qaldı. Əhmədnaqar hökmdarı Murtaza Nizam şah, 1572-ci ildə Burhan şahı qurtarma bəhanəsiylə Berarı istila etdi və Parnala qalasını ələ keçirdi. Onu və vəzirini ailələriylə birlikdə Əhmədnaqara göndərdi. Burada gözaltına alındıqları bir qalada hamısının birdən öldürülməsiylə İmadşahlar xanədanına son verildi və sultanlığın torpaqları Nizamşahilərin qurduğu Əhmədnaqar sultanlığına bağlandı.
Hökmdarları
redaktə- Fəthullah İmadülmülk, Qurucu (1491–1504)
- Əlaəddin (1504–1529)
- Dərya İmad şah (1529–1560)
- Burhan İmad Şah (1560–1572)