Bus Andraxnasi - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Buş andraxnası | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Ümumi yayılması
redaktəQafqaz.
Azərbaycanda yayılması
redaktəNaxçıvan Muxtar Respublikasının (Culfa) dağlarında rast gəlinir.
Statusu
redaktəAzərbaycanın nadir bitki növüdür. VU D2.
Bitdiyi yer
redaktəƏsasən quru, daşlı-qayalı yamaclarda təbii halda bitir.
Təbii ehtiyatı
redaktəAzərbaycanda çox deyildir.
Bioloji xüsusiyyətləri
redaktəOduncaqlaşmış gövdələrinin diametri 5 sm-ə dək çatan yarımkoldur. Gövdələri möhkəm, budaqlı, göyümtül, hündürlüyü 15-45 sm-dir. Yalançı zoğları ağ örtüklü, üçkünc-yumurtavarı, ucu biz, kənarları qeyri-bərabər dişlidir.Yarpaqları qısa saplaqlarda, qalıntəhər, göyümtül, çılpaq, enli-ellipsvarı və ya enli-yumurtavarı, uzunluğu 7 mm-ədək və eni 5 mm-dəkdir. Çiçəkləri yarpaqların qoltuqlarında tək və ya cüt, nazik çiçək saplaqlarında yerləşir. Erkəkcik çiçəklərinin kasayarpaqları nazik, yaşlımtıl-qonur, enli, ağ haşiyəli, oval, kütdür. Ləçəkləri ağ, pazşəkilli, enli, yumru uclu olub, diskin vəzicikləri qısa, iki qanadlı, kəsikdir. Erkəkcik sapları ortasınadək bitişikdir. Dişicik çiçəklərin kasayarpaqları qalıntəhər, yaşıl, ensiz haşiyəli, ellipsvarı olub, bizdir. Ləçəkləri çox xırdadır. Meyvəsi təxminən 3 mm, yumurtavari-sapşəkilli, hamar damarcıqlıdır. Toxumları üç hissəli, ensiz, uzunluğu 2,5 mm-dir. Apreldə çiçəkləyir və oktyabrda meyvə verir.
Təbii ehtiyatınnın dəyişilməsi səbəbləri
redaktəBaşlıca olaraq insan fəaliyyətidir
Çoxalması
redaktəƏsasən toxumla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
redaktəBaşlıca olaraq insaliyyətidir
Becərilməsi
redaktəMəlumat yoxdur.
== Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri
redaktəAzərbaycanın “Qırmızı Kitabı”na daxil edilməsi tövsiyə olunur.
Ədəbiyyat
redaktə- Деревья и кустарники СССР. Т.4. 1958.;
- Флора Азербайджана. т.6.1955;
- Azəraycanın ağac və kolları. III cild. 1970;
- Azərbaycan florasının konspekti. I-III cildlər.2005;2006;2008;
- Naxçıvan MR florasının taksonomik spektrı.2008;
- Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması.2011.
Məlumat mənbəsi
redaktə- Tofiq Məmmədov. Azərbaycan dendroflorası. II cild. Bakı: Səda, 2015.