Beynelxalq Kosmik Huquq - Wikipedia
Beynəlxalq kosmik hüquq — insanların kosmosla əlaqədar olan fəaliyyətlərini tənzimləyən bütün hüquqi institutlardır. Kosmik hüquq, ümumi beynəlxalq hüquq kimi, müxtəlif beynəlxalq müqavilələrdən, konvensiyalardan, BMT-nin GKO qətnamələrindən və beynəlxalq təşkilatların qaydaları və qanunlarından ibarətdir. “Kosmos Qanunu” termini, BMT-nin fəaliyyətləri nəticəsində qanuni qüvvəyə minmiş beş ayrı beynəlxalq müqaviləni və bu müqavilələrin müəyyən etdiyi bütün qayda və qanunları əhatə edir. Bundan əlavə, bir çox dövlət kosmik qanunla əlaqəli fəaliyyətlərini tənzimləyən “Milli Kosmik Qanunları”nıda tətbiq etmişdir. Kosmik hüquq çərçivəsində nəzərdən keçirilən bəzi vacib məsələlər arasında; Yer üzündə və kosmosda ətraf mühitin mühafizəsi, kosmik obyektlərin vurduğu ziyana görə məsuliyyət, mübahisələrin həlli, astronavtların xilası ilə bağlı fəaliyyətlər, kosmosdakı potensial təhlükələr barədə məlumat mübadiləsi, kosmik texnologiyaların istifadəsi və beynəlxalq əməkdaşlıq qaydalarını nümunə göstərmək mümkündür. Bu sahə həm də kosmosla əlaqəli fəaliyyətlərin əsas prinsiplərini müəyyənləşdirmişdir. Bu prinsiplər arasında kosmosun bütün bəşəriyyətin xidmətində olan bir ərazi kimi tərifi, dövlətlər arasında ayrı-seçkilik qoyulmadan kosmosun kəşfi və istifadəsi, həmçinin kosmik məkanın suverenliyi kimi əsas prinsiplər mövcuddur.[1][2][3]
İnkişafı
redaktəKosmosun kəşfi və hökumətlər tərəfindən istifadəsi 1957-ci ildə ilk süni peykin kosmosa buraxılması ilə başlamışdır.[1][4][5][6][7][8] Kosmik yarış adlanan bu dövrün başlanğıcı ilə, digər ölkələr kosmosun dinc məqsədlər üçün istifadə olunduğundan əmin olmaq üçün mübahisələrə başladılar. Bu müzakirələr ABŞ və SSRİ-nin bu məsələnin müzakirə və qərar qəbul edilməsi məqsədi ilə Birləşmiş Millətlər Təşkilatına təqdim etməsi ilə nəticələndi.[1] Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 18 dekabr 1958-ci il tarixli və 1348 (XIII) saylı kosmosa dair ilk qətnaməsində kosmosun dinc məqsədlər üçün istifadəsinin vacibliyi vurğulanmış və bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının kosmosun dinc məqsədlər üçün istifadə edilməsinə dair xüsusi komitəsinin yaradılmasına qərar verilmişdir. Bu komitə 1959-cu ildə fəaliyyətə başlamışdır. 1962-ci ildə “hüquq alt komitəsi” və “elm və texnologiya alt komitəsi" olmaqla iki alt komitəyə bölündü. Komitə, kosmosla əlaqəli hüquqi və texniki məsələlərin Birləşmiş Millətlər Təşkilatı qarşısında müzakirə edilərək qərar veriləcəyi ilk platforma olaraq yaradılmışdır.[1][9][10]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Gabrynowicz, Joanne Irene. "Space law: Its Cold War origins and challenges in the era of globalization". Suffolk University Law Review. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17 – Law Journal Library vasitəsilə.
- ↑ "Space Law". United Nations Office for Outer Space Affairs. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.
- ↑ "What Is Space Law?". Legal Career Path. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.
- ↑ "Committee on the Peaceful Uses of Outer Space and its Subcommittees". United Nations Office for Outer Space Affairs. 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.
- ↑ robert.wickramatunga. "The Outer Space Treaty". www.unoosa.org (ingilis). 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-04.
- ↑ "Sputnik". history.nasa.gov. 2004-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-01.
- ↑ Finch, Michael J. "Limited Space: Allocating the Geostationary Orbit". HeinOnline. 2018-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.
- ↑ Kleiman, Matthew J. "Space Law 101: An Introduction to Space Law". www.americanbar.org (ingilis). 2013-08-27. 2018-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.
- ↑ Jacques, Arnould. Icarus' Second Chance: The Basis and Perspectives of Space Ethics. 2011-09-15. ISBN 9783709107126. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.
- ↑ Gorove, Stephen. "The Geostationary Orbit: Issues of Law and Policy". The American Journal of International Law. 73 (3). 1979: 444–461. doi:10.2307/2201144. JSTOR 2201144.