Britaniya Muzeyi - Wikipedia
Britaniya muzeyi (ing. British Museum) — Böyük Britaniyanın və dünyanın ən böyük muzeylərindən biri, ikinci ən çox ziyarət edilən sənət muzeyi.
Britaniya muzeyi | |
---|---|
Əsası qoyulub | 1753 |
Açılış tarixi | 1759 |
Ölkə | |
Yerləşir | Böyük Britaniya, London |
Kolleksiyası | 7 000 000 ədəd[1] |
Ziyarətçi sayı |
|
Direktor | Nayl MakQreqor |
Muzeyə yetişmək |
metro: Holborn, Tottenham Court Road, Russell Square, Goodge St, avtobus: 7, 8, 19, 22b, 25, 38, 55, 98 |
Telefon | +44 (0)20 7323 8299 |
İş rejimi |
Be-Ç,Bz 09:00–18:00, Ca-Ş 09:00–23:00 |
Bilet | Pulsuz |
51°31′10″ şm. e. 0°07′37″ q. u.HGYO | |
www.britishmuseum.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBu muzey 1753-cü ildə hazırlanmışdır, lakin açılışı 1759-cu ildə edilmişdir. Bina isə 1823 – 47-ci illərdə tikilmişdir, memarı R. Smyork olmuşdur. Oxu zalınının tikintisi 1854 – 57-ci illərdə başladılmış, həmin hissənin memarı isə S. Smyork hesab edilir.
XVII əsrdən etibarən İngiltərənin ən mühüm mərkəzlərindən birinə çevrildi. İlk muzey təsis edildiyi dövrdə Montaqyo (Montagu House) adlandırılan binada fəaliyyətə başlamışdır. Müasir zamanımızdakı binaya köçənə qədər bir çox korpuslarda yerləşdirilmişdir.
Bina ilk əvvəl Qədim Misir, Qədim Yunanıstan, Assuriya və bir çox digər ölkələrin müzakirə zalı kimi açılmışdı. Hazırkı dövrdə məhz bu muzeydə məşhur Rozetta daşı saxlanılır. Həmçinin muzeydə müxtəlif rəsmlər, qravür sənətinə aid olan məmulatlar, medal, qəpik və kitablar da vardır. Həmçinin müxtəlif epoxlara aid edilən mədəniyyət nümunələri, antik abidələr, orta əsr dövlərini əhatə edən, hətta İntibah dövrünün də nümunələrinə rast gəlmək mümkündür.
Britaniya muzeyinin kitabxanasında 7 milyondan artıq çap edilmiş kitab vardır, həmçinin 105 min əlyazma, təxminən 100 min xartiya (1. filol. papirus və ya perqamentdə qədim əlyazısı; 2. bu yazının yazıldığı material; 3. ictimai-siyasi cəhətdən əhəmiyyəti olan bəzi sənədlərin adı) və məktublar, 3 mindən çox isə papiruslar vardır.
Britaniya muzeyinə edilən girişlərin hamısı pulsuzdur. Qeyd edək ki, muzeyin siçanlardan qorunması üçün altı ədəd pişik saxlanılır. 1926-cı ildən etibarən Britaniya muzeyi "British Museum Quarterly" adlı jurnal dərc edir. Britaniya muzeyi Bloomsbury – da (London) 1753-cü ildən etibarən yaradılmış və üç kolleksiyanın əsasında fəaliyyətə başlamışdır. Bunlara britaniyalı məşhur həkim və naturalist olan Hensa Slouna (Sir Hans Sloane), dövlət adamlarından olan və qraf sayılan Robert Harli (Robert Harley), həmçinin kitabxanaçı antik həvəskarı sayılan Robert Kotton (Sir Robert Cotton) aid edilir. Muzey özündə 10 bölməni birləşdirir, bizim eradan əvvəl, misir, yunan, roma, britaniya, orta əsrlər, İntibah, şərq, numizmatika və Britaniya kitabxanasından təşkil edilmişdir.
Numizmatika bölməsi müxtəlif ölkələrin və epoxların qəpik və medallarından ibarətdir. Qədim Yunan, qədim Roma, qədim Fars və s. mədəniyyətlərin də kolleksioyasına burada rast gəlmək mümkündür. Hətta kral IV Georginin də kolleksiyasına burada rast gəlmək olar.
Muzeydə zooloji, botanika, coğrafiya və minerallaşma haqqında məlumatlara rast gəlmək olar, xüsusən 1881 – 82-ci illər dövründə Saut Kensinqtonda yerləşdirilmişdir. Britaniya muzeyindəki etnoqrafik kolleksiya bölməsində Afrika, Amerika, Okeaniya və bir çox xalqların mədəniyyətini özündə əks etdirən abidələrə rast gəlinir.
Britaniya muzeyi ümumilikdə 94 qalareyadan ibarətdir və uzunluğu 4 km – ə çatır. Verilən məlumatlara görə Hans Sloun qəpik və antik əşyalarla yanaşı çoxlu sayda heykləltaraşlıq nümunələri, müxtəlif heyvan, quş fiqurları, həmçinin herbari və dövlətə xas olan əşyaklar da saxlayırmış.
1753-cü ilin dekabr ayında binanın tikilməsi haqqında qanun qüvvəyə minir. İlk dəfə 15 yanvar 1759-cu ildə Blumbsberi adlanan rayonun Monteqya haus binasında açılış edilir. XIX əsrin əvvələrində kolleksiyalar daha da çoxalmağa başladı. 1802-ci ildə qədim Misirə aid edilən avadanlıqlar Aleksandr tərəfindən ingilis ordusunun Fransanı əldə etdiyi vaxt götürüldü. 1805-ci ildə antik mərmərlər əldə edildi. 1814-cü ildə Bassa (Pelopennes) ərazisində yerləşən Appallon məbədinin relyef frizləri də gətirildi. 1816-cı ildə Parfenona aid edilən heykəl, hansı ki, vaxtı ilə Türkiyəli lord Elqin tərəfindən Afinadan ingilis səfirlərinin köməyi vasitəsilə gətirilmişdir. Eyni zamanda kitabxana yaradıldı, xüsusən qrafika və numizimatika bölməsi fəaliyyətə başladı. XIX əsrin IV yarısında kolleksiyanın həcmi daha da genişləndirildi və meydana yeni ekspozisiyalar gətirildi.
Muzey binasının əhatə etdiyi sahə 6 hektardan çoxdur və Londonun mərkəz küçələrindən birində yerləşir. Həmişə kitab oxumaq üçün müraciət edənlərin sayından asılı olaraq 1854 – 1857-ci illərdə böyük həcmdə və dairəvi formaya malik olan oxu zalı tikildi. Burada həmçinin film saxlanılması adlanan yer də fəaliyyət göstərir. Zalın hündürlüyü 32,2 m, diametri isə 42,7 m hesablanmışdır.
1881 – 1883-cü illərdə bura daxil olan flora və fauna, geoloji və paleontoloji kolleksiyaların çoxluğu nəticəsində Təbiət Tarixi Muzey adlandırılan yeni spesefik bina ucaldıldı. II Dünya müharibəsi illərində muzeyin bütün eksponatları ərazidən evokasiya edilmişdi. Muzey binası hava uçuşlarlından çoxsaylı ziyan görmüşdü. Bir neçə zal, həmçinin oxu zalının da hissələri dağıdılmışdı. Uzun illər müdətində muzey özünün tikintisini və ekspozisiyalarını bəropa etməyi bacardı.
Muzeyin kolleksiyası
redaktəQədim Misir kolleksiyası – dünyada ən nəhəng kolleksiyaya malik ölkələrdəndir. 66 min – dən artıq eksponatı vardır. Xronoli cəhətdən baxsaq bizim eradan əvvəl IV – III əsrləri əhatə edərək, bizim eranın VII əsrinəı qədər müxtəlif kolleksiya nümuinələri vardır. Ən mühüm sayılan parçalar Yeni çarlığın (bizim eradan əvvəl XVI – XI əsr) manumental heykəlidir. III Tutmesə aid edilən qranit baş, III Amenxotə aid edilən iki qara rəngli qranitydən olan fiqur, , onun heykəlinin nəhəng başı (təxminən bizim eradan əvvəl 1400-cü ildə), II Ramzesə aid edilən heykəl (təxminən bizim eradan əvvəl 1250-ci il), daşdan tabut, yonulmuş allahlar və s kimi əhəmiyyətli qədim mədəniyyətə aid edilən parçalar vardır.
Zallardan birinin girişində Rozetta daşı (təxminən bizim eradan əvvəl 196-cı il) qoyulmuşdur. Həmçinin V Ptolemeyin şərəfinə mətn də yazılmışdır. Qara rəngdə bazaltdan ibarət olan pilitə 1799-cu ildə fransız əsgəri Rozetta tərəfindən tapılmışdır. Əlyazmaların sayəsində iki dəfə başqa sistemlə yazılmış Misir mətninin yunan dilinə tərcüməsi mümkün olmuşdur. Jan Fransua Şampalyon (1790 – 1832) 1822-ci ildə Misir heroqliflərinin mənasını aydınlaşdırmışdır.
Misir kolleksiyasında 800 sənəddən ibarət olan papiruslar saxlanılır, bütün dünyanı ədəbiyyatın yaradıcıları ilə tanış edən yazılar vardır. Xüsusi dini ayinlər, regional himnlər, miflər, təbii traktatlar, tarixi faktlarla əlaqədar əlyazmalar, həmçinin işgüzar və şəxsi əhəmiyyət daşıyan yazılar, hüquqi dəyərə malik sənədlər də olduqca çoxdur. Muzeydə Ölülər kitabı adlandırılan magiya kimi vurğulanılan kitab da vardır. Həmin kitabda 180 – dən artıq baş qeydə alınmışdır. Ən yaxşı obrazlar miniatür, hadisə və şəxkillərlə göstərilmişdir.
Həmin bölmədə yerli insanların hazırladıqları alətlər, keramika, şüşə və vazalar, bəzək əşyaları, qəbir bəzəkləri və müxtəlif texnikaya bənzər alətlər də yer almışdır. Elə buradaca 100 ədədə yaxın qəbir daşları göstərilir, xüsusi mumiyalar qorunulur, həmçinin heyvanalra məxsus olan mumyalara da rast gəlmək olur. Bölmədə 31 ədəd portret də yer almışdır. Burada Artemidora və Fayumanın portretləri vardır, hətta Ər Rubaytdan olan II əsr nümunəsi sayılan gənc qadının portreti də yer almışdır. Havaradan olan II əsr parçası sayılan kişinin də portreti var.
Ön Asiyanın qədimliyi
redaktəBura axın Şərq sivilizasiyalarının qədimliyi aid edilir. Xüsusən Şumer, Akkad, Vavilonya, Assuriya, Urartu, Fələstin, Finikya, Qədim İran və s. kimi yerlərin bizim eradan əvvəl VI – V əsrlərdə və bizim eranın VII əsrinə kimi aid edilən nümunələr. İngilis arxeoloqu Ostin Henri Leyyard (1817 – 1894) Nimrudda yerləşən və Aşşurbanipala aid edilən Cənub qərbi sarayı tapmışdır. Həmin saray bizim eradan əvvəl 883 – 879-cu illərdə bəzəkli relyeflər və heykəllərlə bəzədilmişdir.
Assuriyanın özünəməxsus olan manumental relyefləri ən gözəl mədəniyyət nümunələri sayılır. Bu heykəlin məşhurluğu eramızdan əvvəl IX – VII əsrlərdə də tanınırdı. Daşdan olan panellər Assurya çar sarayının bəzək nümunəsi kimi interyerində mühüm rol oynayır. Süjetlərdə çoxsaylı döyüşlər və hərəkət səhnələri vardır. Allahların şərəfinə olan ritual səhnələr də yetəriq qədər vardır. Qanadlı, şahin başı olan allah, qanadlı allah, ritual səhnələr bunların arasında ilkin yer alanlardır. Bu kimi ritual səhnələr II Aşşurbanipalın sarayında da vardır. Manumental ov səhnələri, çarın ovda öldürdüyü heyvanların rəsmləri, vurulmuş heyvanlar, öldürülmüş şir, vəhşi heyvanların ölüdürülməsi, qəfəsdən çıxan heyvan rəsmləri və s. buna əyani misaldır. Bunların hamısı II Aşşurbanipal sarayında yer alıb. Burada ümumilikdə 250 relyef vardır. Bu bölmə dünyada ən çox mətnlərdən ibarət olan kolleksiyanı özündə birləşdirir. Hətta eramızdan əvvəl III – I miniliiyə aid olan Mesopatamiyanın bütün həqiqətləri də bu muzeydə əks olunmuşdur. Ürək açıqlığı ilə demək olar ki, ilk yaradılmış çar Aşşurbanipala məxsus olan Nineviya kitabxanasında da 20 min yazılmış lövhə qorunur. Qədim yunan və roma mədəniyyəti.
Egey xalqına məxsus olan və bizim aradan əvvəl III – II minilliyə aid edilən abidələr bu muzeydə rast gəlmək mümkündür. Həmçinin Roma xalqının da müxtəlif nümunələri muzeydə sərgilənir. Yunan arxaiklərinə manumental heykəltaraşlıq nümunələri daxil edilmişdir. Xüsusən Apolon və Didimaksın heykələləri də əhəmiyyətlidir. Apollon Strenqford, relyeflərdən ibarət olan və çara aid edilən abidə, hansı ki, Ksanfanın qəbridir.
Xüsusən yunan klassikası yer almışdır. Hazırda muzeydə 15 kvadrat formasında olan öpanellər saxlanılır. 17 ədəd çox ziyan görmüş heykəllər və 75,3 m lentlər, içərinin perimetrinə uyğun gələn məbədlər də yerləşdirilmişdir. Ümumiyyətlə dünyanın bütün ölkələrindən müxtəlif mədəniyyət nümunələri buradadır. Sizin də tanış olmağınız məsləhət görülür.
İnformasiya
redaktə- Yerləşdiyi yer; London WC1B 3DG, Great Russell küçəsi, Britaniya Muzeyi
- Nəqliyyat: Metro Holborn, Tottenham Court Road, Russell meydanı, Goodge küçəsi,
- avtobus 7, 8, 19, 22b, 25, 38, 55, 98
- İş saatı; bazar ertəsi, çərşənbə, bazar günləri 09:00 – 18:00, cümə axşamı, şənbə 09:00 – 23:00
- Biletin qiyməti; giriş pulsuzdur
- Telefon; +44 (0)20 7323 8299
İstinadlar
redaktə- ↑ "Məşhur Britaniya muzeyi haqqında nə bilirik?". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-10.
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 https://vocaleyes.co.uk/research/heritage-access-2022/benchmark/.
- ↑ Global attractions Attendance Report 2023 (ing.): The definitive annual attendance study for the themed entertainment and museum industries. TEA, AECOM, 2024. P. 72. 88 p.