Boril - Wikipedia
Çar Boril — İkinci Bolqarıstan imperiyasının IV imperatoru (1207-1218), Kaloyanın bacısının oğlu.
Boril | |
---|---|
Борил | |
| |
1207 – 1218 | |
Əvvəlki | Kaloyan |
Sonrakı | II İvan Asen |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | ən tezi 1217 və ya 1218 |
Milliyyəti | Bolqar |
Fəaliyyəti | monarx |
Atası | ? |
Anası | Kaloyanın bacısı |
Həyat yoldaşı | Kuman Anna |
Ailəsi | Asen sülaləsi |
Dini | Ortodoks |
Vikianbarda əlaqəli mediafayllar |
Hakimiyyəti
redaktəÇar Boril Kaloyanın işğalçı siyasətini davam etdirmək istəsə də, hakimiyyətinin ilk illərində qardaşı Strej Asen Serbiya knyazı Stefan Nemanyiçin köməyi ilə Prosekdə üsyana qalxmışdı. Borilin dayısı oğlu Aleksi Slav da Melnikdə öz müstəqilliyini elan etmişdi. 1208-ci ildə də Latın imperatoru Flandriyalı I Henri tərəfindən məğlub edilərək, şimali Trakiya və Rodopu itirmişdi.[1] 1209-cu ildə qardaşı Strej yenidən Borilə tabe olmuş, sebastokrator titulunu almışdı.[2] 1211-ci ildə kumanların üsyanını yatırmaq üçün macarlardan kömək alan çar bu kömək müqabilində Belqradı güzəştə getməli olmuşdu.[3]
1211-ci ildə Kaloyanın qızı Mariya Aseni imperator Henriyə ərə verərək yeni müttəfiq qazanmışdı. 1215-ci ildə qardaşı Strejin ölümündən sonra Serbiya ilə müharibəyə başı qarışan Boril, 1217-ci ildə II İvan Asenin sürgündən qayıtması səbəbilə 7 ay mühasirə nəticəsində devrilmiş, kor edilmiş və monastıra göndərilmişdir.
Ailəsi
redaktəKaloyanın dul həyat yoldaşı kuman Anna ilə evlənmiş və adı mənbələrdə verilməyən bir qızı doğulmuşdur.
İstinadlar
redaktə- ↑ Vásáry, István (2005). Cumans and Tatars: Oriental Military in the Pre-Ottoman Balkans, 1185-1365. Cambridge University Press. ISBN 0-521-83756-1.
- ↑ Van Antwerp Fine, John (1987). The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman conquest. University of Michigan Press. p. 97. ISBN 0-472-08260-4.
- ↑ Curta, Florin (2006). Southeastern Europe in the Middle Ages, 500-1250. Cambridge University Press. p. 384. ISBN 0-521-81539-8.