Birlesmis Milletler Teskilatinin Avropa Iqtisadi Komissiyasi - Wikipedia
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (ing. United Nations Economic Commission for Europe) qısaca: UNECE və ya ECE) — BMT-nin iqtisadi qurumlarından biri. Avropa ölkələri ilə yanaşı, həm Kanada, həm Mərkəzi Asiya respublikaları, həm də İsrail və Amerika Birləşmiş Ştatları bu quruma daxildir. Mərkəzi katiblik qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir və təxminən 50 milyon ABŞ dolları məbləğində büdcəsi var.[1]
Tarixi
redaktə28 mart 1947-ci[2][3] ildə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına dəstək üçün təsis olunmuşdur.
Üzv dövlətlər
redaktəKomissiyanın üzvü olan 56 ölkə aşağıda göstərilmişdir:
Ölkələr | Üzvlük tarixi |
---|---|
Albaniya | 14 dekabr 1955 |
Andorra | 28 iyul 1993 |
Ermənistan | 30 iyul 1993 |
Avstriya | 14 dekabr 1955 |
Azərbaycan | 30 iyul 1993 |
Belarus | 28 mart 1947 |
Belçika | 28 mart 1947 |
Bosniya və Herseqovina | 22 may 1992 |
Bolqarıstan | 14 dekabr 1955 |
Kanada | 9 avqust 1973 |
Xorvatiya | 22 may 1992 |
Kipr | 20 sentyabr 1960 |
Çexiya | 28 mart 1947 |
Danimarka | 28 mart 1947 |
Estoniya | 17 sentyabr 1991 |
Finlandiya | 14 dekabr 1955 |
Şimali Makedoniya | 8 aprel 1993 |
Fransa | 28 mart 1947 |
Gürcüstan | 30 iyul 1993 |
Almaniya | 18 sentyabr 1973 |
Yunanıstan | 28 mart 1947 |
Macarıstan | 14 dekabr 1955 |
İslandiya | 28 mart 1947 |
İrlandiya | 14 dekabr 1955 |
İsrail | 26 iyul 1991 |
İtaliya | 14 dekabr 1955 |
Qazaxıstan | 31 yanvar 1994 |
Qırğızıstan | 30 iyul 1993 |
Latviya | 17 sentyabr 1991 |
Lixtenşteyn | 18 sentyabr 1990 |
Litva | 17 sentyabr 1991 |
Lüksemburq | 28 mart 1947 |
Malta | 1 dekabr 1964 |
Moldova | 2 mart 1992 |
Monako | 27 may 1993 |
Monteneqro | 28 iyun 2006 |
Niderland | 28 mart 1947 |
Norveç | 28 mart 1947 |
Polşa | 28 mart 1947 |
Portuqaliya | 14 dekabr 1955 |
Rumıniya | 14 dekabr 1955 |
Rusiya | 28 mart 1947 |
San-Marino | 30 iyul 1993 |
Serbiya | 1 noyabr 2000 |
Slovakiya | 28 mart 1947 |
Sloveniya | 22 may 1992 |
İspaniya | 14 dekabr 1955 |
İsveç | 28 mart 1947 |
İsveçrə | 24 mart 1972 |
Tacikistan | 12 dekabr 1990 |
Türkiyə | 28 mart 1947 |
Türkmənistan | 30 iyul 1993 |
Ukrayna | 28 mart 1947 |
Böyük Britaniya | 28 mart 1947 |
ABŞ | 28 mart 1947 |
Özbəkistan | 30 iyul 1993 |
Qeyd: UNECE-yə üzv olan 56 ölkənin 18-i rəsmi inkişaf yardımı alanlardır.[4]
İcraçı katibləri
redaktə- 1947–1957 – İsveç, Qunnar Myurdal
- 1957–1960 – Finlandiya, Sakari Tuomioya
- 1960–1967 – Yuqoslaviya, Vladimir Velebit
- 1968–1982 – Yuqoslaviya, Janez Stanovnik
- 1983–1986 – Finlandiya, Klaus Sahlgren
- 1987–1993 – Avstriya, Gerald Hinteregger
- 1993–2000 – Fransa, Yves Berthelot
- 2000–2001 – Polşa, Danuta Hübner
- 2002–2005 – Slovakiya, Brigita Schmögnerová[5]
- 2005–2008 – Polşa, Marek Belka[6]
- 2008–2012 – Slovakiya, Yan Kubiş[7]
- 2012–2014 – Bosniya və Herseqovina, Sven Alkalay[8]
- 2014 – Danimarka, Mixael Möller (müvəqqəti əvəzedən)[9]
- 2014-cü ildən bəri – Danimarka, Kristian Friis Bax[10]
Daxili Nəqliyyat Komitəsi
redaktəDaxili Nəqliyyat Komitəsi Komissiyanın köməkçi orqanıdır və AİK-in üzv-ölkələri DNK-in üzvləridir.[11] Komitənin işi haqqında hesabatlar Komissiyanın illik sessiyalarında baxılır.[11]
Daxili Nəqliyyat Komitəsinin mənzil-qərargahı İsveçrənin Cenevrədə fəaliyyət göstərir və fəaliyyətində 56 ölkə iştirak edir.[11]
Komissiyanın Daxili Nəqliyyat Komitəsi bütün növ nəqliyyat sahəsində əməkdaşlığın regional miqyasda inkişafı üçün hökumətlərarası orqan kimi yaradılmışdır. Komitə məlumat mübadiləsi və ümumilikdə nəqliyyat problemlərinin müzakirəsi üçün forumdur, həmçinin də beynəlxalq sazişlər bağlanan və beynəlxalq tövsiyələr hazırlanan bir orqandır.[11]
Komitə çərçivəsində müxtəlif nəqliyyat növləri üzrə xüsusi işçi qrupları yaradılmışdır:[11]
- Avtomobil nəqliyyatı üzrə işçi qrupu;
- Dəmir yolu nəqliyyatı üzrə işçi qrupu;
- Daxili su nəqliyyatı üzrə işçi qrupu.
Bu qruplar müxtəlif məsələlərə dair xüsusi yaradılan köməkçi işçi orqanlar, ekspert qrupları və müzakirə qrupları sistemin fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirirlər. Eləcə də, bilavasitə Komitənin himayəsi altında fəaliyyət göstərən bir sıra ekspert qrupları vardır. Bunların arasında nəqliyyat statistikasına dair, tez xarab olan ərzaqların daşınmasına dair, təhlükəli yüklərin daşınmasına dair, qarışıq daşımalara dair, gömrük məsələlərinə dair, nəqliyyat sahəsində tendensiya və siyasətə dair, nəqliyyatın iqtisadiyyatına dair ekspertlər qrupu vardır. Bu qrupların statusu bütün nəqliyyat növləri üçün ümumi problemlərin istifadəsinə dair həyata keçirilən işlə şərtləndirilmişdir.[11]
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Statistik jurnalı
redaktə1982-ci ildən 2007-ci ilə qədər IOS Press tərəfindən UNECE-nin adından "Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Statistik jurnalı" nəşr edilmişdir.[12][13]
İstinadlar
redaktə- ↑ theyworkforyou.com Arxivləşdirilib 2007-03-14 at the Wayback Machine (ing.)
- ↑ "Inception". UNECE. 2012-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
- ↑ United Nations General Assembly Session -1 Resolution 46. Economic Reconstruction of Devastated Areas A/RES/46(I) page 2. 11 December 1946. Arxivləşdirilib 14 iyun 2021 at the Wayback Machine (ing.)
- ↑ UNECE, The UNECE Report on Achieving the Millennium Development Goals, 2011
- ↑ "Secretary-General Appoints Brigita Schmögnerová as New Executive Secretary of Economic Commission for Europe". UNECE. 2016-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
- ↑ "Secretary-general appoints Marek Belka of poland as executive secretary of Economic Commission for Europe". UNECE. 2016-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
- ↑ "Secretary-General appoints Ján KUBIŠ of Slovakia to head United Nations Economic Commission for Europe". UNECE. 2016-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
- ↑ "EXCOM welcomes Executive Secretary". UNECE. 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
- ↑ "Acting Director-General of UNOG Michael Møller takes on functions of Acting Executive Secretary of UNECE". UNECE. 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
- ↑ "The Secretary-General appoints Christian Friis Bach of Denmark as the next Executive Secretary of UNECE". UNECE. 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
- ↑ 1 2 3 4 5 6 "Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası". 2018-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
- ↑ "Statistical Journal of the United Nations Economic Commission for Europe". EconBiz. 28 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2015.
- ↑ "Publications: STATISTICAL JOURNAL of the UNECE". UNECE. 30 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2015.
Xarici keçidlər
redaktə- UNECE Statistical Database
- UNECE Weekly Arxivləşdirilib 2011-09-02 at the Wayback Machine
- UN Economic Commission for Europe
- EU and UNECE cooperation Arxivləşdirilib 2013-01-06 at Archive.today.
- UNECE vehicle regulations Arxivləşdirilib 2011-04-22 at the Wayback Machine