Bokscu Homer - Wikipedia
"Boksçu Homer"[4] (ing. The Homer They Fall) — "Simpsonlar" cizgi serialının səkkizinci mövsümünün üçüncü seriyası. İlk dəfə 10 noyabr 1996-cı ildə yayımlanmışdır.[2] Bu seriyada Homer aldığı zərbələrdən yıxılmamaq kimi qəribə xəstəliyinin olmasını öyrənir və bundan sonra dostu Mo Sizlakın menecerliyi ilə boksçu karyerasına başlamaq qərarına gəlir. Seriyanın rejissoru Mark Kirklend, ssenari müəllifi isə Conatan Koler olub.[2] Seriyanın dəvət olunmuş qonaq ulduzları öz rolunu ifa edən Maykl Baffer və Lüsius Svit rolunda çəkilən Pol Uinfild olub.[2]
Məzmun
redaktəSimpsonlar yüksək texnologiyalı qurğular mağazasına baş çəkirlər, burada Bart Komiks satıcısından 4 dollara hər cür faydasız mexanizmlərdən ibarət olan kəmər alır, aldığı bu kəməri sonradan geri qaytarmaq istəsə də, alış qəbzi olmadığı üçün bunu edə bilmir. Bart aldığı kəməri məktəbdə hər kəsə göstərməyə başlayır, amma tezliklə Dolf, Cimbo və Kerni kəməri ondan alırlar, özünü isə döyürlər. Bundan sonra Homer dələduzların ataları ilə Monun tavernasında söhbət etmək qərarına gəlir, bu söhbət zamanı Dolf, Cimbo və Kerninin ataları Homeri döyürlər, ancaq onlar Homeri yıxa bilmədikləri üçün onu döyməkdən tezliklə təngə gəlirlər. Daha sonra Mo Dolf, Cimbo və Kerninin atalarını tavernadan qovur.
Mo Homerin aldığı zərbələrə baxmayaraq yıxılmamaq qabiliyyətinə heyran qalır və ona özünün məşqçiliyi və menecerliyi altında boksla məşğul olmağı təklif edir. Marc bu ideyaya əsəbiləşir, lakin tibbi müayinə Homerə aldığı zərbələrə qarşı dözümlü olmağa imkan verən "Homer Simpson Sindromu" adlandırılan nadir genetik anomaliya diaqnozu qoyur. Buna baxmayaraq Mo, məşq zamanı Homerin hücumda olduqca zəif olduğunun şahidi olur. Belə ki, o, cəmi bir dəfə zərbə endirdikdən sonra dərhal taqətdən düşür. Bu səbəbdən Mo Homer üçün xüsusi müdafiə strategiyası fikirləşir, bu strategiyaya əsasən, Homer döyüş zamanı yalnız öz yerində dayanmalı və rəqiblərinin onu nokauta göndərmək istəyərkən çoxlu güc sərf edib əldən düşmələrini gözləməli, sonra isə yalnız bircə toxunuşla rəqiblərini yerə sərməlidir.
Homer ilk döyüşlərini əsasən yarıac-yarıtox yaşayan səfillərə qarşı keçirir. Bu görüşlər Homer üçün uğurlu keçir və o rəqiblərini asanlıqla məğlub etməyi bacarır. Homer hər bir görüş zamanı Monun müdafiə strategiyasına riayət edir. Tezliklə Homer Boks ictimaiyyətinin diqqətini özünə cəlb etməyə başlayır. Monun keçmiş meneceri Lüsius Svit ona baş çəkir. Bu ziyarət zamanı Svit Moya boks üzrə ağır çəkidə hazırkı çempion Drederik Tatumun həbsxanadan çıxacağını və onun boksa qayıtmağa hazır olduğunu bildirir. O, Tatumun məhz Simpsonla döyüş keçirməsini istədiyini bildirir. Mo Tatumun Homer üçün çox güclü rəqib olduğunu yaxşı bilir, lakin buna baxmayaraq, Svitə Homerin Tatum ilə döyüşdə üç raund tab gətirəcəyi vədini verir.
Tatum həbsxanadan çıxır. Kütləvi informasiya vasitələri onun tezliklə Homerlə döyüşəcəyi haqqında məlumatlar verməyə başlayır. Hamı Homerin döyüşdə məğlub olacağını düşünür, onun bu döyüşdə qələbə şansı minin birə nisbətində qiymətləndirilir. Hətta Homer özü də Tatumu yalnız ürək qüsuru yaxalayacağı təqdirdə məğlub edəcəyini düşünür. Marc Modan Homerin hər hansı təhlükə altında olduğu zaman onun rinqə dəsmal ataraq döyüşü saxlatdırmasını xahiş edir.
Döyüş başlayır və tezliklə aydın olur ki, Homer Tatuma qarşı üç raund tab gətirə bilməyəcək. Tatum Homerə ardıcıl zərbələr endirir. Homer zərbəyə zərbə ilə cavab vermək qərarına gəlir, lakin bu onda heç cür alınmır. Mo yıxılan Homeri görür və ona tərəf qaçır. Tatum artıq son zərbəni vurmağa hazırdır, lakin Мо Sərinkeş adamın paramühərrikindən istifadə edib, uçaraq Homerin yanına gəlir və onu rinqdən götürərək özü ilə aparır. Bununla da Mo Homeri xilas etmiş olur. Boks meydançasından kənarda Homer onu xilas etdiyinə görə Moya təşəkkür edir, Tatum isə Monun Homerə olan rəğbətinə qarşı hörmət göstərir. Lüsius Svit Monun həmişə məğlub tərəf olacağını bildirir, ancaq hər halda ona yüz min dollar dəyərində qəbz verir. Mo paramühərrikini fırladır və uçub gedir. Uçuş zamanı o, bütün dünyanı dolaşır və insanların bir-birinə necə kömək etdiklərini görür.[1][2][5]
İstehsal
redaktəSeriyanın ssenarisi boks azarkeşi olan Conatan Koler tərəfindən yazılıb.[6] Müəlliflər insanların onlara internetdə verdikləri — Homerin boks üzrə superağır çəkidə çempion titulu uğrunda necə mübarizə aparacağı sualına cavab vermək üçün böyük səylər göstəriblər.[7] Homerin seriyada səfillərə qarşı döyüşməsi ideyası Con Şvarsvelder tərəfindən verilib.[8] Lüsius Svit obrazı boks promouteri Don Kinqə parodiyadır. Bu obrazı keçmişdə Kinqi HBO Tyson bioqrafik filmində çıxış edən aktyor Pol Uinfild səsləndirib. Svit ssenaridə tip olaraq "Don Kinq kimi görünən və danışan" kimi təsvir olunub. Oxşarlıq hətta serialda Homerin cümləsi ilə də qeyd olunub "O da Don Kinq kimi zəngin və tanınandır, — və o hətta eynən onun kimi görünür!".[9] Kinqi seriyada personajı səsləndirməyə dəvət ediblər, lakin o bundan imtina edib.[10] Seriyadakı Drederik Tatum obrazı boksçu Mayk Taysona parodiyadır. Bu personajın adı Drederik Timmins adlı sinif yoldaşı olan Corc Mayer tərəfindən düşünülüb. Mayer bu adın "kəskin" olduğunu hesab edirdi.[7] Serialda Tatumun həbsxanadan buraxılması, Mayk Taysonun seriyanın çəkilişləri zamanı zorlamaya görə üçillik məhkumluq həyatı yaşadıqdan sonra azadlığa buraxılması faktına işarədir.[10] Seriyada Homerə keçmiş amerikalı boksçulara və güləşçilərə verilən ləqəblərə oxşayan "Cənubi Dendi" (ing. The Southern Dandy) ləqəbi verilmişdir.[10]
Bu seriyaya hazırlıq zamanı Mark Kirklend bir neçə boks filminə baxıb.[6] Hər dəfə otaq şəkli çəkəndə o, boş lampa təsvir etməyə üstünlük verirdi. Ona görə ki, bu halda əşyaların daha depressiv olduğunu hiss edirdi.[6] Monun ofisindəki səhnə zamanı, Simpsonların icraçı prodüseri Bill Oukli[10] və rejissorları Mark Kirklend və Devid Silvermana işarə olan, üzərində "Sizlak Oukliyə qarşı" və "Kirklend Silvermana qarşı" yazılmış reklam plakatını görmək olar.[6] Tatumun "kölgəli" şəxslərin əhatəsində rinqə getməsi səhnəsində şəxslərdən birinin çəpgöz olması Taysonun real fotosuna əsaslanıb.[6] Seriyada Cimbo, Dolf və Kerninin ataları görünür, bu onların şounun tarixində ilk və yeganə göründüyü seriyadır.[10]
Mədəni ismarıclar
redaktəCorc Bellouzun "Dempsi və Firpo" rəsminə parodiya.
|
Seriya Bonansa teleserialına parodiya ilə başlayır[10] — əyinlərində kostyum olan filmin iki qəhrəmanı ticarət mərkəzində dayanaraq şou haqqında danışırlar, iki dəfə serialın musiqisi çalınır.[11] Homerin səfillərə qarşı döyüşlərinin montajı "Quduz öküz" filmindəki bənzər montaja əsaslanıb.[6] Montaj zamanı "Dempsi və Firpo" rəsmini çəkmiş Corc Bellouza qısa parodiya var. Seriyada səslənən "The Flower Duet" musiqisi Leo Delibin "Lakme" operasındandır. Sərinkeş adam obrazı böyük tədbirlər zamanı arenalara paraşütlə enməyi sevən Ceyms Millerə əsaslanıb.[7]
Seriyada Homer rinqə War qrupunun "Why Can't We Be Friends?" mahnısının sədası altında, Tatum isə Reper Redmanın "Time 4 Sum Aksion" mahnısının sədası altında çıxır.[9] Seriyanın sonunda səslənən mahnı Barbra Streyzandın "People" mahnısının Salli Stivensin ifasında olan variantıdır.[3]
Qəbulu
redaktə"Boksçu Homer" ilk nümayiş həftəsində Nilsen reytinqi ilə 10.0 nəticə əldə edərək, 1996-cı ilin 4 – 10 noyabr həftəsi reytinqində 29-cu olub. Bu həmin həftə Fox telekanalında "Məxfi materiallar" serialından sonra ikinci ən yüksək reytinqli şou idi.[12] Seriya 9.7 milyon nəfər tamaşaçı tərəfindən izlənilmişdir.
Toronto Star qəzetindən olan Racu Mudhar, süjet xətti skeytbordinq mövzusunda olan "Bart təqsirləndirilir" seriyasına cavab olaraq, "Simpsonlar"ın idman mövzusunda olan digər seriyaları içində özünün ən yaxşı hesab etdiklərini sadalayıb. O, "Boksçu Homer" seriyasını da qeyd edərək, Drederik Tatumun uzun illər ərzində Mayk Taysona edilmiş ən yaxşı parodiyalardan biri olduğunu söyləyib.[13] Bundan başqa, 2004-cü ildə ESPN.com saytı "Simpsonların 100 ən yaxşı idman anı" adlı siyahı dərc edib. Bu siyahıda ikinci yeri tutan "Boksçu Homer" seriyası haqqında belə deyilir: "Tarixdə ən böyük idman hadisəsi: Homer Tatum ilə döyüşə Brik Hithauz (Cənubi Dendi kimi də tanınır) kimi çıxır və rinqə "Why Can't We Be Friends?" mahnısının sədası altında gedir. Drederik Tatum siyahıda on səkkizinci yerdə qərarlaşıb.[14] Digər tərəfdən, "I Can't Believe It's a Bigger and Better Uptarihd Unofficial Simpsons Guide" kitabının müəllifləri Uorren Martin və Adrian Vud seriyanı "darıxdırıcı, bütün seriya boyu cəmi bir zarafatdan ibarət olan" adlandırıblar.[3]
İstinadlar
redaktə- ↑ 1 2 «The Homer They Fall» Arxivləşdirilib 2012-07-05 at the Wayback Machine The Simpsons.com. Проверено 27 марта 2007
- ↑ 1 2 3 4 5 Groening, Matt. Richmond, Ray; Coffman, Antonia (redaktorlar ). The Simpsons: A Complete Guide to Our Favorite Family (1st). New York: HarperPerennial. 1997. səh. 213. ISBN 978-0-06-095252-5. LCCN 98141857. OCLC 37796735. OL 433519M..
- ↑ 1 2 3 Мартин, Уоррен; Вуд, Адриан. "The Homer They Fall". BBC. 2000. 2012-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-03-27.
- ↑ "Информация о серии на сайте piranya.com" (rus). 2012-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-29.
- ↑ Episode Capsule Arxivləşdirilib 2007-03-09 at the Wayback Machine at The Simpsons Archive
- ↑ 1 2 3 4 5 6 Kirkland, Mark. The Simpsons season 8 DVD commentary for the episode "The Homer They Fall" (DVD). 20th Century Fox. 2006.
- ↑ 1 2 3 Meyer, George. The Simpsons season 8 DVD commentary for the episode "The Homer They Fall" (DVD). 20th Century Fox. 2006.
- ↑ Groening, Matt. The Simpsons season 8 DVD commentary for the episode "The Homer They Fall" (DVD). 20th Century Fox. 2006.
- ↑ 1 2 Cohen, David X. The Simpsons season 8 DVD commentary for the episode "The Homer They Fall" (DVD). 20th Century Fox. 2006.
- ↑ 1 2 3 4 5 6 Weinstein, Josh. The Simpsons season 8 DVD commentary for the episode "The Homer They Fall" (DVD). 20th Century Fox. 2006.
- ↑ "The Homer They Fall (1996): Movie connections". imdb.com. 2012-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-09.
- ↑ Assoşieyted Press. "NBC back on top in ratings race". Sun-Sentinel. 14 noyabr 1996. səh. 4E.
- ↑ Raju Mudhar, "Simpsons' sports spoofs simply 'excellent'; Stars like Tyson often lampooned Show celebrating 300th episode," Toronto Star, February 16, 2003, pg. E.03.
- ↑ Collins, Greg. "The Simpsons Got Game". ESPN.com. January 23, 2004. 2007-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-03-29.
Xarici keçidlər
redaktə- Boksçu Homer Simpsonsworld.com saytında
- Boksçu Homer Simpsonsarchive.com saytında
- Boksçu Homer Arxivləşdirilib 2016-04-19 at the Wayback Machine TV.com saytında
- Boksçu Homer — Internet Movie Database saytında