Bosniya Ve Herseqovina Merkezi Banki - Wikipedia
Bosniya və Herseqovina Mərkəzi Bankı (bosn. Centralna banka Bosne i Hercegovine; xorv. Središnja banka Bosne i Hercegovine; serb. Централна банка Босне и Херцеговине) — Bosniya və Herseqovinanın mərkəzi bankı. Əsas mərkəzi Sarayevo şəhərində yerləşir. Rəhbəri Senad Softiçdir. Bosniya və Herseqovina konvertasiya olunan markasının banknot və metal pullarının yeganə istehsalçısıdır. Hökumətin pul və kredit siyasətindən məsuldur.
Bosniya və Herseqovina Mərkəzi Bankı bosn. Centralna banka Bosne i Hercegovine; xorv. Središnja banka Bosne i Hercegovine; serb. Централна банка Босне и Херцеговине | |
---|---|
Yerləşməsi | |
43°51′13″ şm. e. 18°25′34″ ş. u.HGYO | |
Ölkə | |
Ünvan | Sarayevo |
Ümumi məlumatlar | |
Yaranma tarixi | 20 iyun 1997 |
Valyuta | Bosniya və Herseqovina konvertasiya olunan markası |
Digər məlumatlar | |
Saytı | cbbh.ba |
Vikianbarda əlaqəli mediafayllar |
Bosniya və Herseqovinada olan bütün banklardan üstündür. Bosniya və Herseqovina hökuməti tərəfindən səlahiyyətləndirilən bu Bank, ölkəsini beynəlxalq maliyyə təşkilatlarında təmsil edir və pul siyasəti ilə bağlı beynəlxalq pul bazarı əməliyyatlarında iştirak edir.
Tarixi
redaktəBosniya və Herseqovina Mərkəzi Bankı Bosniya və Herseqovina Parlament Assambleyasında 20 iyun 1997-ci ildə qəbul edilmiş qanuna əsasən yaradılmışdır. 11 avqust 1997-ci ildə isə fəaliyyətə başlamışdır.
Rəhbərləri
redaktə- Peter Nikol (20 iyun 1997 – 31 dekabr 2004)
- Kemal Kozariç (1 yanvar 2005 – 11 avqust 2015)
- Senad Softiç (11 avqust 2015-ci ildən)
İstinadlar
redaktəXarici keçidlər
redaktə- cbbh.ba — Rəsmi saytı