Billi Hanter Futbolcu - Wikipedia
Uilyam Braun (2 aprel 1885 – 2 yanvar 1937, Nyu-York, Nyu-York ştatı) — Şotlandiyalı peşəkar futbolçu və menecer. Hollandiya millisini, Avstriyanın "Hakoah Vyana" klubunu, İsveçrənin "Lozanna Sports" klubunu, Türkiyə millisini və "Qalatasaray"ı idarə edib.[1]
Billi Hanter | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 2 aprel 1885 |
Vəfat tarixi | 2 yanvar 1937 (51 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Vikianbarda əlaqəli mediafayllar |
Futbol karyerası
redaktə1904-cü ildə İngiltərə komandalarından biri olan Millwall FC- də oynadı. İngiltərənin cənub-qərb liqası olan Qərb Futbol Liqasında iki titul qazandı.
Uğurlu nəticələrdən sonra 1909-cu ildə Bolton Uonderersə transfer olundu. Burada o, ilk liqa təcrübəsini yaşadı. İlk mövsümdə ikinci liqaya düşsələr də, növbəti mövsümdə yenidən ikinci liqanın ikincisi kimi yüksəldilər. Hunter birinci liqada daha bir mövsüm oynadı və onlar liqada dördüncü yeri tutdular.
1912-ci ildə futbolu tərk etdi.
Məşqçilik karyerası
redaktəO, ilk məşqçilik təcrübəsinə 1912-ci ildə futboldan ayrıldığı il başlayıb. Onun ilk dayanacağı Hollandiya olub. O,1912–1914-cü illərdə Dordrext Futbol Klubunu çalışdırıb. İlk mövsümündə Hollandiyada dövrün ən əhəmiyyətli təşkilatı olan KNVB Beker- də komandanı ikinci edən Hunter, ikinci mövsümündə klub tarixində ilk dəfə kuboku muzeyə gətirdi. Bu uğuru ilə o,1914-cü ildə Hollandiya milli futbol komandasını çalışdırıb.
Karyerasına 1914-cü il martın 15-də Belçikanı səfərdə 4–2 hesabı ilə məğlub etməklə başlayıb və 4 matçda 2 qələbə,1 heç-heçə və 1 uduzub. Birinci Dünya Müharibəsinin başlaması ilə Hollandiya tarixinin 5-ci məşqçisi olan Hunter komandadan ayrılaraq Britaniya ordusunda döyüşməyə getdi. İkinci Dünya Müharibəsindən sonra futbol yenidən canlananda o, ilk olaraq Avstriyanın yəhudi komandası olan Hakoah Wien-i idarə etdi. 1922-ci ildə İsveçrənin FC Lausanne-Sport komandasını qəbul etdi. Qərb liqasında 2-ci yeri tutduqları üçün finala vəsiqə qazana bilmədilər.
1924-cü ildə Braun Türkiyə illəri başladı. Braun həm Türkiyə milli futbol komandasına, həm də "Qalatasaray"a rəhbərlik edib. Türkiyənin ikinci məşqçisi olan Hunter həm də millinin ilk əcnəbi məşqçisi olub. 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarına əvvəllər cəmi bir oyun keçirmiş milli komandanı hazırlamaq üçün gətirilən Hunter ölkəyə müasir futbol və məşq texnikası gətirib. 25 may 1924-cü ildə Paris Olimpiadasının ilk tur futbol matçı olan Çexoslovakiya matçı Hunterin ilk oyunu olmaqla yanaşı, Türkiyənin xaricdə keçirdiyi ilk rəsmi matç kimi tarixə düşdü. 5000 tamaşaçının izlədiyi matçı Türkiyə 5–2 məğlub etdi.
Bir ay sonra Türkiyə Şimali Avropa turnesinə çıxıb və 4 oyun keçirib. Onlardan 3-də qalib gəldi. 1926-cı ilə qədər Türkiyəyə rəhbərlik edən Billi Hunter ümumilikdə 12 matçda 5 qələbə,7 məğlubiyyət alıb.
1924-cü ildə də "Qalatasaray"ın başına keçən Hunter,1926-cı ildə millidən ayrılsa da,1928-ci ilə qədər "Qalatasaray"da davam etdi. Hunter həm Qalatasaray, həm də Türkiyə tarixində kənardan transfer edilən ilk əcnəbi məşqçidir. "Qalatasaray"da yaxşı dövr keçirdi və 1924–1927-ci illər arasında 3 İstanbul Liqası çempionluğu qazandı. 1927–28-ci illərdə 1928 Yay Olimpiya Oyunları səbəbiylə liqa təşkil edilmədi. 1927-ci ildə qatıldıqları Türkiyə Futbol Çempionatında ikinci oldular.
Uğurlar
redaktəFutbolçu kimi
redaktə- Millwal Qərb Futbol Çempionatı : 1908-1909
Məşqçi kimi – Qalatasaray
redaktə- İstanbul Futbol Liqası: 1925–26, 1926–27
İstinadlar
redaktə- ↑ "William Brown Hunter". www.transfermarkt.com. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.