Brem Koen - Wikipedia
Brem Koen (ing. Bram Cohen; 12 oktyabr 1975, Nyu-York, Nyu-York ştatı)[1] — İnternet dünyasının məşhur şəxslərindən biri, "BitTorrent" protokolunun yaradıcısı, istedadlı proqramçı.
Brem Koen | |
---|---|
ing. Bram Cohen | |
| |
Doğum tarixi | 12 oktyabr 1975 (49 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | informatik, proqramçı, bloger[d], iş adamı, riyaziyyatçı |
bramcohen.com |
Həyatı
redaktəBrem Koen 12 oktyabr 1975-ci ildə ABŞ-də anadan olmuşdur.
Onda proqramlaşdırma istedadı kiçik yaşlarından özünü büruzə verir. Belə ki, Brem hələ beş yaşı olarkən ilk dəfə Basic proqramlaşdırma dili ilə tanış olur. Gələcək proqramçı Nyu-Yorkda "Stuyvesant High School"da oxuyur, orada ən istedadlı tələbələrdən biri olur. Brem America Mathematical Olympiad (USAMO) kimi tematik olimpiadalarda iştirak edir, uğur qazanır və mütəxəssislərin diqqət cəlb edir. Onun öyrənmək qabiliyyəti və yüksək intellekti ətrafındakılar heyrətləndirirdi. 1993-cü ildə "Brem Koen Stuyvesant"ı bitirir və Buffalo Universitetinə daxil olur. Daha sonra Brem təhsili tərk edir və işə başlayır. O, 1990-cı illərdə müxtəlif layihələrin hazırlanması üzərində işləyərək bir neçə şirkətlə əməkdaşlıq edir. Bir sözlə, Brem Koen universitet təhsilinə etinasız yanaşır və öz qabiliyyətlərinin inkişafı üçün vaxtına qənaət edir.
Brem Koenin 2000-ci illərin başlanğıcında "MojoNation" kimi böyük layihə üzərində başa çatdırır.
Onu dünyada məşhurlaşdıran layihə
redaktəDaha bir faydalı məhsulu – "BitTorrent" adlı ilk torrent protokolu yaradır. Protokol Python dilində yaradılmışdı. Birinci variantın işə salınması 2001-ci ilin iyununda baş tutur. Beləliklə, Brem Koen yeni minilliyinin lap əvvəlində ona dünya şöhrəti gətirmiş məhsulu – "BitTorrent" protokolunu təqdim edir. Protokol heyrətamiz uğur qazandı, onun istifadəçilərinin sayı sürətlə artmağa başladı.
"BitTorrent" protokolunun müvəffəqiyyətinin səbəbi müştəriyə serverdən faylların adi ötürülməsi ilə müqayisədə onun yüksək effektivliyi və etibarlılığından ibarət idi. "BitTorrent" protokolu üzrə məlumatların ötürülməsində tamamilə və ya qismən faylı yükləmiş istənilən istifadəçi iştirak edə bilər və belə fayl mübadiləsində dünya üzrə milyonlarla kompüter iştirak edir.
Bu protokol internetdə ünsiyyətin və mübadilənin yeni formasını təmin edirdi. İstifadəçilər bundan sonra faylları mərkəzləşdirikmiş serversiz birbaşa mübadilə edə bilirdilər, fayllar kiçik fraqmentlərə bölünürdü. Faylın fraqmentini alan, dərhal ona ehtiyac duyana verməyə başlayırdı. Yeni reallığın təsviri üçün yeni dil yarandı. 2003-cü ilin noyabrında buraxılmış "Pirat körfəzi" təcrübədə Brem Koenin ideyasının reallaşdırması idi. Bu torrent-treker mübadiləni milyonlarla insanın arasında ümumdünya miqyasda fayllarla bir anda təmin etdi. İnsanlar musiqilər, filmlər, proqramlar, mətnlər, komikslər, oyunlar, bir sözlə rəqəmli formada mövcud olan hər şeyi bölüşürdü. "BitTorrent" protokolu - rəqəmlər və komandalar dəsti müasir dünyanın ən möhkəm maddəsini ləğv edirdi: pul.
2004-cü ildə Brem Koen öz qardaşı Ross Koen və biznes partnyoru Aşvin Nevinlə birlikdə BitTorrent, Inc. korporasiyasını formalaşdırır. Şirkətin qərargahı San-Fransiskoda yerləşirdi. Təşkilat fəaliyyətin müxtəlif növləri ilə məşğul olur. Şirkət eyni zamanda bir neçə layihə üzərində işləməyə davam edir. Lakin ilk növbədə "BitTorrent" protokolunu dəstəkləyir.
Brem Koenin layihəsinin üstünlükləri misilsiz idi. Hər bir istifadəçi növbəni gözləmədən lazımi faylları, həm də birdən bir neçə kataloq və ya film üzrə yükləyə bilirdi. Zəruri olduqda onlar yalnız hissələri yükləyə bilirdilər. Sürət istifadəçilərin qarşılıqlı köməyi hesabına böyüyürdü.
Onu da qeyd etmək lazımdır ki, trafikin şifrlənməsi "BitTorrent" üçün də aktualdır. Son illər müəllif hüquqları internet istifadəçilərinə təzyiqləri artıraraq hüquq-mühafizə orqanlarına qanun pozucularını aşkarlamağa və lisenziyalaşdırılmamış kontentin yüklənməsinə görə cərimələr tətbiq etməkdə yardım edirlər.
"Sandvine" şirkəti ənənəvi olaraq hər il dünya internet trafikinin strukturunu təhlil edir. Növbəti təhlildə "BitTorrent" ilə bağlı maraqlı faktlar yer alıb. Bu il "BitTorrent" fayl mübadiləsi protokolunun payı azalmaqda davam edir. Bu, daha çox ABŞ-də nəzərə çarpır. Belə ki, 2008-ci ildə gündüz trafikinin üçdə bir hissəsi, 2011-ci ildə 22 faizi, hazırda isə 8 faizi "BitTorrent"in payına düşüb.
Analitiklər hesab edir ki, "BitTorrent"in payı hətta ABŞ-də heç vaxt 5 faizdən aşağı düşməyəcək. Belə ki, lisenziyalaşdırılmamış filmləri prinsipial düşüncə tərzi ilə yükləyən müəyyən qrup insanlar var. Onlar buna hüquqlarının olmasına əmindirlər və heç vaxt servisdən istifadənin nə dərəcədə rahat olmasından asılı olmayaq ödənişli kontentə keçmək istəmirlər.
Autizm xəstəsi
redaktəMəlumdur ki, Brem Koen autizmin yüngül forması ilə xəstədir. Autizm xəstələri insanların gözlərinə baxmır, insan səsinin bəzi intonasiyaları ayırmır və heç insanların mənasını çox yaxşı anlamır. Onun üçün insanlar nəsə "qara yeşik" kimi - kodu ona əlçatmaz olan proqramlarla hərəkət edən fiqurlardır. Bu fiqurlar nəsə danışır və nəsə onun şüurunun kənarında edir, ümumiyyətlə, onun üçün böyük maraq kəsb etmirlər. Brem Koen buna baxmayaraq öz işləri ilə hər zaman insanlara xidmət edir.
O, "CodeCon" konfransının yaradıcılarından idi. Bu konfrans 2002-ci ildən 2009-cu ilə qədər keçirilirdi və İT dünyasında parlaq hadisə hesab edilirdi. Gənc sahibkar evlidir, onun 3 övladı var.
Mənbə
redaktə- Cahangir Atakişiyev. Brem Koen. "Rabitə dünyası" qəzeti, № 32(873), 21.08.2015 (az.)
İstinadlar
redaktə- ↑ U.S. Public Records Index Vol 2 (Provo, UT: Ancestry.com Operations, Inc.), 2010.