Britaniyalilarin Alp Daglarina Hannibal Ekspedisiyasi - Wikipedia
Britaniyalıların Alp dağlarına Hannibal ekspedisiyası — 1959-cu ildə baş vermiş eksperimental arxeologiya hadisəsi. Ekspedisiyaya rəhbərlik edən britaniyalı mühəndis Con Hoytun məqsədi İkinci Pun müharibəsi zamanı e.ə. 218-ci ildə Hannibalın əfsanəvi şəkildə Alp dağlarını keçməsini yenidən canlandırmaq olmuşdur. Ekspedisiya üzvləri Turindəki zooparkın verdiyi dişi fil olan Jumbo ilə birlikdə uğurlu bir şəkildə Fransadan Alp dağlarının Kol du Mon Cenis zirvəsi vasitəsiylə İtaliyaya daxil olmuşdurlar.
Zəmin
redaktəE.ə. 264 — e.ə. 241-ci illəri əhatə edən Birinci Pun müharibəsindən sonra Karfagen məğlub olsa da, Hamilkar Barka Karfagen üçün İberiya yarımadasında ciddi ölçüdə torpaq qoruya bildi. İkinci müharibənin başlanğıcında, yəni e.ə. 218-ci ildə Hamilkarın oğlu Hannibal çox gümanki 50 min döyüşçüdən və 37 fildən ibarət ordusunu götürərək Hispaniyadan (müasir İspaniya) İtaliyaya yürüşə başladı. Onun bu yürüşü 15 il davam edəcəkdi. Hannibal sahil xətti ilə olan yürüş istiqamətindən imtina etmiş, öz böyük ordusunu Alp dağlarından keçirməyə qərar vermişdi. Onun bu çətin yürüşü köhnə dünyanın tarixçiləri olan Polibi və Tit Livi tərəfindən təsvir edilmişdir. Yürüşün dəqiq yolu uzun, lakin nəticəsi olmayan elmi mübahisələrə yol açmışdır.[1] Qavin de Beer 1955-ci ildə yazmış olduğu və Alps and elephants: Hannibal's march adlı kitabında 30 qaynaq əsasında Hannibalın keçmiş ola biləcəyi 12 mümkün istiqaməti araşdırmışdır.[2]
Ekspedisiya
redaktəThe Times qəzeti 1955-ci ildə yazmış olduğu mqəaləsində Hannibalın keçmiş olduğu yürüş istiqamətindən bəhs edirdi. Bu, o zaman Kembric Universitetində mühəndislik tələbəsi olan Con Hoytun diqqətini mübahisəli məsələ cəlb etmişdi. Hoyte mühəndislik oxusa da, tarixə və dağa dırmanma idmanına malik biri idi, buna görə də, o, 1956-cı ilin yay tətilini dostları ilə birlikdə Alp dağlarında keçirdi. O, kitablardan araşdırdığı mümkün istiqamətləri araşdırırdı. O və qrupun digər iştirakçılarının gəldiyi qənaətə əsasən, Kol de Klapier dağ keçidi ehtimallar içində real olma ehtimalı ən yüksəkdir. Bu iddia bir çox müasir tarixçilər tərəfindən dəstəklənməkdədir.[3][1]
Bir neçə ildən sonra Hoytenin dostu həqiqi fil ilə bu nəzəriyyəni yoxlamağı təklif etdi. Hoyte Fransada Lion şəhərindəki, Cenevrədəki, Turindəki Böyük Britaniya səfirliklərinə məktub yazaraq həqiqi fil əldə ehtimallarını soruşdu, lakin o, özünün bu təklifinin ciddi qəbul ediləcəyinə inanmırdı. Hər halda, Turin zooparkı özünün yeni əldə etdiyi və Jumbo adlanan dişi filini könüllü şəkildə ekspedisiyaya verə biləcəyini bildirdi. Jumbo sirk fili kimi təlim görmüşdü. Beləliklə, zooparkın sahibi ekspedisiya üçün ilk sponsor oldu. Hoyte 8 nəfərlik qrup qurdu, qrupa daxil olan Riçard Colli qrup katibi oldu. Qrupa daxil olandan biri də İkinci Dünya müharibəsində Birmada döyüşərək fillər üzərində təcrübə qazanan və o zaman Kembric Universitetinin baytarlıq fakültəsində çalışan polkovnik Con Hikman idi.[4][5][6] Qrup fili Lloyd's of London sığortta şirkətində sığortalatmağı və Life jurnalı ilə sponsorluq razılaşması imzalamağı bacardı. Jurnal daha sonra onlar barədə 7 səhifəlik foto hesabat dərc etdi.[7][5]
Ekspedisiya iyul ayının sonlarında 1959-cu ildə başladı. Ekspedisiyanın ilkin başlama məntəqəsi Fransanın Montmelian məntəqəsi idi. Ekspedisiya iştirakçıları daha sonra Ark çayı boyunca vadisi izlədilər və daha sonra Kol de Klapier zirvəsinə doğru yüksəkliyə dırmanmağa başladılar, lakin tədricən keçid daralmağa və qaya uçqunu olma ehtimalına görə təhlükəli vəziyyət almağa başladı. Buna görə də, qrup tədricən vadiyə doğru aşağı endi və Kol du Mont Cenisi keçərək Hannibalın izlədiyi istiqamətlər versiyalarından birini izləməyə başladı.[6][5] Hannibalın həqiqətən bu yolu izləməsi Fransa imperatoru Napoleon tərəfindən də təklif edilmişdir.[2] 10 günlük yoldan sonra qrup İtaliyanın Susa şəhərini "ələ keçirdi".[6]
Ekspedisiya üzvləri əslində onlarla birlikdə yolu keçən və 2.6 tonlu q filə Hannibella adını versələr də, fil bu ada alışmadığı üçün sonradan on elə Jumbo deyə səslənirdilər.[3][6] Jumbo 11 yaşa malik idi və ekspedisiya zamanı dəri ayaqqabılarla, təhlükəli keçidlər üçün diz qoruyucuları ilə təchiz edilmişdi. Xüsusilə hazırlanmış gödəkcə onu soyuqdan qoruyurdu.[5] Filin yolda yeməsi üçün 68 kq ot seçməsi, 23 kq alma, 18 kq çörək, 9.1 kq kök, günlük B vitamini əlavələri götürülməsinə baxmayaraq, o, ekspedisiyanın ilk 4 günündə 140 kq çəki itirdi.[2] Onun bütün ekspedisiya ərzində itirdiyi çəki isə 230 kq idi. İtaliyaya çatdıqdan sonra fil tort və şərabla da təmin edildi.[5]
1960-cı ildə Hoyte ekspedisiyanın hesabatını Trunk Road for Hannibal: With an Elephant Over the Alps adı ilə çap etdirdi.[8][9] Ekspedisiyanın iştirakçılarından olan Sintiya Pilkinqton 1961-ci ildə Elephant Over the Alps adlı kitabını yazdı. O, kitabda ekspedisiya zamanı baş verən hadisələrdən bəhs etmişdir.[10]
İstinadlar
redaktə- ↑ 1 2 Anny Jia. "In the Alps, hunting for Hannibal's trail". Stanford Report. 2007. 2023-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2022.
- ↑ 1 2 3 ""FRANCE: Elephant Walk". Time. August 3, 1959. Archived from the original on November 6, 2012. Retrieved 16 October 2010". Time. 6 noyabr 2012. 3 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2022.
- ↑ 1 2 Dean Kahn. "Wash. man celebrates trek over Alps with elephant". The Seattle Times. 25 iyul 2009. İstifadə tarixi: 13 yanvar 2023.[ölü keçid]
- ↑ "Richard Jolly". www.ids.ac.uk. 2010. 2018-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2023.
- ↑ 1 2 3 4 5 David Lees və Pierre Boulat. Alpine Elephant without Hannibal. Life. 1959.
- ↑ 1 2 3 4 Witten Josh. "Elephant Directed Research". Science 2.0. 23 iyul 2011. 17 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2023.
- ↑ John Hoyte. "In Hannibal's Elephant Tracks. The High Calling. Archived from the original on July 28, 2011. Retrieved 16 October 2010". The High Calling. 28 iyul 2011. 4 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2023.
- ↑ Norman Hammond. "Hannibal's real Alpine trunk road to Rome is revealed". The Times. 17 fevral 2010. 2019-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2023.
- ↑ John Hoyte. Trunk road for Hannibal: with an elephant over the Alps. Geoffrey Bles. 1960.
- ↑ Cynthia Pilkington. Elephant over the Alps. London: Macmillan. 1961.
Xarici keçidlər
redaktə- The Stanford University course Hannibal Arxeoloq Patrik Hunt tərəfindən hazırlanmışdır. 7-ci bölümdə Con Hoyt ekspedisiyadan bəhs edir. 2007-ci ildə hazırlanmışdır.
- Con Hoytun Jumbonun üzərindəki şəklinə buradan baxmaq mümkündür: Boser, Ulrich. "Hiking with Hannibal". Archeology. 60 (1). January–February 2007. İstifadə tarixi: 16 October 2010.
- The Elephant Boot BBC tərəfindən fotosu çəkilən və Britaniya muzeyində saxlanılan Jumbo üçün hazırlanmış ayaqlıqlardan biri.