Bosniya Ve Herseqovinada Xorvatlar - Wikipedia
Bosniya və Herseqovinada xorvatlar - ölkə ərazisində dövlətin üç əsas xalqından birini təşkil edir. Bosniya və Herseqovina ərazisində xorvatların dəqiq sayı İkinci Dünya müharibəsindən sonra məlum deyildir. Yuqoslaviya ərazisində müharibə, XX əsrin 90-cı illərində etnik təmizləmə nəticəsindı Bosniya və Herseqovina ərazisində xorvatların sayı azalmışdır. Hazırda Bosniya və Herseqovina ərazisində 600 000 xorvat yaşayır. Rəsmi məlumata görə Bosniya və Herseqovina əhalisinin 14,3 % xorvatlardır.
Tarixi
redaktəMüasir bosniya ərazisində xorvatlar VII əsrdə peyda olmuşlar. Bosniya və Xorvatiya ərazisində Pannoniya və Dalmasiya knyazlıqları peyda olmuşdur. 925-ci ildə xorvat kralı I Tomislav onları vahid bir krallıqda birləşdirmişdir. 1102-ci ildə isə Xorvatiya Macarıstanla birlışir. Burada iki krallıq bir hökmdar tərəfindən idarə edilirdi. Kral xorvat ərazilərinə macarları köçürməməyi üzərinə götürür və xorvatlara daxili müstəqillik verir. Türklər Balkan yarımadasına gəldikdən sonra uzun zaman Bosniya və Herseqovina Osmanlı imperiyasının tərkibində qalır. Bundan sonra xorvatların bir qismi islamı qəbul edir, bir qismi isə Macarıstana qaçır. Milli şüur inkişaf etdikdən sonra xalqın vahid dövlətfə birləşdirilməsi ideası ortaya atılır. 1939-cu ildə Yuqoslaviya krallığı təsis edilərkən Bosniyanın bir qism əraziləri Xorvat banovinasının tərkibinə keçir. 1941-ci ildə Bosniya və Herseqovinanın ərazisi Müstəqil Xorvatiya Respublikasınln tərkibinə keçir.
Bosniya xorvatlarının sayı
redaktəBosniya və Herseqovina ərazisində ilk siyahıya alınma Avstriya-Macarıtamın tərkibinə keçdikdən sonra 1879-cu ildə aparılmışdır. İki dəfə isə Yuqoslaviya hökuməti tərəfindən Birinci Dünya müharibəsindən sonra aparılmışdır. Bu siyahıya alınmalar onu göstərir ki, xorvatların sayı bu dönəmdə iki dəfə artmışdır. Bosniya müharibəsinə qədər əhalinin 17,3 xorvatlardan ibarət idi. Xorvatlar Qərbi Bosniyanın 98% əhalisini təşkil edirdi. Müharibə zamanı xorvatlarında daxil olduğu çoxlu sayda insan itkisi baş vermişdir. Hazırda xorvatlar əsasən aşağıdakı yaşayış məntəqələrində yaşayırlar: Mostar, Stolas, Ravno, Çaplina, Neum, Çitluk, Qrude, Kiselyak, Kreşevo, Livno, Lyobuşki, Kupres, Dobratiçi, Ocak, Domalevas-Şamas, Oraşe, Pisuşe, Prozor-Rama, Şiroki Brieq, Tomislavqrad, Vitez, Jepçe, Usora, Novi, Travnik, Busovaça.
Siyahıya alınma ili | Xorvatların sayı | % | Bosniya və Herseqovinanın ümumi əhalisi |
---|---|---|---|
1879 | 209,391 | 18.08 % | 1,158,164 |
1885 | 265,788 | 19.88 % | 1,336,091 |
1895 | 334,142 | 21.31 % | 1,361,868 |
1910 | 434,061 | 22.87 % | 1,898,044 |
1921 | 444,308 | 23.50 % | 1,890,440 |
1931 | 547,949 | 23.58 % | 2,323,555 |
Siyahıya alınma ili | Xorvatların sayı | % | Bosniya və Herseqovinanın ümumi əhalisi |
---|---|---|---|
1948 | 614,123 | 23.93 % | 2,565,277 |
1953 | 654,229 | 22.97 % | 2,847,790 |
1961 | 711,666 | 21.71 % | 3,277,948 |
1971 | 772,491 | 20.62 % | 3,746,111 |
1981 | 758,140 | 18.39 % | 4,124.008 |
1991 | 760,852 | 17.38 % | 4,377,053 |
Din
redaktəBosniya xorvatlarının böyük qismini katoliklər təşkil edir. Mecuqore şəhərində katoliklərə məxsus Müqəddəs Məryəm kilsəsi fəaliyyət göstərir.
Siyasət
redaktəXIX əsrin sonlarında Bosniya xorvatları özlərinin partiyasını və hərəkatlarını təşkil etmişdilər. Onlar arasında Xorvat Milli Cəmiyyəti vı Katolik Assosasiyası 1910-cu ildə Avstriya-Macarıstanda seçkilərdə iştirat etmişdir.
1991—1994-cü illərdə Bosniya və Herseqovina əraxisində xorvatlara aid olan Herseq-Bosna Respublikası fəaliyyət göstərirdi. Dövlət 1994-cü ildə Qərbin və Bosniya və Herseqovina Federasiyasının təzyiqi ilə müstəqilliyini itirmişdir. 1995-ci il Deyton anlaşmasına görə xorvatlara ərazi muxtariyyatı verilməmişdir. Onlar müsəlmanlarla birlikdə bir federasiyada birləşdirilmişlər. Bu fakt xorvatların bir çoxunun etirazına səbəb olur. Onlar bunu diskirimiya hesab edirlər. Son zamanlar üçüncü subyektik yaradılması fikirləri irəli sürülür. 2005-ci ildə İvo Miro Yoviç bu sözləri demişdir: «Mən Bosniyalı serb olmaq istəmirəm, ancaq onlsrın Serb Respublikası varsa onda biz xorvat və müsəlman respublikalarını təşkil etmişdir[1].
26 yanvar 2009-cu ildə Bosniya və Herseqovinanın üç böyük psrtiyası Serb Respublikasının qeyri-rəsmi paytaxtı Banya-Lunada görüş təşkil edərək ölkənin 4 milli administrativ bölgəyə bölünməsini təklif etmişlər[2].
İstinadlar
redaktə- ↑ Боснийские хорваты требуют собственную «республику», если у сербов республика останется
- ↑ "Босния и Герцеговина: «Скорее не станет Боснии и Герцеговины, чем Республики Сербской»". 2022-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-18.