Bus Boyurtkeni - Wikipedia
Buş böyürtkəni (lat. Rubus bushii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Buş böyürtkəni | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Buş böyürtkəni |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Ümumi yayılması
redaktəQafqazın hər yerində və Türkiyədə təbii arealı vardır.
Azərbaycanda yayılması
redaktəQuba, Qusar rayonları ərazilərində rast gəlinir.
Statusu
redaktəAzərbaycanın nadir bitki növüdür. NT.
Bitdiyi yer
redaktəMeşənin yuxarı hissəsi, subalp çəmənliyi fıstıq meşəliyində dərəli və qayalı açıq yerlərdə bitir.
Təbii ehtiyatı
redaktəAzərbaycanda arealı çox geniş deyildir.
Bioloji xüsusiyyətləri
redaktəHündürlüyü 1 m-ə çatan кoldur. Torpağa az tələbkar və işıqsevəndir. Budaqları düz yönəlmiş, silindrvarı, cavan budaqların üzəri tündqırmızıya çalan bozumtul ləkəli və seyrək, qısatüklü, tək-tək qırmızı tikanlıdır. Bir kökdən bir neçə dikdayanan gövdə çıxır. Gövdəsi seyrək tükcüklü olmaqla pas rəngli ləkəlidir. Yarpaqları 3–5 yarpaqcıqdan ibarət olub, uzun saplaqlıdır. Çiçəkləri qısa saplaqlı, ləçəkləri ağ rənglidir. Meyvəsi şirin turşməzə və şirəli, qırmızımtıl rənglidir. Yuxarı dağ zonasında meyvəsinin yetişməsi sentyabr ayına təsadüf edir. May iyun aylarında çiçəkləyir və iyul-avqust aylarında meyvəsi yetişir.
Çохalması
redaktəTəbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
redaktəBaşlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi
redaktəMədəni halda Nəbatat bağlarında becərilir.
Qəbul edilmiş qoruma tədbirləri
redaktəQəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri
redaktəAzərbaycanın "Qırmızı Kitabı"na daхil edilməsi zəruridir.