Beynelxalq Arbitraj - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Beynəlxalq arbitraj— Arbitraj mübahisələrin həlli üçün milli məhkəmələrin yurisdiksiyasına alternativ bir metoddur[1] və yalnız qanunla icazə verilmiş mübahisələrin həllini tərəflərin müəyyən etdiyi bir və ya daha çox müstəqil üçücü tərəfə — arbitra verir. Beynəlxalq arbitraj iki dövlət arasında, ya da bir dövlətlə beynəlxalq bir təşkilat arasında, ya da xüsusi bir şəxs və ya özəl qurum ilə dövlət arasında, ya da xüsusi bir qurum və ya fərqli millətlərdən olan insanlar arasındakı arbitraj deməkdir.
Tarixi
redaktəDövlət sferasında beynəlxalq arbitrajın tarixi Jay sazişinə əsaslanır. 1794-cü ildə Böyük Britaniya ilə Amerika Birləşmiş Ştatları arasındakı bu müqavilə 1872-ci ildə Alabama müqaviləsi üçün bir model rolunu oynadı. Bu müqavilə imzalandıqdan sonra beynəlxalq müqavilələrdə arbitraj maddəsi istifadə edilməyə başlandı. Xarici Arbitraj qərarlarının tanınması və icrası haqqında 1958-ci il New York Konvensiyası arbitraj qərarlarının tanınmamasına səbəb ola biləcək vəziyyətə aydınlıq gətirilməsi baxımından bu sahədə əhəmiyyətli yer tutur.
Üstünlükləri
redaktəTərəflər arbitrajın yerini, mübahisəyə dair qərar verəcək hakimləri, qərarın dilini və bu məhkəmədə tətbiq ediləcək prosedur qaydalarını seçmək hüququna malikdirlər. Məhkəmə hakimiyyətinin yanında arbitraj təşkilatının mövcudluğunun səbəbləri; dövlət məhkəmə sistemindəki yüklərin azaldılması; beynəlxalq münasibətlərdə milli məhkəmələrin qərəzsizliyi ilə əlaqəli haqlı narahatlıqlar, ticari münasibətlərdə iştirak edən tərəflər üçün bu münasibətlərdən irəli gələn sabitliyi və inamın təmin edilməsi; mübahisənin mövzunu yaxşı bilən mütəxəssislər tərəfindən həll edilməsinin məqsədəuyğunluğu, dövlət məhkəməsi ilə müqayisədə daha sürətli və daha qənaətli bir şəkildə bir həll yolu tapılması. Arbitraj razılaşması tərəflər arasında mövcud hüquqi münasibətlərdən yaranan və ya yarana biləcək mübahisələrin hamısını və ya bəzilərini arbitraj yolu ilə həll etməyə dair bir razılaşmadır.
İstinadlar
redaktə- ↑ Malike Polat Ortakaya. Milletlerarası Ticaret Odası Tahkim Uygulamaları. Ankara. 2018. səh. 97.