Boris Zeydman - Wikipedia
Boris Zeydman (Zeydman Boris İsaakoviç) — bəstəkar, pedaqoq. Azərb. əməkdar inc. xad. (1956). "Maskarad" (1945), "Ağıldan bəla" (1949) operalarının, "Qızıl açar" (1957) baletinin, musiqili komediya və s. əsərlərin müəllifidir.[1]
Boris Zeydman | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Zeydman Boris İsaakoviç |
Doğum tarixi | |
Doğum yeri | Peterburq |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Daşkənd |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Bəstəkar |
Janr | opera |
Musiqi aləti | alt |
Təhsili |
|
Mükafatları |
|
Həyatı
redaktəBoris Zeydman 10 fevral 1908-ci ildə Peterburqda anadan olub.
Leninqrad Konservatoriyasında təhsil alıb (1931). Saratov və Leninqrad musiqi məktəbində, Leninqrad Konservatoriyasında (1936–1939), Bakı Konservatoriyasında (1939–1957), Daşkənd Konservatoriyasında (1957-ci ildən) dərs deyib. Operaların, baletlərin, musuqili komediyaların, konsertlərin, simfonik əsərlərin müəllifidir. Özbəkistan dövlət mükafatı laureatı (1959), Azərbaycan (1956) və Özbəkistan (1964) əməkdar incəsənət xadimi Boris Zeydman 1981-ci ildə vəfat edib.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ "Zeydman Boris İsaakoviç". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-21.