Brayde Zolaqli Balina - Wikipedia
Brayda zolaqlı balina[3] (lat. Balaenoptera brydei) — Balinakimilər dəstəsinə Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə aid balina növü. Növün adı norveçli gəmi sahibi Yohan Bryodenin şərəfinə adlandırılmışdır[4].
Brayde zolaqlı balina | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Brayde zolaqlı balina |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Yayılması
redaktəBrayda zolaqlı balinaları digər Zolaqlı balina cinsinə daxil olan balinalardan fərqli olaraq, əsasən tropik qurşaqlar arasında yayılmışdır. Qütblərə miqrasiyası müşahidə edilməmişdir.
Xariçi görünüşü
redaktəBrayda zolaqlı balinalar ölçü baxımından kiçik balinalara daxildilər. Uzunluqları 12–14 metr, çəkiləri isə 16–25 ton arasında dəyişir. Bu canlının üzəri tünd-boz rəng çalarlarında olur. Bel üzgəci digər zolaqlı balinalardakı kimidir. Bu növün digər növlərdən əsas fərqi baş nahiyyəsində üç şiş olmasıdır.
Özünü aparması
redaktəBu balinalar cütlüklər halında əsasən qruplar şəklində yaşayırlar. Yaşadığı suların temperaturu +20° S təşkil edir. Miqrasiyası uzun yolu əhatə etmir. Əsasən qida məqsədi ilə edilir. Balıqlar, xərçəngkimilər və başıayaqlılarla qidalanırlar.
Təhlükə
redaktə1960-cı illərdə Şimal yarımkürəsində bu növün ovlanılmasına başlanılır. Ancaq digər növlərə nisbətdə az ovlanılırdı. Bu səbəbdən bu növ balinalar nəsli kəsilmə təhlükəsi olmayan növ kimi qeydə alınmışdır. Onların hazırda sayları 40–80 min baş olaraq qiymətləndirilir.
Takson
redaktəNöv ilk dəfə 1913-cü ildə qeydə alınır və Balaenoptera brydei olaraq adlandırılır. Lakın sonra 1878-ci ildə qetdə alınan İden zolaqlı balinasının (Balaenoptera edeni) yarımnövü olaraq hesab edilir. Hətta Balaenoptera edeni olaraq adlandırılır. 1993-cü ildə bu canlıların genetik araşdırmaları nəticəsində fərli növ olmaları təstiqlənir. Balaenoptera brydei olaraq adı təstiqlənsədə bəzi mənbələrdə Balaenoptera edeni olaraq göstərilir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2002.
- ↑ Olsen Ø. On the External Characters and Biology of Bryde's Whale (Balaenoptera brydei*), a new Rorqual from the Coast of South Africa (ing.). // Proceedings of the Zoological Society of London / Zoological Society of London London: ZSL, 1913. Iss. Part IV. P. 1074. ISSN 0370-2774 doi:10.1111/J.1096-3642.1913.TB02005.X
- ↑ Соколов В. Е. Пятиязычный словарь названий животных. Млекопитающие. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1984. — С. 120. — 10 000 экз
- ↑ Bo Beolens, Michael Watkins, and Mike Grayson. The eponym dictionary of mammals. — Baltimore: The Johns Hopkins University Press, 2009. — P. 61. — 574 p. — ISBN 978-0-8018-9304-9.
Ədəbiyyat
redaktə- R. R. Reeves, B. S. Stewart, P. J. Clapham, J. A. Powell: See Mammals of the World — a complete Guide to Whales, Dolphins, Seals, Sea Lions and Sea Cows. A&C Black, 2002, ISBN 0-7136-6334-0
- M. Würtz, N. Repetto: Underwater world: Dolphins and Whales. White Star Guides, 2003, ISBN 88-8095-943-3