Bilal Dadasov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bilal Ataş oğlu Dadaşov (30 dekabr 1915, Rəncbər, Hacıqabul rayonu – 13 fevral 2007, Bakı) — azərbaycanlı alim, Azərbaycan SSR EA‐nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor.[1][2]
Bilal Dadaşov | |
---|---|
Bilal Ataş oğlu Dadaşov | |
Doğum tarixi | 30 dekabr 1915 |
Doğum yeri | Rəncbər, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | 13 fevral 2007 (91 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcələri | AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor |
İş yeri | AMEA Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsi |
Mükafatları |
Həyatı
redaktəDadaşov Bilal Ataş oğlu 1915‐ci il dekabrın 30‐da Şamaxı qəzasında[3][4] (indiki Hacıqabul rayonu) Rəncbər kəndində anadan olmuşdur.
1931-ci il — Rəncbər kəndində məktəbi bitirmişdir.
1931–1934-cü illər — Xalq Təsərrüfatı İnstitutunun fəhlə fakültəsinin tələbəsi olmuşdur.
1934–1939-cu illər — Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinin tələbəsi, eyni zamanda üzvi kimya kafedrasının laborantı işləmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə fakültəni əla qiymətlərlə bitirdikdən sonra fiziki kimya kafedrasında assistent kimi saxlanılmışdır.
1939-cu ildə BDU-nun fiziki-kimya kafedrasının aspirantı olmuşdur.
1940–1945-ci illər BDU-nun kimya fakültəsində Y. H. Məmmədəliyev ilə birgə işləmişdir.
1944-cü il — Kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün ''Azərbaycanın vulkanik küllərinin təsirindən piroqazın propilen fraksiyasının katalitik oksidləşməsi''mövzusunda dissertasiya müdafiə etmişdir. Onun elmi rəhbəri D. İ. Mendeleyevin tələbəsi V. İ. Tixomirov olmuşdur.
1944–1945-ci illər — SSRİ XKŞ yanında AAK -ın qərarı ilə kimya elmləri namizədi alimlik dərəcəsi almışdır və eyni zamanda Fiziki kimya ixtisası üzrə baş elmi işçi və BDU-nun fiziki kimya kafedrasının dosenti elmi adları təsdiq olunmuşdur.
1945–1950-ci illər — N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin assistenti və dosenti (eyni zamanda başqa yerda işləməklə)olmuşdur.
Azərbaycan EA-nın Kimya İnstitiutunun "Kataliz"laboratoriyasının müdiri olmuşdur.
1950–1957-ci illər — SSRİ EA-ın A. B. Topçıyev adına Neft-Kimya Sintezi İnstitiutuna təcrübə keçməyə və doktoranturaya göndərilmişdir (Moskva şəhəri).
1951-ci ildən 1957-ci ilə qədər o S. P. Korolyev ilə raket texnikası üçün xüsusi yanacaqların alınması ilə məşğul olmuşdur.
Kimya elmləri doktoru alimlik adı almaq üçün "Ağ neftin tərkibinin və karbohidrogenlərin quruluşunun maye yanacaqları raket mühərrikinin yanma kamerasında davamlılığına təsirinin tədqiqi" mövzusunda dissertasiya müdafiə etmişdir (Moskva şəhəri)
1957–1963-cü illər — Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda ''Xüsusi yanacaq və yanma'' laboratoriyasının , sonra isə Neft-Kimya Prosesləri İnstitutunda(NKPİ)laboratoriya rəhbəri.
BDU-nun fiziki kimya kafedrasının dosenti olmuşdur.
SSRİ Ali Təhsil Nazirliyi nəzdində AAK-ın qərarı ilə kimya elmləri doktoru, alimlik dərərcəsi verilmiş və eyni zamanda Azərbaycan Politexnik İnstitutunun Kimya kafedrasının professoru elmi adı ilə təsdiq olunmuşdur.
1960–1973-cü illərdə keçmiş SSRİ-nin ən gizli müəssələrindən biri olan Kuybışev mühərrik zavodunun aviasiya və raket xüsusi yanacaq üzrə baş konstruktoru, akademik N. D. Kuznetsov ilə birgə işləmişdir.
Bakı şəhəri Xətai rayonunun Xalq Universitetinin rektoru olmuşdur.
Azərbaycan EA-nın NKPİ-nin D. İ. Mendeleyev adına Kimya Cəmiyyətinin sədri olmuşdur.
1979-cu il Əməkdar elm xadimi fəxri adı verilmişdir.
1980-ci il — Azərbaycan EA-nın müxbir üzvi seçilmişdir.
1987–1995-ci illər — Azərbaycan EA NKPİ-nin laboratoriya və hidrogen kataliz şöbəsinin müdiri olmuşdur.
1996-cı ilə kimi Azərbaycan NKPİ-nin müdiriyyəti yanında məsləhətçi olmuşdur.
2007-ci il 13 fevral — Bilal Ataş oğlu Dadaşov vəfat etmişdir.
Əsas elmi Nailiyyətləri
redaktəBilal Dadaşovun bütün elmi fəaliyyəti əsasən iki qlobal problem üzərində mərkəzləşdirilmişdir xüsüsi təyinatlı yanacaq və heterogen kataliz.
Müharibə illərində Bilal Dadaşov BDU-nın kimya laboratoriyasında Yusif Məmmədəliyev ilə birgə işləyir, eyni zamanda öz rəhbəri V. İ. Tixomirovun rəhbərliyi ilə yüksək məhsuldarlıqlı katalizatorların seçimi və hərbi müdafiə əhəmiyyətli işlərin tədqiqatı ilə məşğul olurdu.
Bu dövrdə Bilal Dadaşov tərəfindən hərbi texnika üçün yüksək keyfiyyətli yanacağın alınması ilə əlaqədar çoxsaylı eksperimentlərin nəticələri Yusif Məmmədəliyev ilə müzakirə olunurdu.
Xüsusi yanacaqların alınması üçün 1951-ci ildə Yusif Məmmədəliyevin təklifi ilə B. A. Dadaşov Moskva şəhərinə göndərilir. O 1951–1957-ci illərdə S. P. Korolyov ilə ekoloji təhlükəsiz raket yanacağının (kerosin-oksigen)alınması üzərində birgə çalışırdı.
1950-ci ildə ekoloji cəhətcə təhlükəsiz raket yanacağının alınması mühüm problemlərdən biri idi.
Dahi konstruktor S. P. Korolyov və digər konstruktorlar bilirdilər ki, toksiki yanacaqla təmin olunan raketin qəzası nəticəsində yer üzərində, geniş bir ərazidə bütün canlılar məhv ola bilər.
Ona görə də alimlərin qarşısında uçuş üçün ekoloji təhlükəsiz raket yanacağının alınması problemi dururdu. Bu kosmik gəmilərin uçuşu Yer ətrafı orbitlərə, aya və marsa qədər nəzərdə tutulurdu.
1951–1952-ci ildə Amerika və Sovet alimləri ayrılıqda məxfi olaraq yanmaya davamlı yanacağın öyrənilməsi prosesi üçün tədqiqatlar aparırdılar. İşlərin məxfi aparılmasına baxmayaraq amerika konstruktoru Berner fon Braun N. D. Zelinski, S. P. Korolyov, İ. H. Məmmədəliyev, B. A. Kazanski, S. A. Lavrov tərəfindən raket yanacağı üçün tərtib olunan tədqiqatları izləyirdi. Əsas problem ekoloji təhlükəsiz raket yanacağını əldə etmək idi. Hansı dövlətin nümayəndəsi bu məsələni həll etsəydi o kosmosu fəth etmiş olardı.
1956-cı ilin sonlarında B. A. Dadaşovun rəhbərliyi və onun bilavasitə iştirakı ilə dünya tarixində ilk dəfə olaraq raket texnikası uçun yeni növ xüsusi Naftil-1-B və Desil yanacaqları alındı.
B. A. Dadaşov tərəfindən alınmış xüsusi yanacaqlar termiki stabilliyə, soyuduculuq qabiliyyətinə görə istənilən saxlama müddətində yüksək davamlılığa malik olan unikal xassələri özündə daşıyırdı. Bu yanacaqlar vacib tələblərə cavab verən mürəkkəb kompleksə uyğun gələcək raketlərin eksplatasiyası üçün təqdim olundu.
Nobel mükafatı laureatı N. N. Semyonov B. Dadaşovun (Naftil-1-B və Desil) yanacaqlarını aldığına görə elmə misilsiz töhfələr verməsini söyləyirdi. İ. B. Stalinin S. P. Korolyova verdiyi tapşırıq yerinə yetirildi.
B. A. Dadaşov tərəfindən kəşv edilmiş yanacaq 1957-ci ilin avqust ayında qitələrarası ballastik raket R-7 uğurlu şəkildə sınaqdan keçdi.1957-ci ilin sentyabr ayında R-7 raketində yenidən sınaqdan keçirilir və müvəffəqiyyət qazanır. Xatırladaq ki,1957 ildə amerikanların <dropşotnüvə skval> planına görə SSP-nın 100 şəhərinə 300 atom bombasının atılması nəzərdə tutulurdu.
Akademik V. P. Mişin qeyd edirdi:Üçüncü dünya müharibəsinin başlanması çox da uzaqda deyil idi, qitələrarası ballastik R-7 raketinin yaradılması amerikanları təəcüb etdi.
Çünki o dövrdə heç bir raket R-7 raketinin tələbatına cavab vermirdi. R-7 raketinin sayəsində biz nüvə bombasını təşkil edə bilərdik.
Bu raket ilə nəinki düşməni məhv etmək eyni zamanda onu orbitə də göndərmək olardı.
Sovet İttifaqının Kosmik proqramının uğurları nəticəsində 1957 il oktyabr ayında Yerin ilk sünii peykinin buraxılması kosmik eranın başlanğıcı oldu.
B. A. Dadasovun kəşf etdiyi yanacaqla təmin olunmuş R-7 raketi ilə 12 aprel 1961-ci ildə ilk insanın kosmosa uçusu baş verdi.
Məhz, B. A. Dadaşov tərəfindən yanma prosesinin davamlılığını 100% təmin edən ekoloji təhlükəsiz raket yanacağının alınması ilk dəfə olaraq insanın kosmosa ucuşunu təmin edərək qitələrarası ballastik raketlərinin sınaqdan muvəffəqiyyətlə keçməsinə nail oldu . ABŞ və SSRİ-nin arasında yaranmaqda olan nüvə müharibəsinin qarşısı alındı.
NPO-nun"Elektromaş"-ın rəhbəri akademik B. İ. Ratorgin söyləyirdiki, mayeli ekoloji təhlükəsiz(kerosin-oksigen)təmin olunmuş raketlərə böyük tələbat var və gələcəkdə də təlabat olacaq çünki, heç bir texnikanın gücü kosmik gəmiləri Yer üzərindən qaldıraraq, Yer kürəsinin ətrafında olan orbitlərdə uçuşlar üçün hərəkətə gətirə bilməz .
1957-ci ildə S. P. Korolyov və N. D. Kuznetsov tərəfindən B. A. Dadaşova Moskva şəhərində işlərini davam etdirmək və yaşamaq üçün evlə təmin olunması da təklif olunur, digər tərəfdən Y. H. Məmmədəliyev (AMEA-nın prezidenti 1958–1961-ci il) B. A. Dadaşova "Yanma və yanacaq" adlı elmi tədqiqat institutunu tikdirmək və onu bu instituta rəhbər təyin etməyi söz vermişdi. Bu yeni tikilən instituta hətta məkan da seçilmişdi. B. A. Dadaşov vətənə qayıdıb orada işlərini davam etdirməyi seçdi. Lakin əfsuslar olsun Y. Məmmədəliyev 15 dekabr 1961-ci ildə vəfat etdi.
B. A. Dadaşovun elmi fəaliyyətinin digər mühüm sferası karbohidrogenlərin katalitik çevrilməsinin öyrənilməsi və işlənib hazırlanmasıdır.
B. A. Dadaşovun çoxillik məqsədyönlü işləri nəticəsində oksid katalizatorları üzərində parafin karbohidrogenlərinin dehidrogenləşmə prosesinin elmi əsasları yaradılmışdır. Mühüm xalq təsərrüfatı əhəmiyyətli katalitik dehidrogenləşmə metodu ilə SK monomerlərinin istehsalı proseslərini intensifikasiyası kimi sənayedə böyük elmi problemin həllində uğurla tətbiq olunan nəzəri və eksperimental tədqiqatlar aparmış və praktiki tövsiyələr verilmişdir.
Öz əsas göstəricilərinin məcmusuna görə patent analoqlardan üstün olan izobutanın və izopentanın dehidrogenləşməsi üçün yeni yüksək effektli alümoxrom katalizatorları işlənib hazırlanmışdır. Onların əsas fərqləndirici xüsusiyyətlərindən biri məqsədli məhsullar üzrə olefin karbohidrogenlərinə uyğun, yüksək məhsuldarlıqdır.
Alümoxrom katalizatorlarının ailəsi "6A-24" şərti adı altında Sterlitamak və Sumqayıt şəhərlərində (SK zavodu) sənaye təcrübə sınağından müvəffəqiyyətlə keçmişdir. Onların fiziki və kimyəvi xassələri, kinetika mexanizmi dəqiq öyrənilmişdir.
B. A. Dadaşov tərəfindən Sterlitamak SK zavodunun əməkdaşları ilə birlikdə 6A-24 katalizatoru üzərində parafin karbohidrogenlərinin dehidrogenləşmə prosesinin intensivləşməsini imkan verən orijinal üsul işlənib hazırlanmışdır. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, dehidrogenləşmədə iki katalizator qarışığından istifadə olunur: aktiv (6A-24) və az aktiv (İM-2201 sənaye alümoxrom katalizatoru). Bu isə işlədilən katalizator qarışığının qiymətinin ucuz olması hesabına məqsədli məhsulun maya dəyərinin aşağı salınmasına imkan verir.
Müxtəlif neft-kimya istehsalından əldə edilən işlənmiş γ-alüminium oksidindən istifadə üçün B. A. Dadaşov tərəfindən çox maraqlı təklif verilmişdir. Belə ki, onun apardığı tədqiqatlar əsasında məlum olmuşdur ki, istehsalatda istifadə olunan təmiz γ-alüminium-oksidin alümoxrom kontaktının katalitik xassələrinin pisləşməsi şərti ilə işlənmiş γ-alüminium-oksidlə əvəz etmək olar. Bu isə eyni zamanda iki problemi, əsası γ-AL203 -dən ibarət olan daşıyıcıya defisiti aradan qaldırmağa və həm də işlənmiş oksid katalizatorunun tullantılarından istifadə etmək problemini həll etmiş olur. Bu isə γ- AL2O3 sənaye tullantılarından istifadə etmək kimi mühüm iqtisadi problemləri həll etməyə imkan verir.
Təkcə Azərbaycan Respublikasında Sumqayıt sənaye kompleksinin kimya müəssisələrində bu günə qədər 100000 tona qədər işlənmiş γ-AL2O3 yığılmışdır. Bundan parafin karbohidrogeninin aromatikləşməsi prosesi üçün alümoxrom kontaktlarının hazırlanması üçün istifadə olunması 6A-24 katalizatorunun maya dəyərini aşağı salmaqla bərabər, regionda ekoloji vəziyyəti sağlamlaşdıracaq.
Məlum olduğu kimi, kimya sənayesində istifadə olunan aromatik karbohidrogenlər əsasən hidrokrekinq məhsulunun və neft fraksiyasının katalitik riforminq (katalitik aromatikləşmə) prosesi vasitəsilə alınır. Yüksək effektli katalitik sistemlərin yeni nəslin katalizatorlarının və müxtəlif sinif karbohidrogenlərinin yeni aromatikləşmə proseslərinin yaradılması müasir neft-kimyasının mühüm məsələlərindəndir. Neft ehtiyatının kəskin sürətlə azalması ilə əlaqədar olaraq, əvvəllər bu məqsəd üçün istifadə olunmayan aromatik karbohidrogenlərin alınmasının yeni alternativ mənbələrinin axtarılıb tapılmasının hazırda böyük əhəmiyyəti vardır. Bunun üçün karbohidrogen xammalı kimi indiyə qədər ixtisaslı tətbiq sahəsi tapmamış kiçik oktanlı benzinlərdən, metandan, eləcə də onun homoloqlarından və təbii qazdan, aramatikləşmə üçün kifayət qədər aktiv və selektiv katalizatorların iştirakı şərti ilə istifadə etmək məqsədəuyğundur.
B. A. Dadaşovun parafin karbohidrogenlərinin klassik aromatikləşməsi və kiçik oktanlı benzin fraksiyalarının tsikloforminqi kimi yeni texnoloji proses üçün 6A-24 katalizatoru əsasında yeni yüksək effektli katalitik sistemlər təklif etmişdir. Sonuncu halda və həm də karbohidrogenlərin dehidrogenləşməsi prosesi üçün yüksək effektli 6A-24 alümuxrom katalizatorunun sənaye seolit tərkibli katalizatorla qarışdırlıması çox effekli olmuşdur. Daşındığı kimi, eləcədə işlənmiş γ-aluminium oksidindən istifadə etmək mümkündür. 6A-24(III) katalizatorunun kiçik oktanlı benzinlərin tsikloforminqində işlədilməsi onun qrup tərkibli və motor xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə yaxşılaşdırılır.
B. A. Dadaşov öz əməkdaşları ilə birlikdə ilk dəfə olaraq metan-oksigen qarışığı ilə, təmiz metanla və təbii qazla kontakt nəticəsində metanın benzolla bir mərhələli çevrilməsi prosesinin (metanın dehidrotsikloheksamerizasiyası prosesi) mono- və bimetalalumooksid katalizatorlarının işləyib hazırlamışdır. Bu prosesin əsas qanuna uyğunluqları öyrənilmiş və yüksək çıxımla seçiciliklə məqsədli məhsulları almağa imkan verən şərait tapılmışdır. Metanın dehidrotsikloheksamerizasiyasını və karbohidrogenlərin izomerləşməsini aktivləşdirən, mərkəzlərin məqsədyönlü modelləşməsi üçün əsas olan yeni elmi istiqamət işlənib hazırlanmışdır.
B. A. Dadaşovun öz əməkdaşları ilə birlikdə yeni yüksək effektli katalizatorların yaradılması, parafin karbohidrogenlərinin izomerləşmə reaksiyasının qanunauyğunluqlarını öyrənilməsi, az tapılan platin asan əldə olunan elementlərlə və sintetik seolit daşıyıcısının yeni mənşəli təbii seolitlərlə əvəz olunmasında böyük əhəmiyyətə malik görülmüşdür. Böyük silsilə tədqiqatlarının aparılması nəticəsində alçaq parafin karbohidrogenlərinin izomerləşməsi, meta-ksilolun paraksilola izomerləməsi üçün yeni bifunksional katalizatorlar işlənib hazırlanmışdır. Bu katalizatorların əsasını yerli mənşəli təbii seolitlər- mordenitlər və klinoptilolitlər təşkil edir.
B. A. Dadaşovun bütün elmi fəaliyyəti, bir alim kimi, onun respublikanın ali təhsil müəssisələrində pedaqoji fəaliyyəti ilə və yüksək ixtisaslı elmi kadrların hazırlanması ilə qırlımaz sürətdə bağlanmışdır. B. A. Dadaşov tələbələrə ilk fiziki-kimya kursundan mühazirə oxuyarkən onlarda bu fənnə maraq oyatmış, onları özünün laboratoriyasında elmi tədqiqatlara cəlb etmişdir. Onlardan çoxu da öz elmi işlərini
B. A. Dadaşovun rəhbərliyi altında davam etdirərək, elmlər namizədi və elmləri doktoru səviyyəsinə yüksəlmişlər. Öz işçiləri ilə birlikdə o, 230-dan çox elmi məqalənin və 19 müəlliflik şəhadətnaməsinin müəllifidir
. B. A. Dadaşov 21 elmlər namizədi və 5 elmlər doktorunun rəhbəridir. O, respublikada Azərbaycan dilində yazılmış fiziki kimya dərsliyinin müəllifidir. Onun bir sıra elmi məqalələri xarici ölkələrdə nəşr olumuşdur. Bir çox ölkələrdə B. A. Dadaşov dəfələrlə elmi məruzələrdə çıxış etmiş, elmi məsləhətlər vermişdir: Almaniya Demokratik Respublikasında (1974-cü il), Ruminya Sosialist Respublikasında (1978-ci il), Bolqarıstan Xalq Respublikasında (1979-cu il) və Çexslovakiya Sosialist Respublikasında (1980-ci il). O, bir çox yığıncaqların, Ümumittifaq və beynəlxalq konfransların təşkilatçısı və iştirakçısı olmuşdur
Elmi-təşkilatı fəaliyyəti
redaktə- Azərbaycan EA-nın NKPİ-nin D. İ. Mendeleyev adına Kimya Cəmiyyətinin sədri.
- B. Dadaşov Azərbaycan EA NKPİ‐nin D. Mendeleyev adına Kimya cəmiyyətinin sədri,
- SSRİ EA Rəyasət Heyəti yanında kataliz üzrə Ümumittifaq Şurasının üzvü,
- Alimlik dərəcələri verən ixtisaslaşdırılmış şuraların üzvü olmuşdur.
Elmi pedoqoji fəaliyyəti
redaktə- 1945–1950-ci illər – N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun assistenti və dosenti
- 1961–1974-cü illər – Azərbaycan Politexnik İnstitutunun kimya kafedrasının dosenti və professoru (eyni zamanda başqa yerdə işləməklə).
- Bakı şəhəri Xətai rayonunun Xalq Universitetinin rektoru.
- ADU-nin fiziki-kimya kafedrasının dosenti
- ADNSU-nin fiziki-kimya kafedrasinin professoru
Təltif və mükafatları
redaktə- SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Fədakar əməyə görə" medalı ilə təltif olunmuşdur.
- 1975–1978-ci illər – SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" medalı ilə təltif olunmuşdur.
- SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə raket texnikası üçün effektli yanacaqların işlənib hazırlanması sahəsindəki səmərəli fəaliyyətinə görə "Rəşadətli əməyə görə" medalı ilə təltif olunmuşdur.
- "Əmək veteranı" medalı ilə təltif olunmuşdur.
- "Sosializm yarışının qalibi" nişanı ilə təltif olunmuşdur.
- 2005-ci il – AMEA-nin 60 illiyi ilə əlaqədar fəxri fərman almışdır.
XATİRƏSİ
Alimin xatirəsini əbədiləşdirmək məqsədilə Hacıqabul şəhərinin kucələrindən birinə Bilal Dadasovun adı verilmişdir.
Görkəmli alim Bilal Dadaşov adlı kitabı işıq üzü görmuşdur. Kitabın müəllifi Mina Bilal Zeynalovadir.
İSTİNADLAR
1. Б. А. Дадашев , Библиография, 1997г.
2 . М. Б. Зейналова, Известный ученый Билал Дадашев, Баку, Наука, 2012г.,253стр.
3. В. А. Задонцев "Две жизни и две ракеты Вернера Фон Брауна", Авиационно-космическая техника и технология,2012,№ 9 (96). http://rvsn.ruzhany.info/fon_braun.html
4. Дуэль титанов:Сергей Королев и Вернер фон Браун. https://www.youtube.com/watch?v=AdD6-XoYhls
5. Королев. Обратный отчет. https://www.youtube.com/watch?v=ma4VLs_gV6I
6. Королев Сергей Павлович. https://www.youtube.com/watch?v=gZkVzzdWBzw
7. Ф. Б. Дадашев , " Билал Дадашев- создатель советского ракетного топлива",
Национальная Академия Авиации , "Sky – Cема", № 2, 2019
8." Верность к делу" , Газета "Бакинский рабочий" 13 сентября 1983 года
9. Y. H. Məmmədəliyev:"Dunyada ancaq yaxşılıq"Xalq qəzeti,1994,25 yanvar
10. Ученый:Талант,трудолюбие,довросовестность. Газета "Элм",1988,30 января
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
- ↑ http://www.nkpi.az/?page=addread&id=896[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
- ↑ "Arxivlənmiş surət". 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.