Bilev Nekropolu - Wikipedia
Bilev Nekropolu - Wikipedia - Haqqında Məlumat
Biləv qəbiristanlığı — Ordubad rayonunun Biləv kəndindən şərqdə arxeoloji abidə.
Qəbiristanlıqda xeyli daş qoç fiqurları və sənduqələr vardır. Qərb-şərq istiqamətində yönəlmiş torpaq qəbirlərin bəzisinin ətrafı dördkünc formada, bəzisi isə dairəvi formada daş düzümləri ilə əhatələnmişdir. Baş daşlarının bir qismi adi qaya parçalarından, bəziləri isə yonulmuş daşlardan qoyulmuşdur. Qəbir daşları üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Biləv qəbiristanlığı XIV–XVIII əsrlərə aiddir.
Mənbə
redaktə- Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 45.