Bernadotlar Sulalesi - Wikipedia
Bernadotlar sülaləsi | |
---|---|
Ölkə | |
Banisi | Karl Jan Baptist Juls Bernadot |
Sonuncu hökmdar | XVI Karl Qustav |
Hazırkı rəhbər | XVI Karl Qustav |
Əsası qoyulub | 1818 |
Soyun kəsilməsi | davam edir |
Milliyyət | İsveç (əslində Fransız) |
Titullar | |
İsveç kralı Norveç kralı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Arxa plan
redaktəFin Müharibəsinin ardınca 1809-cu ildə, İsveç əsrlər ərzində İsveç krallığının şərq yarısını təşkil etmiş olan Finlandiyanı itirdi. Kral IV Qustav Adolfa qarşı hiddət üsyanı sürətləndirdi. Qustav Adolf devrildi və onun dayısı XIII Karl kral elan edildi. Yeni kral sonsuz olduğundan, 1810-cu ildə Riksdaq, İsveç parlamenti Danimarka şahzadəsi Xristian Avqust Şlesviq-Holşteyn-Sonderburq-Avqustenburqu vəliəhd seçsə də o sonrakı il vəfat etdi.
Hakimiyyətə gəliş
redaktəBu vaxtlar, İmperator Napoleon da Fransada kontinental Avropanın böyük hissəsini idarə edirdi və onun vassal krallıqlarının bəziləri onun qardaşları tərəfindən idarə edilirdi. Riksdaq Napoleonun bəyənəcəyi bir kral seçməyi qərara aldı. 21 avqust, 1810-cu ildə, Riksdaq Fransanın Marşalı Karl Jan Baptist Juls Bernadotu, İsveç taxt-tacına varis seçdi.
Hakimiyyət dövrü
redaktəO qəyyumluğa gələndə, 1813-cü ildə Napoleondan üz çevirdi və İsveç anti-Napoleon ittifaqına qoşuldu. 1814-cü ildə Napoleon Rusiyaya hücum edəndə o çar I Aleksandra söz verdi ki, Napoleonun müttəfiqi Danimarka-Norveç dövlətinə müharibə elan edəcək. Elə həmin ilin 14 Avqustunda İsveç ordusu Norveçi ələ keçirdi və Norveç İsveçə birləşdirildi. Bernadot 8 Mart, 1844-cü ildəki ölümünə qədər 5 fevral 1818-ci ildən İsveçi XIV Karl İohann və Norveçi III Karl İohann kimi idarə etdi. Bernadot'un sülaləsi şəxsi uniyanın bitməsi üçün danışıqlar aparan Norveç parlamentinin qərarına hörmət etdi və 1905-ci ildə Norveç müstəqil dövlət oldu.
Gerb
redaktəBernadotlar sülaləsinin gerbinin sol tərəfi Vaza sülaləsini, sağ tərəfi isə Jan Bernadotun mülkü olan Pontekorvo prinsliyini bildirir.
Sülalənin nümayəndələri
redaktəŞəkli | Adı | Hakimiyyətə gəlişi | Hakimiyyətdən gedişi | Əlaqə |
---|---|---|---|---|
Karl Jan Baptist Juls Bernadot | 1818 | 1844 | qurucu hökmdar | |
Jozef Fransua Oskar | 1844 | 1859 | əvvəlki kralın oğlu | |
Karl Lüdviq Evgen | 1859 | 1872 | əvvəlki kralın oğlu | |
Oskar Fredrik | 1873 | 1907 | əvvəlki kralın qardaşı | |
Oskar Qustav Adolf | 1907 | 1950 | əvvəlki kralın oğlu | |
Oskar Fredrik Vilhelm Olaf Gustav Adolf | 1950 | 1973 | əvvəlki kralın oğlu | |
Karl Gustav Fulke Hubertus | 1973 | hakimiyyətdədir | əvvəlki kralın nəvəsi |
SƏLƏF SÜLALƏ Holşteyn-Qottorp sülaləsi |
Bernadotlar sülaləsi 1818- davam edir |
XƏLƏF SÜLALƏ |
SƏLƏF SÜLALƏ Holşteyn-Qottorp sülaləsi |
Bernadotlar sülaləsi 1818- 1905 |
XƏLƏF SÜLALƏ Şlezviq-Holşteyn-Sonderburq-Qlüksburq sülaləsi |
Monarx, sülalə və ya onların nümayəndələri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |