Berqman Tabor - Wikipedia
Berqman — İkinci dünya müharibəsi zamanı Vermaxta tabe olan tabor.
Berqman | |
---|---|
Sonderverband Bergmann | |
| |
Növü | Tabor |
Ölkə | Üçüncü Reyx |
Tabedir |
Vermaxt |
Sayı | 1.200 |
Müharibələr | İkinci dünya müharibəsi |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Tabor ermənilər, gürcülər və azərbaycanlılardan təşkil olunmuşdu. Tabor İkinci dünya müharibəsinin gedişində almanlara əsir düşən əsgərlərdən təşkil edilmişdi. Taborun əsası azərbaycanlı və erməni əsgərlədən ibarət idi. Sonderverband Bergmann 1941-ci ilin 14 noyabrında Aşağı Sileziyanın Vehrau kəndində yaradılmışdır. Sonralar tabor Vermaxta tabe olan Ahuverin tabeliyinə keçmişdir. Taborda az sayıda tatar əsgələri də vardı. 1942-ci ildə Fransada hitler tərəfdarı bir qrup qafqazlı döyüşcü, könüllü olaraq tabora qoşulmuşdur.
Bergmann taboru Teodor Oberlanderin rəhbərlik etdiyi Bau-Lehr z.b. V 800 adlı hərbi birləşmənin tərkibinə qatılmışdır. Bau-Lehr zabitləri Bergamann əsgərlərinin təlim işləri ilə məşğul olurdular. Bergamm 1942-ci ildə Qafqaz istiqamətində aparılan döyüşlərdə iştirak etmək üçün Qafqaza getmişdir. Bergamm 5 bölükdən təşkil edilmişdir. Hər bölükdə iki xalqın nümayəndələri iştirak edirdi. Birinci bölükdə: gürcülər və almanlar, ikinci bölükdə: Şimali Qafqaz xalqları, üçüncü bölükdə: azərbaycanlılar və almanlar, dördüncü bölükdə: gürcülər və ermənilər son olaraq beşinci bölük isə Qərargah bölüyü olaraq dağıstanlılardan ibarət idi. Ümumi olaraq taborda olan 1200 əsgərin 900-ü qafqazlı, 300-ü isə alman olmuşdur.
Silahlanması
redaktəTaburun tərkibində təbliğat qrupu və beş atıcı bölük (1,4 və 5-ci gürcü, 2-ci şimali qafqaz, 3-cü azərbaycan) vardı. Taburun ümumi sayı 1200-ə çatırdı və onlardan 900-ü qafqazlı, 300-ü isə alman idi. Taburdakı legionerlərə yalnız yüngül silahlar verilmişdi: əl pulemyotları, bölük minomyotları, tankəleyhinə silahlar və alman istehsalı olan karabinlər. Taburun komandiri vəzifəsinə Könisberq universitetinin professoru, "Şərq məsələləri üzrə" nüfuzlu mütəxəssis sayılan, kadr zabiti ober-leytenant T. Oberiender təyin edilmişdi.
Döyüş tarixi
redaktə1942-ci ilin avqust-sentyabrında "Berqman" taburunun xüsusi hazırlanmış dəstələri kəşfiyyat-təxribat aksiyaları aparmaq üçün paraşütlə Sovet Ordu hissələrinin arxasına atıldı. Bu dəstələrdən biri — 10 alman və 15 qafqazlı Qroznının neft istehsal edilən obyektlərini ələ keçirmək cəhdində olsa da, baş tutmadı. Belə ki, həmin ilin sentyabr ayının 25–27-də alman qoşunlarının Qroznıya daxil olmasının qarşısı alındı və həmin dəstə isə özləri ilə bir neçə yüz azərbaycanlı və gürcülərdən ibarət Sovet ordusundan qaçan əsgərləri də götürüb geri döndülər. 1942-ci ilin sentyabrından "Berqman" taburu Mozdok-Nalçik-Mineral sular rayonlarında sovet partizanlarına qarşı döyüşdülər. Həmin ilin oktyabrın 29-dan isə taburu ön cəbhəyə döyüşə göndərdilər. 1943–44-cü illərdə "Berqman" taburu alman qoşunları ilə birgə Perekopskda Krıma daxil olmağa çalışan Qırmızı Ordu hissələrinə qarşı vuruşdular. Sonradan həmin hissələr Yunanıstan və Polşa ərazilərinə göndərildilər. Məsələn, azərbaycanlılardan ibarət olan II tabur Polşada yerləşirdi və 1944-cü ilin avqustunda Varşava üsyanının yatırılmasında iştirak etdilər.[1]
İstinadlar
redaktə- ↑ Azərbaycan Legionu Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine Müəllif: Nəriman Yaqublu