Britaniya Antarktika Ekspedisiyasi 1907 1909 - Wikipedia
Britaniya Antarktika ekspedisiyası (1907-1909) (ing. The British Antarctic Expedition 1907–09), həmçinin «Nimrod» ekspedisiyası (ing. Nimrod Expedition) — Ernest Şelktonun təşkil etdiyi üç ekspedidiyadan birincisi. Ernest Şelktonun hədəfi cənub qütbünə çatmaq olsa da, düzgün olmayan taktika və məsafənin düzgün hesablanmaması səbəbindən məqsədə nail olunmamışdır. Ekspedisiya Şelktonun rəyisi olan Robert Skottun təzyiqi şəraitində həyata keçirilirdi. Ancaq məhz Robert Skott 17 yanvar 1912-ci ildə cənub qütbünə çatmışdır. Bu ekspedisiya isə Antarktida haqqında geniş məlumat verməklə kifayətlənmişdir. Ekspedisiya üzvləri ilk dəfə Transantarktik dağlarıını aşaraq Cənubqütb platosuna çatmışlar. Bununla yanaşı onlar Birdmor buzlağını kəşf etmişlər. Şimal qrupu isə ilk dəfə olaraq cənub maqnit qütbünə çatmışlar. Erebus vulkanı ilk dəfə ekspefisiya üzvləri tərəfindən fəth edilmişdir. Ekspedisiyada gələcəkdə Antarktidaya təşkil ediləcək Britaniya və Avstraliya ekspedisiyalarının rəhbərləridə iştirak edirdi. Onlar arasında Dulqas Mauson və Reymond Pristli olmuşdur.
Öncəki vəziyyət
redaktəEkspedisiyanın planı
redaktəEkspedisiyanın ilkin planı 1906-cı ildə artıq Şekltonun kağızları arasında peyda olmuşdur. İlkin məqsəd olduqca sadə olmuşdur: ekspedisiyanın ümümi xərci 17 000 funt sterliqi keçməməli idi. Şekltonun planını maqnat ser Uilyam Birdmor dəstəkləyirdi. Birdmor Şekltona 7 000 fut sterlinq və Antarktidada sınaqdan keçirmək məqsədi ilə avtomobilə təmin etməyə söz vermişdir. Şeklton öz hədəfi barədə Kral cəmiyyətinin toplantısında 12 fevral 1907-ci ildə açıq şəkildə bəyan edir. Bu məlumat günlük mətbuatda böyük tirajla buraxılır. Şeklton öz məruzəsində büccənin 30 000 funt sterlinqdən az olmadığını bildirir.
Şeklton baza kimi Ross adasını istifadə etməyi düşünürdü. Belə ki, burada Robert Skottun zamanında qaldığı düşərgə bu baxımdan əvəzsizdir. Ekspedisiya üzvləri iki qrupa bölünməli idi: Cənub qrupunun hədəfi cənub coğrafi qütbü idisə, Şimal qrupu isə cənub maqnit qütbünü dəhəfləmişdir. Şekltonun planı olduqca məqsədli olmuşdur. Cənub maqnit və coğrafi qütblərindən savayı ekdşspedisiya üzvləri Transantarktik dağları və Cənubqütb platosunu araşdırmalı, meteoroloji qrup isə Cənub yarımkürəsində iqlimin formalaşması və onun Avstraliya, Yeni Zelandiya iqliminə təsirini müəyyənləmdirməli idi. Zooloji araşdırma proqramı isə olduqca geniş olmuşdur[1]. Mütəxəsis geoloqlar Viktoriya Topağı VII Kral Eduard yarımadasında buzlaqların dağ suxurlarına təsirini öyrənməli idi. Müasirləri üçün sirr deyildi ki, Şelktonun hədəfi ilk açılışların rekordunu vurmaq və investorları cəlb etmək olmuşdur[2].
Nəqliyyat
redaktəŞeklton bəyan edir ki, üç nəqliyyat vastəsindən istifadə edəcəkdir: xizək itlərindən, alçaq boylu mancuriya atlarından (ingilislər onu «poni» adlandırırdılar) və xüsusi olaraq konfiqurasiya edilmiş, güçü 22 a.g olnan avtomobildən. Avtomobil ilk öncə reklam məqsəfi ilə təqdim olunurdu. Bu nəqliyyat vastəsini şotland Arrol-Johnston avtomobil şirkəti təqdim edirdi. Xizək itlərindən istifadə o dövrün aparıcı qütb tətqiqatçılarının (Fritof Nansen, Otto Sverdrup və Luici Amedeo) təflifi ilə ekspedisiyaya cəlb olunmuşdur. Ancaq Şeklton itlərə inanmırdı. Səbəb isə Diskover ekspedisiyasında yaşanılan uğursuzluğu göstərirdi. İtlərlə bağlı burada bir çox xoş sözlər deyilir. Şekltonun özü belə birdirir ki, əgər Skottda 60 it olsaydı cənub qütbü artıq 1903-cü ildə fəth edilə bilərdi. Bu zaman Nansenin ekspedisiya üzvlərinin fikirlərini dəyişməklə bağlı bütün cədhləri nəticəsiz qalır.
Müasirləri Şekltonun xizəyə olan münasibəti anlamırdılar. Şekltonun ponilərə üstünlük verməsini Kral Coğrafiya Cəmiyyətinin prezidenti Klement Narkhem dəstəkləyirdi. O, ponilərlərlə yüklərin daşınmasını effektiv hesab edirdi. Çünki bu metod hələ Mak-Klintokun 1860-cı il ekspedisiyası zamanı işlənmişdi. Nansen bu metodu insan güçünün və heyvanların mənasız terə itirilməsi hesab edirdi.
Ekspedisiyaya hazırlıq
redaktəMaliyyələşmə
redaktəRobert Skottun yeni ekspedisiyasına hazırlıqla bağı olaraq Şeklton ancaq investorların maliyyəsinə ümid bəsləyə bilərdi. Skottun ekspedisiyası istisna olaraq artıq qütbü fəth etmək uğrunda yarışma başlanmışdı. Belə ki, Belçika və Almaniya qütbə ekspedisiya hazırlayırdı. Bu baxımdan Şekltonun cəmi yarım il vaxtı vardı. Ekspedisiya rəyisi Londonun Vaterloo meydanında bir ofis açır. Bu bir reklam vastəsi idi. Kral Coğrafiya Cəmiyyəti ekspedisiyaya 500 f.s və elmi işlər üçün avadanlıqlar verir. Ancaq ekspedisiyanı dənizçi və zabitlərlə təmin etməkdən imtina edir. Yalnız 1907-ci ilin iyulunda Şeklton ekspedisiyanın maliyyələmşdirilmədi ilə bağlə Birdmordan söz alır. 2000f. s isə Edvard Qines verir. Növbəti 2000 funt sterliqi isə ser Filip Broklhyorst verir. Səyahətdə köməkliyi isə Şekltonun qohumu Uilyam Bell və Avstraliya və Yeni Zelandiya rəhbətiliyi etmişdir. Ekspedisiyaya lazım olan 30 000 funt sterliq yola çıxmazdan bir qədər əvvələ yaxın yığılır. Əslində isə ekspedisiyanın xərci 45 000 funt sterlinq olmuşdur. Ekspedisiyadan qayıtdıüdan sonra Şekltonun 20 000-lik borcu Böyük Britaniya hökuməti tərəfindən silinir.
Ləvazimatların hazırlanması
redaktə1907-ci ildə Şeklton Osloya gedir. Drammendə qütb geyimlərinin və kisə yataqların sifarişləri verilir. Geyimlər əsasən maral dərisindən hazırlanırdı. Sifariş verilən malların hazırlanması ilə bağlı tələskənlilik sonda onların keyfiyyətinə mənfi təsir göstərmişdir. Hətta mallarən bir qismi brak mallar olmuşdur. Qütb kürkləri canavar xəzlərindən, əlcəklər isə it dərisindən hazırlanırdı. Ştorm geyimlərini isə britaniyanın Burberry and Jaeger şirkəti hazırlayırdı. Hələ «Dikoveri» ekspedisiyasının geyimlərini də bu şirkət hazırlamışdı.
Ekspedisiya gəmisi
redaktəBelçikalı veteran antarktika araşdırmaçısı baron Adrien de Jerlaşın məsləhəti ilə norveçdə istehsal olunan yeni Bjorn gəmisini almağı düşünürdü. Ancaq gəminin qiyməti 11 000 funt sterliq olduğundan Şeklton büdcəni aşa bilməzdi (1911-ci ildə gəmi Vilhelm Filhner tərəfindən alınmış və Deutschland olaraq adlandırılmışdır. Bu gəmini özünün Antarktida ekspedisiyasında istifadə etmişdir). Nəticədə isə Şeklton qiyməti 5000 f.st. olan «Nomrid» şxununu alır. Gəni 1865-ci ildə Danimarkada istehsal edilmişdir. Gəmi əsasən Nyufaundlend istiqamətində üzürdü. Bu gəminin yük götürmə qabiliyyəti 334 ingilis tonuna bərabər idi. Bu isə «Diskoveri» gəmisinin yükgötürmə qabiliyyətindən iki dəfə çox olmuşdur. Gəmi naviqasiya üçün saz vəziyyətdə idi. Daxilinin bir hissəndə divarlara piy sürtülmüşdü. 15 iyul 1907 ildə «Nimrod» gəmisi Temza limanına daxil olarkən Şeklton özünün əldə etdiyi gəmidən dətşətə gəlir. Limana daxil olan gəmini görən rəyis dərhal gəminin buxarlı mühərriklə təmin olunması barədə əmr verir. Gəmiyə 60 a.g olan mühərrik yerləşdirilir. Gəmi gün ərzində gəmi yol qət etmək üçün 4 ton daş kömür sərf edirdi. Halbuki, Nansenin «Fram» gəmisi tam yüklənmə şəraitində gün ərzində 2,8 ton kömür sərf edirdi. Üstəlik Fram 220 a.g malik olmuşdur. Nimrod təmir zamanı yelkənlərlə təmin olunur.
Cənub maqnit qütbünə səfər
redaktəŞimal dəstəsi dörd nəfərdən ibarət olmuşdur. Bu dəstə Şekltonun itləri düşərgənin hazırlanmasında istifadə edilməsi ilə əlaqədar olaraq öz yüklərini piyada olaraq daşımalı olmuşlar. Onlar hələ 5 oktyabrda yola çıxmışdırlar. İlk kilometrlərdə avtomobildən istifadə edilmişdir. Avtomobilin sükanında mexanik-sürücü Dey əyləşmişdi. Bu minvalla onlar az sürətlə Viktoriya Toroağı ilə hərəkət edirdilər. 100 km getdikdən sonra onlar lazımsız yüklərdən azad olmağı qərara alırlar. Elə məhz bu zaman onlar Nordenşeld buzlağı və Driqalski buzlağı tətqiq edilir. 11 dekabr tarixində Devid buzlaqda olan çatın daxilinə düşür. Onu Mauson xilas edir. 27 dekabrda onlsr Rivza buzlağına çatırlar. Bu buzlağı keçdikdən sonra komanda gündə ən azı 17 km məsafə qət edə bilirlər. Cihazlarda olan problemlər səbəbinfən maqnit qütbünün müəyyənləşdirilməsində çətinliklər yaranır. Nəhayət 16 yanvar 1909 ildə 72°15' c. e., 155°16' ş. u., 2210 m yüksəklikdə müəyənləmdirilir. Bundan sonra bölgə Şrklton tərəfindən Böyük Britaniyanın ərazisi elan edilir.
Güçün tükənkəsinə baxmayaraq qrup üzvləri 15 gün ərzində 400 km məsafəni geri qayıda bilirlər. 31 yanvar Nimrod sahilə yaxınlaşır. Ancaq sahildən cəmi 26 mil aralıda dayanmalı olur. Ancaq 4 fevral tarixində Devidin dəstəsi adaya minə bilir. Onlar bu müddət ərzində Ferrar buzlağını tətqiq edirlər.
İstinadlar
redaktə- ↑ Подробно описана в: James Murray, Reports of the Scientific Investigations — British Antarctic Expedition 1907-9, William Heinemann, London 1910,Vol. I və Vol. II.
- ↑ Mill, Hugh Robert. The Life of Sir Ernest Shackleton London: William Heinemann, 1923.