Boyat Agcabedi - Wikipedia
Boyat — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Boyat kənd inzibati ərazi dairəsində kənd.[1] Keçmiş Bayat nahiyəsinin mərkəzi.
Boyat | |
---|---|
40°02′54″ şm. e. 47°08′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağcabədi rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 159 ± 0 m |
Saat qurşağı | |
Tarixi
redaktəBoyat[2] (Bayat[3], Bəyat[4]) – "Kitabi-Dədə — Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran – Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir.
Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX–X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Şah İsmayıl Xətai yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır.
Toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır. Etnotoponimdir.[5]
Bildiyimiz kimi Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır.[6] Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır.[7]
Boyat kəndində arxeoloji abidələrdən Qışaltıtıpə kurqanı, Qoşatəpə kurqanı, Qəbiristanlıqtəpə kurqanı, Qalaqtəpə kurqanı (Tunc dövrü), Şəhərgah (orta əsrlər) var.
Şəhidlər
redaktə- Əliyev Hikmət Camal oğlu — Boyad kənd Tam orta məktəbi şəhid Əliyev Hikmət Camal oğlunun adını daşıyır
- Abbasov Sahib Həsən oğlu
- Kərimov Fəzail Kərim oğlu
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Rövşən Hüseyinov (Ağahüseynli, Eldar Səfa Şahvələdli. Albaniya-Arran-Şirvan. "Ünsiyyət" nəşriyyatı, Bakı-2008.səh.55.
- ↑ Dədə Qorqud kitabı ensiklopedik lüğət. "Öndər nəşriyyat". Bakı-2004. səh.58.
- ↑ Dədə Qorqud kitabı ensiklopedik lüğət. "Öndər nəşriyyat". Bakı-2004. səh.60
- ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh. 105.
- ↑ Əli Əliyev, "Laçın — Qədim Oğuz yurdu". Bakı-2009. "Avropa nəşriyyatı". səh. 86.
- ↑ Dədə Qorqud kitabı ensiklopedik lüğət. "Öndər nəşriyyat". Bakı-2004. səh. 60.