Birbeluzgecli Simal Terpuqu - Wikipedia
Birbelüzgəcli şimal terpuqu (lat. Pleurogrammus monopterygius) — Terpuqkimilər (Hexagrammidae) fəsiləsinə daxil olsn balıq növü. Sakit okeanda yayılmışdır. Balıqçılık sənayesi üçün qiymətli balıq növüdür.
Birbelüzgəcli şimal terpuqu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Birbelüzgəcli şimal terpuqu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Areal
redaktəSakit okeanın şimalında yayılmışlar. Onlar Kuril adaları sahil sularından başlayaraq Kamçatka yarımadası sahillərinə, Berinq dənizinə qədər yayılırlar. Onlara həmçinin Yapon dənizinin şimalı, Oxot dənizi və Komandor adaları sahilləri belə müşahidə edilirlər. Amerika sahillərində isə Alyaska körfəzi, Aleut adaları və Kaliforniya sahillərində müşahidə edilirlər.
Təsviri
redaktəMaksimal uzunluğu 56,5 sm, çəkisi isə 2 kq[2] təşkil edir. Maksimal ömür müddəti 15 ildir. Bir ədəd bel üzgəcinə sahibdir.
Çoxalması
redaktəErkəklər 4–5, dişilər isə 5 yaşında yetkinləşir. Kürütökmə yerindən və mövsümdən asılı olaraq dəyişir: iyun-sentyabr Kamçatka və Şimali Kuril adaları, may-avqust Komandor və Aleut adaları, noyabr Alyaska körfəzi. Dişilər 5–120 min kürü tökə bilir. Kürünü 20 m dərinlikdə qoyur. Erkək kürüləri 30—-45 gün qoruyur.
Qidalanması
redaktəCavan və yetkin fərdlər planktonlarla qidalanırlar. Qidasına kürülər də daxildir. İri fərdlər mintayları (Theragra chalcogramma) belə yeyə bilirlər.
Sənayesi
redaktəSənaye əhəmiyyətli ovu ABŞ və Rusiya tərəfindən həyata keçirilir. ABŞ ərazisində 1996-cı ildə 88 min ton balıq ovlsnmışdır.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Froese, Rainer, and Daniel Pauly, eds. (2006). "Pleurogrammus monopterygius" FishBase saytında. April 2006 version.