Boransiz Culge - Wikipedia
Boransiz Culge - Wikipedia - Haqqında Məlumat
Boransız-Cülgə - Azərbaycan Respublikasında Qobustan rayonu ərazisində palçıq vulkanı. Boyanata dağından şərqdə yerləşir. Sopka və qrifonlarının paylaşmasına görə beş məntəqədə qruplaşır. Sopka breksiyası əsasən gil və az miqdarda mergel, qumdaşı, əhəngdaşı və dolomitlərdən ibarətdir. Sopkalar Qovundağ və Maykop dəstələrinin suxurları üzərində yerləşir, Boransız-Cülgə antiklinal qırışığına uyğun gəlir. Vulkan qırışıqdakı pozulmalarla əlaqədardır. Sopka və qrifonlardan qaz,, bulanıq su, palçıq və neft çıxır.
Boransız-Cülgə | |
---|---|
Ümumi məlumatlar | |
Növü | Palçıq vulkanı |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası. IV cild, Bakı,2013. səh.299.