Black Isle Studios - Wikipedia
Black Isle Studios (əvvəlki adı: Dragonplay) — videooyun istehsalçısı və yayımçısı "Interplay Entertainment" şirkətinin rol videooyunları üzrə şöbəsi. Studiya digər istehsalçılardan da bir neçə oyun satışa çıxarmışdır
Black Isle Studios | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tipi | özəl şirkət[d] |
Sənaye | videooyun sənayesi[d] |
Məhsulu | proqram təminatı[1] |
Təsis tarixi | 1996 |
Bağlanma tarixi | 8 dekabr 2003 |
Əvvəlki adı | Dragonplay |
Baş qərargahın yeri | |
Struktur | |
Ana şirkət | Interplay Entertainment |
Rəhbərlik | |
Təsisçi | |
blackisle.com |
"Black Isle Studios" studiyasının baş qərargahı ABŞ-nin Kaliforniya ştatının İrvin şəhərində yerləşir.[2] Şöbə 1996-cı ildə "Dragonplay" adı ilə qurulmuş, sonradan 1998-ci ildə "Black Isle Studios" adını almışdır.[3] Studiyanın adı qurucu Ferqus Urkhartın əslən olduğu Şotlandiyanın Blek-Ayl yarımadasından gəlir.[4] Studiya "Fallout" seriyasındakı ilk iki videooyun üzərində işləməklə yanaşı, "Planescape: Torment" ilə də tanınır. Studiya "Icewind Dale" və sadəcə yayım sahəsində iştirak etdiyi "Baldur's Gate" rol videooyun seriyası ilə də uğur qazanmışdır. 1999-cu ildə "IGN" saytını "RPG Vault" layihəsi studiyanı "İlin istehsalçısı" mükafatına layiq görmüşdür.[5] Bir müddət sonra "Interplay" şirkəti maddi çətinliklərlə üzləşmiş, nəticədə isə "Black Isle Studios" 2003-cü ilin sonunda bağlanmışdır.[6]
"Interplay" eyni ad altında yeni rol videooyunları satışa çıxarmaq məqsədilə studiyanı 2012-ci ilin avqustunda yenidən açmışdır.[7] "Black Isle Studios" 2021-ci ilin may ayında "Baldur's Gate: Dark Alliance" videooyununun remaster edilmiş versiyasını satışa çıxarmışdır.[8]
Videooyunlar
redaktəİstehsal olunan
redaktə- Fallout (1997)
- Fallout 2 (1998)
- Planescape: Torment (1999)
- Icewind Dale (2000)
- Icewind Dale: Heart of Winter (2001)
- Icewind Dale: Heart of Winter - Trials of the Luremaster (2001)
- Icewind Dale II (2002)
- Baldur's Gate: Dark Alliance II (2004)
Nəşr olunan
redaktə- Baldur's Gate (1998)
- Baldur's Gate: Tales of the Sword Coast (1999)
- Baldur's Gate II: Shadows of Amn (2000)
- Baldur's Gate: Dark Alliance (2001)
- Baldur's Gate: Dark Alliance II (2004)
- Baldur's Gate II: Throne of Bhaal (2001)
- Lionheart: Legacy of the Crusader (2003)
Kompilyasiyalar
redaktə- Black Isle Compilation (2002)
- Black Isle Compilation Part Two (2004)
Ləğv edilmiş
redaktə- Stonekeep 2: Godmaker (2001)
- Torn (2001)
- Van Buren (2003)
- Baldur's Gate III: The Black Hound (2003)
- Baldur's Gate: Dark Alliance III (2004)
- Project V13 (2012)
İstinadlar
redaktə- ↑ National Software Reference Library.
- ↑ "Black Isle Studios". IGN. May 25, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 25, 2006.
- ↑ Cheong, Ian. "Game Info". Lionheart Chronicles. GameSpy. May 7, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 25, 2006.
- ↑ Keefer, John. "Black Isle Studios: We are not BioWare". GameSpy. January 2001. 2004-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-06-25.
- ↑ 1999 Vault Network Awards
- ↑ Thorsen, Tor. "Interplay shuts down Black Isle Studios". GameSpot. 2003-12-08. 2006-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 1, 2006.
- ↑ Sarkar, Samit. "Black Isle Studios is back in name only". Polygon. 8 August 2012. 22 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2018.
- ↑ "Arxivlənmiş surət". 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-12.