Bizel - Wikipedia
Bizel yumurta ağı və şəkər tozundan hazırlanan köpüklü qurabiyə növüdür. Fransızca "baiser" sözündəndir və tərcüməsi öpmək deməkdir. İsveçrə və Fransada "Meringue" kimi də tanınır. 100 °C qızdırılmış olan sobada 1-2 saat ərzində adətən qurudularaq hazırlanır. Bu qarışığa limon suyu əlavə edildiyi zaman, bizel daha möhkəm bir vəziyyətə gəlir.
Bizel | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Fransa mətbəxi | |
Tərkibi | |
Əsas |
Növləri
redaktə- Soyuq qarışdırılmış bizel: Yumurta ağı sərtləşənə qədər qarışdırılır, hər yumurtaya 50 q şəkər tozu əlavə edildikdən sonra qarışdırılmağa davam edilir. Bir qaşıq və ya formavermə vasitəsinin köməyi ilə əvvəlcədən yağlanmış podnosa düzülür və sobaya yerləşdirilir.
- İlıq qarışdırılmış bizel: Hazırlanma qaydası soyuq qarışdırılmış bizelə çox oxşayır, lakin burada yumurtanın ağı köpüklənməyə başlayan kimi qab 50 °C su vannasına yerləşdirilir və orada qarışdırılmağa davam edilir. İş maraqlı tərəfi ondadır ki, su qaynamır. Şəkər tozu əlavə edildikdən qaşığın köməyi ilə podnusa yerləşdirilir və bundan sonra bişirilir.
- İsti qarışdırılmış bizel: Bu növ bizelə "İtalyan bizeli" də deyilir. Hazırlanması çox çətin olduğundan onu daha çox şirniyyat sexlərində hazırlayırlar. Çünki yumurta ağı qarışdırılarkən onun içinə mayeləşdirilmiş qaynar şəkər tökülür. Beləliklə də, bizel bişirildikdən sonra çox bərk olur.
Süfrəyə verilməsi
redaktəBizel adətən meyvə, dondurma və tortlarla verilir. Rus balerina Anna Pavlovanın şərəfinə adlandırılmış olan qaymaqlı meyvəli deserti Avropada Pavlova deserti də adlandırırlar.
Tarixi
redaktəİtalyan şirniyyat ustası Qasparini 1600-cü illərdə onu İsveçə gətirdikdən sonra bizellər bu ölkədə çox məşhur olmuş və bu günə qədər də öz məşhurluğunu saxlamağı bacarmış olan desert olaraq qalmışdır. Acıbadam qurabiyəsi, bizel inqrediyentlərinin içinə acı badam əlavə edilərək hazırlanan desertdir. Onun mənşəyi ilə bağlı daha çox tədqiqata ehtiyac vardır.