Bezoar Kecisi - Wikipedia
Bezoar keçisi (lat. Capra aegagrus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Nadir növdür. Yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Sayı azalmaqda olan növdür, adı qırmızı kitaba düşmüşdür.[3]
Bezoar keçisi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Dəstə: Klad: Klad: Klad: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Bezoar keçisi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Ümumi xarakteristikası və görünüşü
redaktəBaşqa vəhşi keçilərlə müqayisədə nisbətən kiçikdir. Bədənin uzunluğu 140–160 sm, cida 80–85 sm. Çəkisi — erkəklərdə 40–45 kq, dişi fərdlərdə 26–30 kq, təşkil edir. Capra cinsinin digər növlərlə müqayisədə, yüngül bədən tutumuna malikdir. Qulaqları 10–11 sm olub, iti ucla qurtarır. Erkəklərdə boyun gödək və yoğun, dişi fərdlərdə isə nazik və uzundur. Arxa tərəfin önə nisbətən hündür olması xarakterik əlamətdir. Erkəklərin buynuzları, xarakterik xüsusiyyətə malik olub, qılınc şəklində əyilərək yuxarıya və dal tərəfə doğru uzanır. Hər iki cinsdə buynuz olur, lakin dişilərin buynuzalrı çox zəif və qısadır (18–39 sm). Erkəklərin buynuzları (1m-ə çatır). Buynuzlar, qövs və qılınc şəklində əyilərək yanlara getmişdir. Qış dövründə, qaya keçilərinin rəngi açıqlaşır, hər iki cins rənginə görə bir-birindən seçilmirlər. Erkək fərdlərdə boynundan tutmuş bel boyu və qabaq ətrafların yan tərəfi ilə beldən ayrılaraq (sağ və sol tərəf) uzanan tünd-qara zolaq nəzərə çarpır. Boyunun tirində nisbətən uzun tüklərdən ibarət yal vardır.[4]
Həyat tərzi
redaktəQaya keçilərinin həyat tərzində əsas səciyyəvi xüsusiyyətlər — onların oturaq həyat sürməsi, kiçik dəstələr və sürü halında yaşaması, fəsillərdən asılı olaraq hündürlük qurşaqları üzrə cinsiyyət və yaş qruplarında paylanması, çox da nəzərə çarpamayan miqrasiyaları, hövrəgəlmə, cütləşmə, boğazlıq və doğum dövrlərində olan reaksilayarı, ana qayğısı, lakatya dövrünü təşkil edən komponentlərdir. Bunlardan ən mühüm əhəmiyyətlisi sürü əmələ gətirmə və ilin fəsillərindən asılı olaraq sürülərin ölçüsünün dəyişməsidir. Fəsillərlə əlaqədar olaraq tükün və onun rənginin dəyişməsi (tüləmə ildə 2 dəfə yaz və payızda), miqrasiyalar baş verir. Təbii şəraitdə orta ömür uzunluğu məlum deyil. Zoopark şəraitində 10–14, bəzən isə 17 ilə kimi yaşaya bilir.
Yayılması
redaktəDünyada yayılması — Yunanıstan, Kiçik Asiya, Qafqaz, İran, Cənubi Türkmənistan. Azərbaycanda yayılması — Keçmiş tarixi dövrlərdə qaya keçisinin yaşadığı ümumi areallar demək olar ki, Kiçik Qafqaz təbii vilayətinin bütün rayonlarının o cümlədən Talış coğrafi vilayətinin yüksək dağlıq ərazilərini əhatə etmişdir. XX əsrin başlanğıcına qədər tamamilə kəsilmişdir. Azərbaycanda Bezoar keçisinin müasir yaşayış əraziləri bir-birilə əlaqəsi olmayan və təcrid olunmuş lokal biotoplardan ibarətdir. Bir sözlə, Kiçik qafqaz təbii vilayətində daxil olan Azərbaycanın ən qiymətli əraziləri sayılan Dağlıq Qarabağ və onun ətrafındakı yüksək dağ silsilələrində qaya keçisininnəslinin kəsilmə təhlükəsi vardır.[5] Hal-hazırda, qaya keçisinin Azərbaycanda müasir arealları daxilində heyvanların yayılma xüsusiyyətinə, sayına və sıxlığına görə Naxçıvan MR-nın ərazisi (Dərələyəz dağ silisiləsini, Nehrəmdağ, İlanlıdağ və Darıdağ)üstünlük təşkil edir. Gəncə-Daşkəsən zonasında Şahdağ və Murovdağı əhatə edir.
Yaşayış yeri
redaktəQaya keçisi çılpaq qayalıqlarda yaşamağa uyğunlaşmışdır. Bu heyvan sıldırımlı, uçurumlu və çox sərt qayalıqlarda yaşayan cütdırnaqlıların tipik nümayəndəsi hesab olunur. Onların yaşayış yerlərində digər heyvanlar yaşamağa cürət edə bilmirlər. Qaya keçilərinin dağ landşaftlarında şaquli hündürlüklər üzrə yayılma diapozonu çox genişdir. Əksər vaxtlarda qaya keçiləri dəniz səviyyəsindən 1000 metrdən başlamış 2300–2500 m-ə qədər qurşaqlarda məskunlaşırlar. Bəzi hallarda 400 m-ə qədər (Ağrı dağında) hündürlüyə qalxırlar.
Sayı
redaktəAzərbaycanda qaya keçisinin sayı və say dinamikası 14 il ərzində tədqiq edilmişdir. Sayı yüksək deyildir. Uzun illər qorunmasına baxmayaraq, sayının hiss olunacaq dərəcədə artması müşahidə olunmur. Kiçik Qafqaz üzrə ən aşağı sıxlığı Gəncə-Daşkəsən, Laçın-Kəlbəcər ərazilərində qeydə alınmışdır. Hazırda respublika üzrə bu heyvanların sayı XX əsrin ortaları ilə müqayisədə daha aşağıdır. Onların sayı hal-hazırda 800–1200 başa qədərdir.
Miqrasiyası
redaktəQaya keçisinin miqrasiyası (sutka və mövsümlə bğlı yerdəyişmələr) və ya köçmələri çox az hallarda müşahidə olunur. Bu, qaya keçisinin digər dağ cütdırnaqlılarına nisbətən yaşadıqları biotop və hündürlük qurşaqlarına çox bağlı olması ilə iah olunur. Bu heyvanların həyatında miqrasiyasının belə zəif olması, onlarda bir sıra bioloji və ekoloji xüsusiyyətlərin zəifliyinə səbəb olmuşdur. Qaya keçiləri ilin fədillərindən aılı olaraq areal daxilində şaquli və üfiqi formada kiçik yerdəyişmələr edirlər. Qaya keçiləri qış fəslində (dekabr-fevral ayları 50–60 %) qar və çovğunun az tutduğu cənub-şərq yamaclarında daha çox rast gəlinir. Heyvanların ən az rast gəlindiyi coğrafi tərəflər isə — şimal, şimal-qərb və cənub-qərb hissələridir. İlin yaz fəslində heyvanlar yerlərini dəyişərək cənub (33%), şərq (31%) və ən çox (36%) isə, cənub-şərq yamaclarında rast gəlinir.[6]
Çoxalması
redaktəKeçilərin cütləşmə dövrü noyabrın əvvəlindən dekabrın axırına qədər davam edir. Bu cütləşmə 3 mərhələdə tamamlanır. I mərhələ hövrəgəlmə, bu dövrdə onlarda gələcək cütləşmə üçün fizioloji hazırlıq gedir. Onlarda məxsusi davranış reaksiyaları formalaşır. Bu zaman heyvanlarda qorxu hissi zəifləyir, fəallıq artır, qidalanma sanki unudulur və istirahıt saatları azalmış olur. Bu dövrün davamı kimi cütləşmə prosesi başlayır. Cütləşmə dövründə isə hövrəgəlmə dövrünə nisbətən bu reaksiya tipləri daha da artmışdır. Hövrəgəlmə dövründə qaya keçilərinin dırnaqları arasında olan vəzlərdən xüsusi iyə malik sekret ifraz olunurki bu iyin vasitəsi ilə erkək və dişi fərdlər bir-birini daha tez tapa bilirlər. Keçilərin cütləşmə dövrünə xas olan əlamətlərindən biri də, erkək fərdlərin dişi fərdlər uğrunda döyüş səhnələridir. Bu zaman onlar kəskin döyüşdüklərindən buynuzları bütöv şəkildə sınmış olur. Döyüşdən qalib çıxa bilən erkək fərdlər ətraflarına bir neçə dişi fərd toplayaraq cütləşmə aktını həyata keçirir. Boğazlıq dövrü 5 – 5,5 aya qədər davam edir. Aprel-may ayında 1–2, bəzən də 3 bala doğurlar.
Qidalanması
redaktəQafqazda qaya keçisinin qidalanması alimlər tərəfindən tədqiq edilmiş və qidalanmanın müxtəlif tərəfləri: yem bitkilərinin növ tərkibi, fəsillərdən asılı olaraq qida rasionunun dəyişilməsi, heyvanların qida bitkilərinin orqan və hissələrindən istifadə dərəcəsi və digər məslələr müşahidə edilmişdir. Azərbaycanda, qaya keçilərinin qida rasionunu təşkil edən 23 fəsiləyə mənsub olan 71 növ bitki məlumdur. Qaya keçiləri narahatedici amillər olduqda çox sərt və insanın keçə bilmədiyi sıldırımlı qayalar və rəflərdə otlayırlar. Qida rasionuna daxil olan bitkilər — kol və ağacların yarpaqları, qoturotu, zimbirtikan, moruq, sarılıq otu, pulcuq otu, gəvən, alloxorus, göyçiçək, yarğanotu və s otlayırlar.[5] Qidalanma rasionu ilin fəsilləri ilə əlaqədar olaraq dəyişir. I dövr qidalanma rejimi erkən yazdan başlayaraq (mart-iyul) iyul ayının I ongünlüyünə qədərki dövr sayıla bilər. II dövr yayın sonundan başlayaraq payızın sonuna qədər (avqust-noyabr) davam edir. Qaya keçilərinin qidalanmasının əsas tərkib hissəini təşkil edən su içmə heç vaxt əldə edilmir. Bu da areallarda su mənbələrinin çoxluğu ilə əlaqədardır.
Rəqibi, düşməni, xəstəliyi
redaktəQaya keçisinin təbiətdə əsas düşmənləri sırasına — ayı, canavar, bəbir və bir sıra yırtıcı quşlar daxildir. Azərbaycanda bezoar keçisinin əsas düşmənləri içərisində canavar, vaşaq və bəbir tutur. Qanadlı düşmənlərindən biri bərquddur. Qaya keçilərinin təbii qida rəqibi onula bir arealda yaşayan Asiya muflonu hesab edilir. II əsas qida rəqibləri ev heyvanlarıdır (qoyun, keçi, mal-qara). Belə qida rəqibləri əsasən qış fəsillərində daha çox özünü göstərir. Qaya keçilərinin təbiətdə sayca artımının qarşısını alan amillərdən biri də endo və ekto parazitlərinin və xəstəliklərinin mövcud olmasıdır. Helmintlərin az olması onların aralıq sahiblərinin olamaması ilə izah edilir. Bəzən bu heyvanlarda qoturluq gənələridə müşahidə edilir.
Sayının dəyişilmə səbəbləri
redaktəİnsanlar tərəfindən heyvanların qırılması, ev heyvanı sürüləri üçün həmin yerlərdə dağ otlaqlarının genişləndirilməsi, ev heyvanları ilə qida rəqabətinin güclənməsi və ev heyvanlarının geniş yayıması ilə əlaqədardır.
Qorunması üçün zəruri tədbirlər
redaktəNövlərin yayıldığı bütün ərazilərdə qorunmasını gücləndirmək. Bu nadir növün saxlanılması üçün biologiyasının davamlı öyrənilməsi, mühafizə olunan ərazilərdə iqlimə uyğunlaşdırılması üzrə üsulların işlənilməsi. Zəngəzur və Göygöl milli parklarlarında mühafizə edilir, Bern konvensiyasının İİ əlavəsinə daxil edilmişdir.
Qəbul edilməsi vacib olan tədbirlər
redaktəGələcəkdə qaya keçilərini keçmiş tarixi yaşayış yerlərinə köçürülməklə (reintroduksiya) sayının artırılması zəruri tədbirlərdəndir (Zuvand, Gömürgöy, Dağlıq Qarabağ və s.).
Yarımnövləri
redaktəİstinadlar
redaktə- ↑ Nomenclature I. C. O. Z. Opinion 2027 (Case 3010), Opinion 2027 (Case 3010) Usage of 17 specific names based on wild species which are pre-dated by or contemporary with those based on domestic animals (Lepidoptera, Osteichthyes, Mammalia): conserved (ing.). // The Bulletin of Zoological Nomenclature: The Official Periodical of the International Commission on Zoological Nomenclature London: International Commission on Zoological Nomenclature, 2003. Vol. 60, Iss. 1. P. 81–84. ISSN 0007-5167; 2057-0570
- ↑ Erxleben I. C. P. Systema regni animalis per classes, ordines, genera, species, varietates cum synonymia et historia animalium. Classis I. Mammalia. Lipsiae: 1777. S. 260.
- ↑ Azərbaycanın Qırmızı Kitabı II cild, Bakı, 2013
- ↑ Sücəddin Quliyev, Bioloji müxtəliflik, Azərbaycan Cütdırnaqlılar faunası. Bakı, 2008, səh 224
- ↑ 1 2 Кулиев С.М Безеаровый козел и Дагестанский тур Азербайджана. Автор еф. дисс..кан. биол.наук. М., 1987.
- ↑ Quliyev S. M Azərbaycanda cütdırnaqlılar faunasının müasir ekoloji vəziyyəti və qorunması problemləri. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri XII cild, Bakı, 2008, s 709–713.
Ədəbiyyat
redaktə- Sücəddin Quliyev, Bioloji müxtəliflik, Azərbaycan Cütdırnaqlılar faunası. Bakı, 2008, səh 224
- Quliyev S. M Azərbaycanda cütdırnaqlılar faunasının müasir ekoloji vəziyyəti və qorunması problemləri. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri XII cild, Bakı, 2008, s 709–713.
- Azərbaycanın Qırmızı Kitabı II cild, Bakı, 2013
- Вейнберг П. И.О состоянии популяции и особенностях биологии безоарового козла (Capra aegagrus Erxleben) в Дагестане. Блюл. Моип. отд. биол. 1996б, т. 104,вып. 4, с.12–21
- Кулиев С.М Безеаровый козел и Дагестанский тур Азербайджана. Автор еф. дисс..кан. биол.наук. М., 1987.