Bugdasen - Wikipedia
Buğdaşen — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd[1].
Tarixi Azərbaycan əraziləri | |
Buğdaşen | |
---|---|
Ümumi məlumatlar | |
Bölgə | Şörəyel mahalı |
İndiki adı | Baqravan |
Adının dəyişdirilmə tarixi | 1947 |
Əhalisi | 818 (2001) |
Saat qurşağı | |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRayon mərkəzindən 20 km cənub-qərbdə, Gümrü-Qurduqulu (Oktemberyan) yolunun üstündə, yaylaqda, Arpaçayın yaxınlığında yerləşir. Burada XIX əsrin 30-cu illərinə qədər azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-1829-cu illərdə Türkiyənin Alaşkert, Bulanix, Muş vilayətlərindən köçürülmüşdür[2].
Toponim buğda və qədim türk dilində «kənd», «yaşayış yeri» mənasında işlənən şenlik mənasını ifadə edən şen sözündən formalaşmışdır. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.XII.1947-ci il fərmanı ilə adı dəyişdirilib Baqravan qoyulmuşdur.
Buğdaşen stansiya qəsəbəsi - Ağin (Ani) rayonunda stansiya qəsəbəsi. Qəsəbənin adı Buğdaşen kəndinin adından götürülüb. Erm. SSR AS RH-nin 31.VII.1950-ci il tarixli fərmanı ilə dəyişdirilib Baqravan stansiya qəsəbəsi qoyulmuşdur.
İstinadlar
redaktə- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986, s.535