Bizans Gurcu Muharibesi - Wikipedia
Bizans-gürcü müharibəsi (gürcü dilində:ბიზანტიურ-ქართული ომები) — XI əsrdə Bizans-gürcü sərhəd zolaqlarında baş vermiş silahlı münaqişələr.
Müharibə ərəfəsində vəziyyət
redaktə976-cı ildə Bizans imperiyasının ordusunda Varda Sklipin başçılığı ilə üsyan baş verdi. Tezliklə üsyançılar imperiyanın, demək olar ki, Kiçik Asiyadakı bütün vilayətlərini ələ keçirdilər. Bizans imperatoru II Vasilinin qiyamı yatırmaq üçün kifayət qədər qüvvəsi yox idi. Varda Sklipə qarşı göndərilmiş Kiçik Foka da üsyanı yatıra bilmədi. Bizans imperatoru kömək üçün gürcü hökmdarı III Davidə müraciət etməyə məcbur oldu. III David Tornikin və Cocikin başçılığı ilə Bizansa 12 min nəfərlik ordu göndərdi. Varda Sklipin ordusu darmadağın edildi və qiyam rəhbəri ərəblərin yanına qaçdı.
Qiyamın yatırılmasında köməklik göstərilməsinə minnətdarlıq əlaməti olaraq III David Tao və həmçinin Ərzurum,Pasiani və Anahunik bölgələrini Bizansdan aldı. III Davidin ölümündən sonra bu əraziləri Bizans imperiyasına qaytarılmalı idi. Bu şərtlər həmin əraziləri işğal edərək varisi III Baqrata vermək istəyən III Davidi qane edirdi. 987-ci ildə Bizans imperatoruna qarşı qiyam qaldıran Varda Foka bu əraziləri III Davidə birdəfəlik verəcəyinə söz verdiyinə görə gürcü hökmdarı qiyamçıları müdafiə etdi. Lakin imperator qoşunları ilə mübarizədə Varda Fokanın ordusu darmadağın edildi və o həlak oldu. Bizans imperatoru öz ordusunu III Davidə qarşı göndərdi. Yaranmış vəziyyətdən çıxış yolu tapmayan III David öz mülklərini və hakimiyyətini imperatora vəsiyyət etdi.
Bizansın müqavimətinə baxmayaraq 1008-ci ildə birləşdirilmiş Gürcüstan dövlətinin ilk hökmdarı olan III Baqrat oldu. 1014-cü ildə o vəfat edir və ölümündən əvvəl varisi I Georgiyə iddiasında olduğu Tao-Klarçeti knyazlığı ilə birlikdə taxt-tacı vəsiyyət etdi.
Müharibənin gedişi
redaktə1014-cü ildə I Georginin qoşunları Tao-Klarçetiyə soxularaq knyazlığı işğal edir. Qərbi Bulqar dövləti ilə müharibəyə başı qarışan Bizans imperatoru II Vasili qərbin əsas qüvvələri ilə əlaqəyə girir. O, sərhədyanı vilayətləri geri qaytarmaq üçün ordu göndərsə də, onun qoşunları döyüşdə məğlub edilir, elə bu zaman Bizans donanması Xəzər dənizinin şimal-qərbindəki limanları ələ keçirir. 1018-ci ildə Qərbi Bulqar dövlətinin işğalını başa çatdıran bizans imperatoru II Vasili dərhal I Georgiyə qarşı hərbi əməliyyatlara başlayır. Bizans qoşunları gürcülərə ağır zərbə endirərək onları şimala, Gürcüstana geri çəkilməyə məcbur edirlər. I Georgi Bizansla sülh bağlamaq üçün danışıqlara başlamağa cəhd etsə də, bu baş tutmur. 1022-ci ildə Svindaxi döyüşündə gürcülər üzərində parlaq qələbə qazanan II Vasili 1023-cü ildə bağlanmış sülh müqaviləsinə əsasən Tao Klarçeti, Kola, Ərdəhan, Cavaxetti ərazilərini ələ keçirdi.
Mənbə
redaktə- История Грузии, об. 1 Тб, 2008.;
- Копалиани Е. Византийские политические отношения с Грузией в 970—1070 годах, Тб., 1969 год
- Ив Провел. История нации, том 2, Тб., 1965 год
- Иоанн Антиохийский. История // Розен В. Р., Император Василий Болгаробойца, СПб, 1883 год
- Ломоури Н., Грузинская советская энциклопедия, том 9, с. 171—172, Тб., 1985 год
- Картлис Цховреба (Жизнь Картли), том 1, Тб., 1955 год