Berinq Denizi - Wikipedia
Berinq dənizi — Sakit okeanın şimalında və Avrasiyanın şimal şərqində yerləşən materik kənarı dənizdir. Sakit okeanından cənubda Aleut adaları və Komandor adaları ilə ayrılır. Şimalda Şahzadə Uels burnu və Müqəddəs Lourens adası yerləşir. Berinq boğazı bu dənizi Çukot dəniziylə və Şimal Buzlu okeanıyla birləşdirir. Berinq dənizi Rusiyanın və ABŞ-nin sahillərini yuyur.
Berinq dənizi | |
---|---|
rus. Берингскойе море | |
Ümumi məlumatlar | |
Tip | Materik kənarı |
Sahəsi | 2 315 000 km² |
Həcmi | 3 796 000 km³ |
Uzunluğu | 2400 km |
Eni | 1600 km |
Dərin yeri | 4151 m |
Orta dərinliyi | 1600 m |
Tökülən çaylar | Yukon, Anadır |
Yerləşməsi | |
60°02′34″ şm. e. 178°51′27″ q. u.HGYO | |
Ölkələr | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tədqiqatın tarixi
redaktəDəniz – dəniz səyyahı Vitus Berinqin şərəfinə adlandırılmışdır. XVIII əsrin Rusiya xəritələrində dəniz Kamçatka və ya Qunduz dənizi adlanırdı. İlk dəfə Berinq dənizi adı XIX əsrin başlanğıcında fransız coğrafiyaçısı Ş. P. Flioren tərəfindən təklif edilmişdi, ancaq beynəlxalq aləmdə yalnız 1818-ci ildə rus dəniz səyyahı V. M. Qolovnin [1] tərəfindən daxil edilmişdi.
Fiziki-coğrafi vəziyyət
redaktəSahəsi 2,315 milyon kv. kilometrdir. Orta dərinlik — 1600 metr, maksimal dərinlik — 4 151 metrdir. Şimaldan cənuba dənizin ölçüsü — 1 600 kilometr, şərqdən qərbə — 2 400 kilometrdir. Suyun həcmi — 3 795 min kub. kilometrdir. Berinq dənizi — Sakit okeanın şimal hissəsində yerləşmişdir. Asiya və Şimali-Amerika qitələrini ayırır. Şimal-qərbdə Şimali Kamçatka, Koryak yaylası və Çukot dənizi sahilləri ilə əhatələnir; həmçinin şimal-şərqdə — Qərbi Alyaska sahili ilə əhatələnir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Леонтьев В. В., Новикова К. А. Топонимический словарь северо-востока СССР. — Магадан : Магаданское книжное издательство, 1989, стр 86