Britaniya Mukafat Sistemi - Wikipedia
Britaniya Mukafat Sistemi - Wikipedia - Haqqında Məlumat
Britaniya mükafat sistemi (ing. British Honours System) — Böyük Britaniyada igidliyə, nailiyyətlərə və dövlətə qulluğa görə qiymətləndirmə vasitəsi. Sistem üç hissədən ibarətdir:
- Şərəfləndirmə
- Medallar
- Döş nişanları.
Şərəfləndirmə
redaktəŞərəfləndirmənin əsas məqsədi insanı mükafatlandırmaq (award) deyil, ad verməklə onun xidmətlərini vurğulamaqdır, bununla da insanın cəmiyyətdə nüfuzu qaldırılır.
Mükafatlandırma tarixi
redaktəİngils kralları öz təbəələrini üzüklərlə təltif edirdilər. İlk ingilis cəngavər ordeni olan Bant ordenini 1348-ci ildə İngiltərə karlı III Edvard təsis etdi. Sonradan bu sistemdə dəfələrlə dəyişiklik edildi. Həmçinin hərbi xidmətə, igidliyə, sədaqətə və nailiyyətlərə görə də mükafatlar təsis edildi.
Müasir cəngavər ordenləri
redaktə10 orden vardır. Bəzilərinin medalları da vardır.
- Bant ordeni (1348-ci ildə təsis edilib)
- Şaytan qanqalı ordeni (1687)
- Bani ordeni (1725)
- Müqəddəs Mixail və müqəddəs Georgi ordeni (Most Distinguished Order of St Michael and St George, 1818)
- «Xüsusi xidmətlərə görə» ordeni (Distinguished Service Order, 1886)
- Karl Viktoriya ordeni (Royal Victorian Order, 1896)
- Xidmətlər ordeni (Order of Merit, 1902)
- İmperiya xidmətləri ordeni (Imperial Service Order, 1903)
- Britaniya İmperiyası Ordeni (Most Excellent Order of the British Empire, 1917)
- Şərəf kavalerləri ordeni (Order of the Companions of Honour, 1917)
Mənbə
redaktə- Rəsmi hökumət izahı Arxivləşdirilib 2008-07-20 at the Wayback Machine